Qədim türk xalqlarının dinləri


Münhen sövdələşməsi və Çexoslovakiyanın parçalanması



Yüklə 105,45 Kb.
səhifə26/30
tarix17.05.2022
ölçüsü105,45 Kb.
#58338
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   30
Türk xalqları tarixi

Münhen sövdələşməsi və Çexoslovakiyanın parçalanması

Münhen sazişinin imzalanmasından 80 il ötdü. 1938-ci il sentyabrın 30-da Almaniya, İngiltərə, Fransa və İtaliya hökumət rəhbərlərinin imzaladığı saziş əsasən almanların yaşadığı Sudet vilayətinin Çexoslovakiyadan qoparılaraq Almaniyaya verilməsini nəzərdə tuturdu.

Bəzən “Münhen rəzaləti” kimi disfemizmlə ifadə olunan bu saziş bir qədər sonra Çexoslovakiyanın dövlət kimi məhvinə, nasist Almaniyasının hərbi və siyasi cəhətdən xeyli güclənməsinə gətirib çıxardı. Sonrakı illərdə Münhen sazişi qorxaqlığın və siyasi korafəhmliyin simvoluna çevrildi.

Birinci cahan savaşından sonra imzalanan Versal müqaviləsi məğlub dövlət kimi Almaniyanın qarşısına ağır şərtlər qoyurdu. Ölkə təkcə müstəmləkələrini deyil, Avropadakı ərazilərinin də bir hissəsini itirdi. Fransa, Belçika, Danimarka, Polşa və Çexoslovakiya arasında bölünən bu torpaqlar keçmiş imperiya ərazisinin 13,2%-ni (72 min kv. km) təşkil edirdi.

İmperiyanın xarabalıqları üzərində yaranmış Veymar Respublikasını hərbi cəhətdən də zəiflətmək üçün bir çox məhdudiyyət nəzərdə tutulurdu. Almaniyanın quru qoşunları 7 piyada və 3 süvari diviziyasından ibarət olmaqla 100 min nəfər təşkil etməli idi. Ümumi hərbi mükəlləfiyyət ləğv olunurdu.

Qısamüddətli hərbi təlimlər vasitəsilə çoxlu sayda insanın təlim görməsinin qarşısını almaq üçün uzunmüddətli xidmət tətbiq edilirdi. Zirehli texnikaya və hərbi aviasiyaya malik olmaq qadağan idi.

Hərbi dəniz qüvvələrində xidmət edənlərin sayı isə 15 mindən çox olmamalı idi. Donanmada 6 yüngül linkor, 6 yüngül kreyser, 12 minadaşıyıcı gəminin və 12 torpeda katerinin olmasına icazə verilirdi. Sualtı qayıqlara malik olmaq hüququ yox idi. Fransanın təhlükəsizliyi baxımından iki dövlətin sərhədindəki Almaniya ərazisində demilitarizasiya olunmuş Reyn zonası yaradılırdı. Əsasən Reyn çayının sol sahilindən və bir qədər də sağ sahilindəki zolaqdan ibarət bu zonanın eni 50 km-ə bərabər idi. Həmin ərazidə almanlar hərbçilər saxlaya, hərbi istehkamlar tikə, hərbi təlimlər keçirə bilməzdilər.

Versal müqaviləsini iqtisadi cəhətdən də xeyli ağır şərtləri vardı, onların hamısını sadalamaq bizi öz mövzumuzdan çox uzaqlaşdırardı. Onu qeyd edək ki, monarxiyanın yerində yaranan demokratik Veymar Respublikası üçün şərtlər öldürücü idi. Çarəsizlikdən Versal müqaviləsini imzalamağa məcbur olan respublika rəhbərliyinin nüfuzu alman cəmiyyətində xeyli sarsıldı.

Həmin dövrdə Böyük Britaniyanın Baş naziri olan, Almaniya ilə daha yumşaq davranılmasının tərəfdarı Devid Lloyd Corc qeyd edirdi ki, müqavilənin əsas təhlükəsi ondadır ki, “biz kütlələri ekstremistlərin ağuşuna atırıq”. Doğrudan da, Versal müqaviləsinin alçaldıcı şərtləri Almaniyada revanşizm meyllərini alovlandırdı. Bu meyllərdən Adolf Hitlerin rəhbərlik etdiyi Nasist Partiyası (NSDAP) daha bacarıqla istifadə etdi.

1929-cu ildə başlayan və “böyük depressiya” adlandırılan ümumdünya iqtisadi böhranından dolayı sosial vəziyyətin kəskin pisləşməsi nasistlərin işinə yaradı. Bu illərdə NSDAP ölkənin ən nüfuzlu partiyasına çevrildi. Nəhayət, 1933-cü ilin yanvarın 30-da Hitler çoxdan gözlədiyi arzusuna çatdı: prezident Hindenburg onu Veymar Respublikasının kansleri təyin etdi.

Adolf Hitler hakimiyyətə yiyələnən kimi xarici siyasətdə Versal buxovlarından qurtulmaq siyasətini yürütdü. Təəccüblü olsa da, İngiltərə və Fransa bu cəhdlərə dişsiz bəyanatlarla reaksiya verməkdən başqa bir iş görmədilər. Halbuki, Berlini məhdudiyyətlərə riayət etdirmək üçün bütün imkanları vardı.

1933-cü ili oktyabrında Almaniya Millətlər Cəmiyyətindən çıxdı. 1935-ci ilin martın 18-də isə Versal müqaviləsini birtərəfli qaydada denonsasiya etdi. Ümumi hərbi mükəlləfiyyət tətbiq olundu, qısa müddət ərzində icazə veriləndən beş dəfə artıq – 500 minlik ordu yaradılması nəzərdə tutuldu. Hərbi aviasiyanın və tank qoşunlarının yaradılması işləri də aparılırdı.

İngiltərə Almaniyanın Versal məhdudiyyətlərini pozmasına cavabı onun hərbi dəniz qüvvələrini limitləşdirmək üçün yeni müqavilə bağlamaqda gördü. İyunun 18-də imzalanan müqaviləyə görə Almaniya İngiltərənin suüstü donanmasının 35% və sualtı donanmasının 45% həcmində donanmaya malik olmaq hüququ qazandı.

Lakin ingilis-alman dəniz razılaşması kimi xatırlanan bu sənəd Hitler üçün müvəqqəti mərhələ idi. 1938-ci ilin fevralında fürer İngiltərənin sualtı donanmasına bərabər donanma yaratmaq istədiyini bildirdi. 1939-cu ilin aprelində isə Berlin sözügedən razılaşmanı birtərəfli denonsasiya edərək hər hansı bir limit məhdudiyyətini tanımaqdan imtina etdi.

1936-cı il martın 7-də fürer Reyn zonasının remilitarizasiyası barədə göstəriş verdi və 19 batalyon əraziyə daxil oldu. Verilən təlimata görə, əgər fransızlar buna öz hərbçilərini göndərməklə cavab versəydilər, almanlar dərhal geri dönməli idilər. Tarixçilərin fikrincə, daxildə bir sıra problemlər yaşayan nasist rejimi üçün belə uğursuzluq hətta çöküşlə nəticələnə bilərdi. Lakin Fransa hadisəyə Britaniya ilə məsləhətləşmələr və bəyanatla cavab verməklə kifayətləndi.

1938-ci ilin martında Almaniya Avstriyanın ilhaqını (anşlüs) həyata keçirdi və Mərkəzi Avropada nəhəng dövlətə çevrildi. Bundan sonra isə Hitlerin nəzərləri Çexoslovakiyaya doğru yönəldi.



  1. Yüklə 105,45 Kb.

    Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin