Qədim türk xalqlarının dinləri


Suvar çarlığı və Dunay Bulqar dövləti



Yüklə 105,45 Kb.
səhifə21/30
tarix17.05.2022
ölçüsü105,45 Kb.
#58338
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
Türk xalqları tarixi

Suvar çarlığı və Dunay Bulqar dövləti

Suvarların xarici mənşəyinin gəldiklərinə dair iddialar bu gün artıq çürüdülmüşdürki; bunu isbat edən ən yaxşı dəlil öz daşıdıqları addır. Çünki suvar sözü türkcə "Sabar" dan meydana gəlmiş olub, "sapan, yol dəyişdirən, başıboş mənasına gəlməkdədir. Məsələn Kzar, Bolqar, kabare və s. Bunun yanında suvarlara aid şəxs adlarının türkçə olması və tarixi rolları mədəni vəziyyətləri, suvarların türk olduğunu açıq şəkildə ortaya qoyur.

Suvarların tarix səhnəsinə çıxdıqları yer olaraq Tanrı dağları ilə İli çayının arası qəbul edilməkdədir. Suvarlar, buradan hərəkətlə; ehtimalla Tabqaçların təzyiqi ilə İrtış çayı ətrafına gəlmişlər. Suvarların haqqındakı ilk məlumatları Bizans tarixçisi Priskosdan alırıq. Bu xəbərə görə 461-465-ci illər arasında Qərbi Sibirdə, qövmlər arasında böyük bir tərpənmə başladı. Meydana gələn hərəkətlənmə nəticəsinə, Sabarlar şərqdən gələn Türk-Avarlarının təzyiqi ilə qərbə doğru getdilər.

Daha sonra Ural Altay arasındakı bölgədə yaşayan Oqurları qərbə itələyən suvarlar-tobol və İşim çayları ətrafında yerləşdilər. Bundan sonra Priskosta belə keçməkdə "Suvarlar Ob və İrtış sahəsindəki, On-Oqurlara hücum edərək qərbə tərəf itələdilər. On-Oqurlar da Saroqurlara hücum etdilər. Suvarlar özləri də onları təqib edib, Yayıq və İdil çaylarını keçdilər ".

Suvarlar bu bölgəyə yerləşdikdən sonra, burada yaşayan Fin-Uqor mənşəli Voqul, Ostiyak kimi qövmlər üzərində hakimiyyət quraraq, əsrlər davam edəcək olan dərin mədəni təsirlər etdilər. Bu bölgədə, yəni Xəzər dənizinin şimalı və Yayıq-İdil hövzəsində yarım əsr qaldıqdan sonra 503-ci ildə Şərqi Avropaya doğru sürüşərək bir qisim Bolqar qruplarını idarələrinə aldılar. Bu vaxt suvarlardan sıxlıq bir kütlə, 515-ci illərdə Qafqaz və Kuban hövzəsinə yerləşdi.

Böyük Bulqar türk dövlətinin parçalanmasından sonra bulqarların bir hissəsi Kubrat xanın oğlu Asparux xanın başçılığı ilə 681-ci ildə Dunay çayı ətrafında öz dövlətlərini yaratdılar. 679-cu ildə bulqarlar Bizans İmperiyasına yürüş etdi. Bunun nəticəsində:


  • Bizans asılılığı qəbul etdi.

  • Hər il bulqarlara xərac verməyə razı oldu.

Bizans İmperiyası ilə Avarlar arasında qalan Bolqarlar, 681-ci ildə edilən razılaşma ilə Bizans İmperiyası tərəfindən rəsmi olaraq tanındı. Asparuxdan sonra yerinə oğulu Tervel xan keçdi. O, Bizans İmperiyası ilə dostluq müqaviləsi imzaladı.

Konstantinopolisin (bu günki İstanbul) bulqarlar ərəblər tərəfindən mühasirə edilməsində Bizans İmperiyasına kömək etdilər. VII əsrdən sonra Bizans İmperatorluğu ilə müqavilən pozuldu və bu onlar arasında müharibəyə səbəb oldu. Macarıstanı və Rumıniyanı ələ keçirdilər. 811-ci də Bizans Bizans İmperiyasını məğrubiyyətə uğratdılar. 813-cü ildə bu günki Ədirnəni alan Krum xan, 814-cü ildə Konstantinopolu mühasirəyə aldı. Lakin o, mühasirə zamanı öldü. Yerinə oğlu Omurtaq xan keçdi. Omurtaq xanın dövründə Dunay Bolqar Xanlığı daha da gücləndi. I Boris (852-889-ci illər) dövründə, bulqarlar 864-cü ildə rəsmi olaraq xristianlığı qəbul etdilər. IX əsrin birinci yarısı Bulqar türk dövlətinin ən parlaq dövrü idi.Bu dövrdə yeni şəhərlər salındı, suvarma şəbəkələri yaradıldı.Şərqi Avropadakı yeganə duz mədənləri də bulqarlara məxsus idi.

Sonrakı dövrlərdə slavyanlar bura köç etməyə başladılar. Zaman keçdikcə bura köçmüş slavyanların içərisində bulqarlar öz mənliklərini itirdilər və özləri də yavaş-yavaş slavyanlaşdılar. Bunun nəticəsi olaraq 864-cü ildə bulqarlar rəsmi olaraq xristianlığı qəbul etdilər.Bütün bu amillər dövləti zəiflətdi və 1018-ci ildə Dunay Bolqar Türk Dövləti süqut etdi.



  1. Yüklə 105,45 Kb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin