Qədim türk xalqlarının dinləri


Müstəqil Polşa Respublikasının yaranması



Yüklə 105,45 Kb.
səhifə18/30
tarix17.05.2022
ölçüsü105,45 Kb.
#58338
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   30
Türk xalqları tarixi

Müstəqil Polşa Respublikasının yaranması

1917-ci ilə qədər Polşa torpaqları parçalanmış halda qalmasına baxmayaraq müstəqil dövlət yaratmaq uğrunda Polşa xalqının milli-azadlıq mübarizəsi davam etmişdi. Üç hissəyə parçalanmış Polşanın vahid dövlət halında birləşdirilməsinə ilk addım Rusiyada Fevral inqilabından sonra atıldı. 1917-ci il martın 27-də Petroqrad Fəhlə və əsgər deputatları soveti “Polşa xalqına” müraciət qəbul edərək bildirdi ki, Polşa müstəqil dövlət yaratmaq hüququna malikdir. Rusiyanın Müvəqqəti hökuməti də 1917-ci il martın 29-da “Polyaklara” müraciət qəbul edərək polyakların müstəqil dövlət yaratmaq hüququnu göstərdi. 1917-ci ilin iyununda Fransanın prezidenti R.Puankare Fransada Polşa muxtar ordusunun yaradılması haqqında sənəd imzaladı. 1918-ci ilin yanvarında ABŞ-nın prezidenti V.Vilson da Polşa ərazisində müstəqil Polşa dövlətinin yaradılmasının vacibliyini bəyan etmişdi.

Qərbdə və ABŞ-da yaşayan polyakların fəallığı sayəsində 1917-ci il avqustun 15-də R.Dmovski başda olmaqla Polşa Milli Komitəsi yaradıldı və bu Komitəni Fransa, Böyük Britaniya, İtaliya, ABŞ hökumətləri tanıdılar. 1917-ci ilin sentyabrında Almaniya və Avstriya-Macarıstanın imperatorları Regent şurası təsis etdilər və ona Polşa torpaqlarının kral və ya regent hakimiyyəti altına keçməsinə qədər qanuni və icraedici səlahiyyətlər verdilər.

1917- ci ilin oktyabrında Rusiyada hakimiyyətə gəlmiş bolşeviklər də 1917-ci il noyabrın 2(15)-də imzalanmış “Rusiya xalqlarının hüquq Bəyannaməsi”ndə elan etdi ki, Rusiya xalqları öz müqəddəratını azad surətdə təyin etmək və hətta ayrılaraq müstəqil dövlət yaratmaq hüququna malikdirlər.

Brest-Litovskdə gedən sülh danışıqları zamanı Almaniya və Avstriya-Macarıstan Ukrayna Mərkəzi Radası ilə 1918-ci il fevralın 9-da imzalanmış sazişlə Polşa torpağı — Xelm-şinanın və Qalitsiyanın bir hissəsini Ukraynaya verdilər. Bu Polşa cəmiyyətində böyük etirazla qarşılandı və Alman-Avstriya — Ukrayna müqaviləsi satqınlıq kimi qiymətləndirildi. 1918-ci il martın 3-də Brest müqaviləsi imzalandı və Sovet Rusiyası Polşa çarlığının mərkəzi dövlətlər tərəfindən işğal edildiyini qəbul etdi. 1918-ci il avqustun 29-da Rusiya Xalq Komissarları Soveti keçmiş Rusiya imperiyası tərəfindən Polşanın bölüşdürülməsi haqqında Prussiya və Avstriya ilə bağladığı bütün müqavilələrdən imtina etmək haqqında dekret elan etdi.

1918- ci ilin yayında Almaniyanın qərb cəbhəsində ardıcıl məğlubiyyətlərindən sonra Dördlər ittifaqının məğlubiyyəti labüd idi. Belə bir şəraitdə Polşa torpaqlarında hakimiyyət məsələsi önə çıxdı. Almaniya və Avstriya-Macarıstan tərəfindən yaradılmış Regent (naiblər) şurası və Antanta tərəfindən tanınan Parisdə yerləşmiş Polşa Milli Komitəsi hakimiyyətə sahib olmaq üçün fəaliyyətini gücləndirdi. 1918-ci il oktyabrın əvvəllərində Naiblər şurası parlament seçkilərinə hazırlıq elan etdi. Əvvəllər almanlardan asılı olan orduya rəhbərlik Naiblər şurasının əlinə keçdi.

1918-ci il oktyabrın 28-də Avstriya-Macarıstanın hərbi əməliyyatlarını dayandırılması haqqında Antanta ölkələrinə müraciətindən sonra polyak xalqının mübarizəsi gücləndi. Sol partiyalar tərəfindən ümumpolşa hökumətinin yaradılmasına başlandı. 1918-ci il noyabrın 7-də Lüblində Qalitsiya sosialistlərinin lideri İqnasi Daşinski başda olmaqla Polşa Respublikasının Müvəqqəti xalq hökuməti yaradıldı. Hökumət geniş demokratik azadlıqlar və sosial hüquqlar, meşələrin və iri torpaq mülkiyyətinin milliləşdirilməsini elan etdi, gələcəkdə sənayenin bir sıra sahələrinin milliləşdirilməsi, aqrar islahatın aparılması vəd olundu.

1918-ci il noyabrın 10-da həbsdən azad edilmiş Yuzef Pilsudski Varşavaya qayıtdı. Naiblər şurası və İqnasi Daşinskinin Lüblin hökuməti Y.Pilsudskinin hakimiyyətini qəbul etdi. Noyabrın 14-də Naiblər şurası ölkədə bütün hakimiyyətin Y.Pilsudskiyə verildiyini elan edərək özünü buraxdı.Y.Pilsudski xalq dairələrində çarizmin düşməni kimi məşhur idi. O, siyasi fəaliyyəti ərzində Polşa xalqı içərisində ruslar əleyhinə millətçilik hissi oyatmağa və Polşa xalqını Almaniya və Avstriya-Macarıstanla əməkdaşlıq etməyə sövq edirdi.



  1. Yüklə 105,45 Kb.

    Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin