Qədim türk xalqlarının dinləri


Postsovet Mərkəzi Asiya regionunda Rusiyanın hərbi-siyasi iştirakı məsələləri



Yüklə 105,45 Kb.
səhifə24/30
tarix17.05.2022
ölçüsü105,45 Kb.
#58338
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
Türk xalqları tarixi

Postsovet Mərkəzi Asiya regionunda Rusiyanın hərbi-siyasi iştirakı məsələləri

1992-ci ildə keçmiş SSRİ-nin mövcud olduğu Avrasiyanın əhəmiyyətli geosiyasi məkanlarına hər hansı xarici və kənar güc mərkəzlərinin daxil olmasının qarşısını almaq üçün Rusiya bəzi keçmiş sovet respublikalarının iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi adlanan  (KTM) hərbi blok yaratmış və hazırda onu daha da genişləndirmək kursu yürüdür.

Yarandığı gündən  KTM-in və onun əsas himayədarı olan Rusiyanın Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsindəki regional təhlükəsizlik siyasətinin əsasında bölgə ölkələrini hərbi-təhlükəsizlik sahəsində NATO və Qərbin təsirindən qorumaq, onları vahid hərbi-strateji çətir altında saxlamaqdan ibarətdir. Əvvəllər özünü daha çox müxtəlif  bəyanatlar verməklə təsdiq etdirməyə çalışan və üzv ölkələrin təhlükəsizliyini təmin etmək anlamında heç bir təşkilati strukturu və yaxud hüquqi səlahiyyəti olmayan KTM, 2003-cü ilin oktyabrından konkret hərbi-siyasi blok adı ilə çıxış edir. Həmin il oktyabrın 7-də MDB-nin Kişinyov sammitində Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTM) Kollektiv Təhlükəsizlik Təşkilatına (KTT) çevrilməsi və onun “vahid təhlükəsizlik qüvvələrinin” yaradılması haqda müqavilə imzaladılar.

Rusiyalı bəzi politoloqlar fəaliyyət göstərdiyi 18 il ərzində postsovet regionunda  səmərəli kollektiv  təhlükəsizlik strukturuna çevrilə bilməmiş KTM-in  KTT ilə əvəz olunmasını müsbət hadisə kimi xarakterizə edərək, onu “Avrasiya hərbi-siyasi blokunun yaradılması” kimi təqdim edirlər. Lakin müstəqil ekspertlərin fikrincə,  KTT-nin bugünkü fəaliyyəti nə üzv dövlətləri tam qane edir, nə səmərəli bir təşkilat kimi digər ölkələr üçün cəlbedicidir, nə də əksər postsovet ölkələrinin vahid təhlükəsizlik maraqlarına cavab verir. Məsələn, Cənubi Qafqaz və Qara dəniz ətrafı ölkələrindən yalnız Ermənistanın blokda təmsil olunmasına, KTT-nin tərkibindəki əksər ölkələrin Rusiya ilə mövcud geosiyasi və geoiqtisadi münasibətlərinə, təşkilat daxilindəki real vəziyyətə nəzər salan politoloqlar KTT-ni vahid bir təhlükəsizlik bloku kimi qəbul etmirlər. Təşkilatın əsas üzvləri olan Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Ermənistan arasındakı həqiqi dostluq münasibətləri, hərbi maraqların  tarazlığı və ortaq təminatı məsələsi də bir çox müstəqil ekspertlərdə ciddi şübhə doğurur. Onların fikrincə, təşkilata üzv olan ölkələr arasındakı bütün sahələr üzrə mövcud olan  geosiyasi, hərbi və iqtisadi ziddiyyətləri gizlətmək mümkün deyildir. Məsələn, Rusiya ilə Belarusun münasibətləri ciddi hərbi-geostrateji müttəfiqlik və tərəfdaşlıqdan çox uzaqdır. Yaxud Orta Asiya ölkələrinin, Belarus və Qırğızıstanın, Rusiya və Tacikistanın, Rusiya və Özbəkistanın ikitərəfli münasibətlərinin mövcud vəziyyətini, Özbəkistan, Tacikistan,  Qırğızıstan arasındakı mübahisəli müxtəlif etnik məsələləri və s. faktları mütəxəssislər  KTT-nin ciddi problemlər yaşamasının göstəricisi hesab edirlər.

Rəsmi Moskva son zamanlar Ukrayna, Azərbaycan, Moldova və Gürcüstanın da bu blokda təmsil olunmasına çalışır. Lakin adı çəkilən hər bir ölkənin bloka qoşulmamasının öz səbəbi mövcuddur. Azərbaycan Respublikasını KTT-yə qoşmaq istiqamətində göstərilən sonuncu cəhd 2004-cü ilin payızında - MDB dövlət başçılarının Astanada keçirilən sammitində baş vermişdir. Lakin rəsmi Bakı Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə  və ölkənin pozulmuş ərazi bütövlüyü bərpa olunmayana qədər özünün regional təhlükəsizlik məsələləri ilə bağlı mövqeyində hər hansı dəyişiklik etməyə, hansısa hərbi bloka qoşulmağa heç bir əsas olmadığını bəyan edərək,  KTT-yə qoşulmaqdan imtina etmişdir.

Cənubi Qafqazın digər ölkəsi - Gürcüstan da dəfələrlə bu hərbi-siyasi bloka üzv olmaq niyyətində olmadığını bildirərək,  əksinə, öz ərazisindəki Rusiya hərbi bazalarının ölkədən çıxarılması tələbi ilə çıxış etmiş və sonrakı illərdə buna nail olmuşdur.

O ki qaldı Moldova və Ukraynaya, birincidə hələ kimin və hansı qüvvələrin gələcəkdə ölkənin siyasi taleyini həll edəcəyi qaranlıq qalır. Ukraynada isə sonuncu hakimiyyət dəyişikliyindən sonra bu dövlətin Rusiya ilə geosiyasi münasibətlərini hərtərəfli şəkildə yaxşılaşdırmasına, NATO-ya üzv olmaq fikrindən rəsmi şəkildə imtina etməsinə baxmayaraq, Xarici İşlər Nazirliyi “Kiyevin yaxın zamanlarda hər hansı  hərbi bloka qoşulmaq fikrində olmadığını” bəyan edərək,  KTT-yə  üzv olmaq fikrindən uzaq olduğunu bildirmişdir.  Bundan başqa, KTT-nin rəsmi üzvü olan Özbəkistan da neçə illərdir ki, prezident səviyyəsində KTT-nin sammitlərini boykot edir. Bu da təşkilatın “vahid hərbi-strateji blok olması” fikrini şübhə altına alır.

KTT-nin 2010-cu ilin dekabrında Moskvada keçirilən son sammitində Özbəkistan prezidentinin çox ciddi narazılığı və səsləndirdiyi bəyanat  göstərdi ki, hazırda KTT-yə  üzv dövlətlər arasında mövcud olan ziddiyyətli və ayırıcı məqamlar onları birləşdirən və hərbi-geostrateji müttəfiq kimi bir-birinə bağlayan məqamlardan çoxdur. Rusiya son zamanlar çalışır ki,  qurumun nizamnaməsinə bəzi dəyişikliklər edərək onu digər üzv dövlətlərin daxili münaqişələrini həll etmək üçün  “operativ hərbi təşkilat”a çevirsin və lazım gələndə KTT-nin ümumi hərbi missiyasından istifadə edərək, üzv dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili sabitliyi ilə bağlı  yerli və xarici təhlükələrin qarşısını alsın. Məlumatlara görə, Özbəkistan prezidenti İslam Kərimov Moskva sammitində təşkilatın nizamnaməsinə  olunan dəyişikliyə etiraz edərək bildirmişdir ki, KTT-nin əsas vəzifəsi heç də MDB, yaxud KTT çərçivəsində mövcud olan ölkələrarası və ölkədaxili ziddiyyətləri,  münaqişələri nizamlamaq deyil, üzv ölkələri xarici təhlükələrdən qorumaqdan ibarətdir. Özbəkistan prezidenti öz ölkəsinin yeni nizamnamə dəyişikliyinə və KTT çərçivəsində yaradılacaq hər hansı “operativ kollektiv müdaxilə” qurumuna qoşulmayacağı haqqında ciddi bəyanat vermişdir. Lakin Özbəkistan və başqa KTT üzvlərinin etirazına baxmayaraq, KTT-yə postsovet məkanında daxili və ölkələrarası münaqişələrə de-yure müdaxilə etmək səlahiyyəti verən dəyişikliklər qəbul edilmişdir. 




  1. Yüklə 105,45 Kb.

    Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin