5-ci kateqoriya
Telekommunikasiya və «İnformasiyanın mühafizəsi»
| | |
1-ci hissə
|
Telekommunikasiya
| | |
|
Qeyd. 1.Telekommunikasiya avadanlıqları və ya sistem üçün xüsusi hazırlanmış komponentlərin, lazer sınaq və istehsal avadanlığının , materialların və «proqram təminatı»nın nəzarət statusu 5-ci kateqoriyanın 1-ci hissəsi ilə təyin edilir.
2.İstehsalçıları tərəfindən standart model-lər kimi göndərilən «rəqəmli EHM», onunla əlaqəli avadanlıqlar və ya «proqram təminatları» telekommunikasiya avadanlıqlarının fəaliyyəti və ya dəstəklənməsi üçün lazım olan xüsusi layihələşdirilmiş komponentlər kimi hesab edilir. Burada kompüter sistemlərinin funksiyalarının həyata keçirilməsi, inzibati idarə edilməsi, istismarı, layihələşdirilməsi və hüquqi məsələləri nəzərdə tutulur
| | |
A1
|
Sistemlər, avadanlıqlar və komponentlər
| | |
5A 001
|
Telekommunikasiya avadanlıqları:
| | |
5A001, a
|
aşağıdakı istənilən xarakteristikalara, xassələrə və ya funksiyalara malik olan telekommuni-kasiya avadanlıqları:
1.nüvə partlayışı zamanı əmələ gələn qısa müddətli elektron və ya elektromaqnit impuls-larından müdafiə üçün xüsusi hazırlanmış;
2. qamma , neytron və ya ion şüalarına qarşı yüksək davamlılığa malik;
3. 218K (-550C) — 397K (1240C) temperatur intervalından kənarda fəaliyyəti üçün xüsusi hazırlanmış;
Qeyd 1. 5A001.a.3. yarımbəndi yalnız elektron qurğularına tətbiq edilir.
Qeyd 2. 5A001.a.2. və 5A001.a.3. yarımbəndləri peyklərin bort qurğularına tətbiq edilmir
|
8517
852520910 0
852790980 0
| |
5A001, b, 1
|
Telekommunikasiya qurğuları və qəbuledici\verici sistemləri və xüsusi hazırlanmış komponentlər və cihazlar aşağıdakı xarakteristikaların, xassələrin və ya funksiyaların hər hansı birinə malik olan:
1.aşağıdakı hər hansı bir xarakteristikası olan sualtı rabitə sistemi :
a) 20hs-dən 60hs-ə qədər interval hüdudlarından kənar aparıcı akustik tezlikliyi olan;
b) 30 khs-dən aşağı elektromaqnit aparıcı tezliyindən istifadə edilən;
c) şüanın elektron skaniləşdirmə üsulundan istifadə edilən
|
901480000 0
901580910 0
| |
5A001, b, 2
|
1, 5mhs-dən 87, 5 mhs tezlik diapazonunda fəaliyyət göstərən və aşağıdakı hər hansı bir xarakteriskası olan radioaparatlar:
a) 15 desibeldən artıq mane siqnalını yatırmağı təmin edən adaptiv üsulları daxil olan;
b) aşağıdakı tərkib hissələri olan:
|
852520910 0 852520990 0
| |
|
1.tezlik qiymətlərinin və «rəqəmli ötürmənin ümumi sürəti» nin optimumlaşdırılması üçün onun qiymətlərinin avtomatlaşdırılmış proqnozlaşdırılması və seçilməsi;
2. 1, 5—30 mhs tezlik diapazonunda 1kVt və ya böyük və ya 30 — 87, 6 MHs tezlik diapazonunda «buraxma zolağının son həddin»dən bir oktava yuxarı 250 Vt və ya böyük çıxış gücü ilə bir oktavaya və ya çox yuxarı və ya çıxışda harmonikaların və təhriflərin nisbəti —80db-dən yaxşı olan və eyni zamanda siqnallar çoxluğunu dəstəkləyən(saxlayan) daxildə qurulmuş xətti gücləndirici
| | |
5A001, b, 3
|
«tezliyin birdən-birə köklənməsi» daxil olmaqla «spektrin genişlənmə» üsullarından istifadə edən, aşağıdakı istənilən xarakteristikalardan hər hansı birinə malik olan radioaparatlar:
a.istifadəçi tərəfindən proqramlaşdırılan kod genişlənməsi ;
b.verici tezliklər zolağının eninin cəmi, istənilən bir məlumat kanalının tezlik zolağının 100 və ya daha çox dəfə ötən və 50 kHs — dən çox olan
|
852520910 0
852520990 0
| |
|
Qeyd1. 5A.001.b.3b. yarımbəndinə görə mülki sistemlərdə sotovoy rabitə sistemindən istifadə etmək üçün xüsusi hazırlanmış avadanlıqlara nəzarət edilmir.
Qeyd 2. 5A.001.b.3. yarımbəndinə görə çıxış gücü 1, 0 Vt və ya az olan avadanlıqlara nəzarət edilmir.
| | |
5A001, b, 4
|
aşağıdakı bütün xarakteristikalara malik olan rəqəmlə idarə edilən radioqəbuledicilər:
a. 1000 kanaldan çox ; b. tezliyin dəyişmə vaxtı 1 msan-dən az ; c. avtomatlaşdırma axtarış və ya elektromaqnit tezlikləri sahəsində skanirələşmə;
d. qəbul olunan siqnalın və ötürücünün (vericinin) tipinin eyniləşdirmə imkanı olan
Qeyd. 5A.001.b.4. yarımbəndinə görə mülki sistemlərdə sotovoy rabitə sistemindən istifadə etmək üçün xüsusi hazırlanmış avadanlıqlara nəzarət edilmir
|
852520910 0 852520990 0
| |
5A001, b, 5
|
2400 bit/s — dən kiçik sürətlə danışığın kodlaşdırmasını təmin etmək üçün «siqnalın rəqəmli təhlili» funksiyasından istifadə edən
|
852520990 0
| |
5A001, c
|
optik - lifli rabitə kabeli, optik lif və ləvazimatlar:
1. 500 m — dən uzun optik lif və istehsalçının spesifikasiyasına uyğun olaraq 2x109N/m2 və yoxlama testində yuxarı dartılma gərginliyinə davamlılıq qabiliyyətli;
Qeyd. Nəzarət testi-bu hazırlama mərhələlərində və ya hazırlandıqdan sonra 150 mm diametrdə aparıcı vallar arasında 2m/san - dən 5m/san-yə qədər gediş sürəti ilə keçən 0, 5 m — dən 3m-dək dək uzunluqlu lifə verilmiş gərginliyi tətbiq etməklə aparılan yoxlamadır. Bu zaman ətraf mühitin temperaturu 293 K ( 200 C ) -dır, nisbi nəmlik 40 % - ə bərabərdir. Nəzarət testini aparan zaman uyğun milli standartlar istifadə oluna bilər.
2. optik — lifli kabellər və su altında istifadə üçün hazırlanmış ləvazimatlar.
Qeyd. 5A001.c.2 yarımbəndinə görə mülki istifadə üçün ləvazimatlara və standart telekommunikasiya kabellərinə nəzarət edilmir.
Xüsusi qeyd. Sualtı boru formalı kabellərin və onların sökülmələrinə dair 8A002a.3. yarımbəndinə baxın
|
900110900 0
854470000 0
| |
5A001, d
|
31GHs — dən yuxarı tezliklərdə fəaliyyət göstərən «elektron şüasını skaniləşdirilən» fazalaşdırılmış antena qəfəsləri
Qeyd.5A001.d.yarımbəndinə görə İYT(ifrat yüksək tezlikli) diapazonunda enmə sistemlərini ötən, Mülki Aviasiya Təşkilatının (İKAO) standartlarına cavab verən avadanlıqlarla enmə sistemi üçün «antenalı fazalaşdırılmış qəfəslər»ə nəzarət edilmir
|
852910900 0
| |
5A101
|
«Raketlərdə» istifadə edilən telemetrik və telenəzarət avadanlıqları.
Qeyd:5A101 bəndinə görə təyyarələrin, gəmilərin və başqa nəqliyyat vasitələrinin uzaq məsafədən nəzarətni aparmaq üçün xüsusi təyin olunmuş və 500 metr məsafədə 200 mkv/m-dən böyük maqnit sahəsinin intensivliyinə malik olan avadanlıqlara nəzarət edilmir
|
852510800 0
854389950 0
903040900 0
| |
5B1
|
Sınaq, nəzarət və istehsalat avadanlıqları
| | |
5B001
|
a. 5A001, 5B001, 5C001, 5D001 və ya 5E001 bəndlərinə görə nəzarət edilən avadanlıqları, materialları, funksiyaları və ya xassələri hazırlamaq, istehsal və ya istifadə etmək üçün avadanlıq və xüsusi hazırlanmış komponentlər və ya ləvazımatlar;
b. qəbuledici-verici telekommunikasiya aparatlarının və ya «daxil edilmiş proqramla idarə olunan» kommutasiya avadanlığının aşağıdakı hər hansı bir növünün hazırlanması üçün avadanlıqlar və xüsusi hazırlanmış komponentlər və ya ləvazımatlar:
|
852520
| |
|
1. 1, 5 Qbit/san-ni ötən «rəqəmli məlumatların yekun ötürmə sürətli» işə hesablanan, «asinxron ötürmə rejimi» daxil edilməklə «rəqəmli texnikanı» istifadə edən avadanlıq;
2.«lazer»i istifadə edən avadanlıq və aşağıdakı hər hansı bir xarakteristikası olan:
a. işçi dalğanın uzunluğu 1750 mm — dən çox;
b. «optik gücləndirməni» həyata keçirən;
c. koqerent optik ötürülmə texnikasını və ya
koqerent optik detektirləşdirməni ( optik getorodin və ya qomodin texnikası kimi tanınan) istifadə edən; və ya;
| | |
|
d. analoq texnikasını istifadə edən və buraxma
zolağının eni 2, 5 QHs- dən yuxarı olan;
Qeyd: 5B001.b.2.d. yarımbəndinə görə kommersiya televiziya sistemləri üçün xüsusi layihələşdirilmiş avadanlıqlara nəzarət edilmir.
3.«optik kommutasiyanı» istifadə edən avadanlıq;
4. 256 səviyyəsindən yuxarı kvadrat amplituda
modulyasiyanı (KAM) istifadə edən; və ya
5. qeyri — uyğun və ya kvaziuyğun rejimdə həyata keçirilən «siqnalın ümumi kanalda ötürülməsi»ndən istifadə edilən aparatlar
| | |
5C1
|
Materiallar —yoxdur
| | |
5D1
|
Proqram tə’minatı
| | |
5D001
|
a. 5A001 və ya 5B001 bəndlərinə görə nəzarət edilən avadanlığın, əməliyyatların və ya qurğuların hazırlanması, istehsalı və ya istifadəsi üçün xüsusi hazırlanmış və ya modifikasiya edilmiş;
b.5E001 bəndinə görə nəzarət edilən texnologiyaların təmin olunması üçün xüsusi yaradılmış və ya modifikasiya edilmiş «proqram təminatı»;
c. xüsusi «proqram təminatı»:
1. 5A001 və ya 5B001 bəndlərinə görə nəzarət edilən aparatın xarakteristikalarını, funksiyalarını və ya xüsusiyyətlərini təmin etmək üçün xüsusi yaradılmış və yə modifikasiya edilmiş «proqram təminatı»;
2. 5D001 bəndinə görə nəzarət edilən telekommunikasiya «proqram təminatı»nın ilkin «proqram mətni»ni bərpa olunma qabiliyyətini təmin edən «proqram təminatı»;
3.maşın — asılı kodlardan başqa «dinamik adaptik marşrutlaşdırma» üçün xüsusi hazırlanmış «proqram təmimatı»;
d. aşağıdakı qəbuledici-verici telekommunikasiya aparatlarının və ya «daxil edilmiş proqramla idarə edilən» kommunikasiya avadanlığının aşağıdakı hər hansı bir növünün hazırlanması üçün xüsusi hazırlanmış «proqram təmimatı»:
1. 1, 5 Hbit/s-dən ötən «rəqəmli məlumatların yekun ötürmə sürətli»» işə hesablanan, «asinxron ötürülmə rejimini» (AÖR) daxil edilərək, «rəqəmli texnika»dan istifadə edilən avadanlıq
2. «lazer»dən istifadə edilən və aşağıdakı hər hansı bir xarakteristikası olan:
a.işci dalğa uzunluğu 1750 mm-dən çox olan;
b. analoq texnikasından istifadə edilən və buraxılma zolağının eni 2, 5 GHs-dən yuxarı olan;
Qeyd. 5B001.d.2.b. yarımbəndinə görə kommersiya televiziya sistemlərinin «hazırlanması» üçün xüsusi layihələşdirilmiş «program təminatı»na nəzarət edilmir;
3.«optik kommutasiyanı» istifadə edən avadanlıq;
4. 256 səviyyəsindən yuxarı kvadrtat amplituda modulyasiyasını (KAM) istifadə edən radioaparatlar
| | |
5E1
|
Texnologiyalar
| | |
5E001
|
a.ümumi texnoloji qeydə uyğun, 5A001, 5B001 və ya 5D001 bəndləri ilə nəzarət edilən avadanlığın və ya «proqram təminatı»nın hazırlanması üçün təyin edilmiş «texnologiya»;
b.«texnologiya»nın xüsusi növləri:
1.peyklərin bortlarında istifadə üçün hazırlanmış telekommunikasiya avadanlığının «hazırlanması», «istehsalı» və ya «istifadəsi» üçün tələb olunan «texnologiya»;
| | |
5E001
|
2.xarici atmosferdən və ya maye (su) layından siqnalın avtomalaşdırılmış tutulması, izlənilməsi və rabitəni saxlama qabiliyyəti ilə «lazer» rabitəsi üsullarıının «hazırlanması » və ya istifadəsi üçün «texnologiya»;
3.rəqəmli sotovoy radio sistemlərinin hazırlanması üçün «texnologiya»
4.«tezliyin sıçrayışvari yenidən qurulması» üsulu daxil edilərək, «spektrin genişlənməsi» üsulundan istifadə edilən aparatın «hazırlanması» üçün «texnologiya»;
c.ümumi texnoloji qeydə uyğun, qəbuledici/verici telekommunikasiya aparatları və ya «daxil edilmiş proqramla idarəedilən» telekommunikasiya avadanlığın aşağıdakı hər hansı bir xarakteristikasının, funksiyasının və ya xüsusiyyətinin hazırlanması üçün təyin edilmiş «texnologiya»:
1. 1, 5 Hbit/s-dən ötən «rəqəmli məlumatların yekun ötürmə sürətli» işə hesablanan, «asinxron ötürülmə rejimi» (AÖR) daxil edilməklə, «rəqəmli texnika»dan istifadə edilən avadanlıq;
2. «lazer»dən istifadə edilən və aşağıdakı hər hansı bir xarakteristikası olan:
a. işçi dalğa uzunluğu 1750 mm-dən çox olan;
b. analoq texnikasından istifadə edilən və buraxılma zolağının eni 2, 5 Ghs-dən yuxarı olan;
c. koqerent optik ötürmə və ya koqerent optik detektirləşdirmə texnikasından istifadə edilən (optik geterodin və ya homodin texnikası kimi məlumdur) ;
d. dalğa uzunluğunun parallel bölmə texnikasından istifadə edilən (bir optik pəncərədə 8-dən artıq optik yükdaşıyıcı) ; və ya
e. analoq texnikasından istifadə edilən və buraxılma zolağının eni 2, 5 Ghs-dən yuxarı olan;
Qeyd. 5E001c.2.e. yarımbəndinə görə kommersiya televiziya sistemlərinin hazırlanması üçün xüsusi layihələşdirilmiş avadanlıqlara nəzarət edilmir.
3.«optik kommutasiya»dan istifadə edilən avadanlıq;
4.aşağıdakı hər hansı bir xarakteristikası olan radioaparatlar:
a. kvadrat amplituda modulyasiyası (KAM) 256 səviyyəsindən yuxarı;
b. 31Ghs-dən yuxarı siqnalın giriş və çıxış tezliyində işləyən;
Qeyd. 5E001.c.4.b. yarımbəndinə görə mülki telekommunikasiyanın standart tezlik diapazonunda radiorabitə (radilokasiya üçün yox) üçün xüsusi layihələşdirilmiş və modifikasiya edilmiş avadanlığın hazırlanması üçün «texnologiya»ya nəzarət edilmir.
5. qeyri-uyğun (razılaşdırılmayan) və ya kvaziuyğun (kvazirazılaşdırılan) rejimdə həyata keçirilən «siqnalın ümumi kanalda ötürülməsi»ndən istifadə edilən qurğular
| | |
5E101
|
Ümumi texnoloji qeydə uyğun, 5A001 bəndinə görə nəzarət edilən avadanlığın hazırlanması, istehsalı və ya istifadəsi üçün təyin edilən «texnologiya»
| | |
2-ci hissə
|
Məlumatın mühafizəsi
Qeyd. 1.«Avadanlığın», «proqram təminatı»nıın, sisteminin, elektron yığımların, «modullar»ın, »inteqral sxemləri»n, «komponentləri»n və ya başqa avadanlıqların «məlumat mühafizəsinin» nəzarət statusu onlar başqa qurğuların komponentləri və ya elektron yığmaları olduğu halda belə 5-ci kateqoriyanın 2-ci hissəsinə görə təyin edilir.
2. 5-ci kateqoriyanın 2-ci hissəsinə görə istifadəçi tərəfindən şəxsi istifadə üçün aparılan (gətirilən) məhsullara nəzarət edilmir;
3. Kriptoqrafiyaya görə qeyd:5A002 və ya 5D002 bəndinə görə aşağıdakı xarakteristikaları olan mallara nəzarət edilmir:
a. açıq pərakəndə satışda məhdudiyyətsiz olan və aşağıdakı vasitələr ilə alına bilənlərə:
1.yerindəcə alınma; 2.poçtla sifariş; 3.elektron sifariş; və ya 4.telefonla sifariş;
b. kriptoqrafik xüsusiyyətləri istifadəçi tərəfindən asanlıqla dəyişilə bilməz;
c.tədarükçü tərəfindən əməli yardım tələb edilmədən istifadəçi tərəfindən qurulan layihələr;
d. zəruri hallarda mal barədə ətraflı məlumat açıq ola bilər və həmin malın bu qeydin«a» paraqrafından «c»-yə kimi uyğunluğunun təsdiqlənməsi üçün tələbat olduqda xracatçı firmanın yerləşdiyi üzv ölkənin müvafiq qurumlarına təqdim edilə bilər.
Texniki qeyd.5-ci Kateqoriyanın 2-ci hissəsindəki cütlük bit açarının uzunluğuna daxil deyildir.
| | |
5A2
|
Sistemlər, avadanlıqlar və komponentlər:
| | |
5A002
|
a. məlumatın mühafizəsi üçün istifadə edilən sistemlər, avadanlıqlar xüsusi istifadə üçün «elektron yığımları», modullar və ya inteqral sxemlər və xüsusi hazırlanmış başqa komponentlər:
Xüsusi qeyd. Qəbuledici aparatı olan və ya GPS və ya GLONASS şifri açmasını istifadə edən qlobal naviqasiya peyk sistemlərinin nəzarətinə dair 7A005 bəndinə baxın.
1. şəxsiyyəti təsdiq etmə və ya rəqəmli imzadan başqa istənilən kriptoqrafik funksiyaları edən rəqəm üsullarının tətbiqi ilə kriptoqrafiyanın istifadəsi üçün hazırlanmış və ya modifikasiya edilmiş;
|
852517
852520910 0
852520990 0
854389950 0
| |
|
Texniki qeydlər.
1.Şəxsiyyət vəsiqəsi və ya rəqəmli imza funksiyalarına açarlarla bağlı idarəetmə funksiyası daxil edilir;
2. şəxsiyyət vəsiqəsi nəzarətinin bütün aspektləri daxil edilir və icazəsiz daxil olmanın qarşısını almaq üçün parolların mühafizəsi ilə birbaşa əlaqəli olan şəxsi eyniləşdirmə və ya buna oxşar məlumatlardan başqa faylların və ya mətnin şifrlənməsi daxil deyildir;
3.kriptoqrafiyaya məlumatların «qeyd edilmiş» kompressiyası və ya kodlaşması daxil deyildir.
| | |
|
Qeyd. 5A002.a.1.yarımbəndinə rəqəm üsullarının köməyi ilə həll olunan analoq alqoritmaların tətbiqi ilə «kriptoqrafiyanın» istifadəsi üçün xüsusi layihələşdirilmiş və ya modifikasiya edilmiş avadanlıq daxildir.
a. 56 bit-dən yuxarı açar uzunluğu olan «simmetrik» alqoritm;
b.alqoritmin təhlükəsizliyi aşağıdakı hər hansı bir xarakteristikeada əsaslanan «asimmetrik alqoritm»:
1.512 bit-dən çox tam ədədlərin (misal üçün RSA) faktlaşdırılması;
| | |
|
2. 512 bit-dən çox ölçü ilə son sahəni multiplikativ qrupunda diskretloqarifmlərin hesablanması (misal üçün Z/pZ qrupunda Difi-Nellman üsulu) ; və ya
3. 5A002.a.1.b.2. yarımbəndində qeyd edilən qrupdan başqa diskret loqarifmlərin hesablanması (misal üçün elliptik əyridə Difi-Nellman üsulu) ;
2. kriptoanalitik funksiyaları həll etmək üçün xüsusi hazırlanmış və ya modifikasiya edilmiş;
3. istifadə edilmir;
| | |
|
4. məlumatları daşıyan siqnalların istənilməyən axıntılarının sağlamlığın, təhlükəsizliyin qorun-ması və ya elektromaqnit şüalanma standart-larına riayət edilməsi üçün zəruri səviyyədən artıq səviyyəsinin qarşısının alınması üçün xüsusi hazırlanmış və ya modifikasiya edilmiş;
| | |
|
5. «tezliklərin sıçrayışabənzər tənzimlənməsi» sistemi üçün sıçrayışabənzər kod daxil edilməklə spektrin genişlənmə sistemləri üçün genişlənən kodun generasiyasının kriptoqrafik üsullarının tətbiqi üçün xüsusi hazırlanmış və ya modifikasiya edilmiş;
| | |
|
6. sertifikasiya edilmiş və ya sertifikasiya edilməli olan «çoxsəviyyəli mühafizəni» təmin etmək üçün və ya kompüter sistemlərinin etibarlılıq qiymətinin amili (KSEQA) olan B2 sinfinin və ya ekvivalent sinfinin üstün olan səviyyədə istifadəçini təcrid etmək üçün xüsusi hazırlanmış və ya modifikasiya edilmiş;
| | |
|
7. icazəsiz daxilolmanın mexaniki, elektrik və ya elektron aşkaretmə vasitələrinin istifadəsi ilə hazırlanmış və ya modifikasiya edilmiş kabel rabitə sistemləri;
| | |
|
Qeyd. 5A002 bəndinə görə aşağıdakı avadanlıqlara nəzarət edilmir:
a. bu qeydin b-dən f-ə qədər əsasən nəzarət edilməyən aparatlarda və ya sistemlərdə istifadəsi məhdudlaşdırılan «qurulmuş prosessorla şəxsi vəsiqələr» və ya onlar üçün hazırlanan komponentlərə. Əgər «qurulmuş prosessorlar şəxsi vəsiqənin» çoxlu funksiyaları olduqda, hər funksiyanın nəzarət statusu ayrıca müəyyən edilir;
b. ödəniş və video-audio kanalların idarə edilməsi funksiyaları ilə şifri məhdudlaşdırılmış, radioyayımın pullu televiziya və məhdud auditoriya televerilişin rəqəmli şifr olmadan qəbuledici aparatlarına;
| | |
|
c. kriptoqrafik imkanları istifadəçi üçün mümkün olmayan və xüsusi layihələşdirilmiş təsnifatdakı funksiyaları yerinə yetirmək üçün məhdudlaşdırılmış aparatlara:
1. köçürülmədən qorunmuş «proqram təminatını istifadə etmə»;
2 . aşağıdakıların hər hansı birinə daxilolma imkanı olan:
a. yalnız oxumaq imkanı olan və köçürül-mədən qorunmuş məlumat daşıyıcısı;
b. daşıyıcıda saxlanıdan məlumat şifrələrini (misal üçün intellektual mülkiyyət hüquqlarının qorunması ilə) , daşıyıcı tək hallarda açıq satışa çıxarılan zaman; və ya
3.patentlərlə qorunan audio/video məlumatın birdəfəlik köçürülməsi.
| | |
|
d. bank əməliyyatlarının və ya «pul transaksi-yalarının» edilməsi üçün xüsusi layihələşdirilmiş və məhdudlaşdırılmış kriptoqrafik aparatlara;
Texniki qeyd. 5A002 bəndindəki qeydə «pultran- aksiyaları»na ödəmələrin yığılması və tənzimlənməsi və kredit funksiyaları daxildir.
e. abonentlər üçün şifrləmə funksiyası olmayan mülki istifadə təyinatlı portativ və ya mobil radiotelefonlara (misal üçün kommersiya, mülki sotovoy radiorabitə sistemlərində istifadə üçün) ;
f. abonentlər üçün şifrləmə funksiyası olmayan və 400 m-dən az gücləndirilmədən səmərəli naqilsiz rabitəni yaradan naqilsiz telefon aparatlarına (ev telefonları ilə daşınan aparatın relesiz rabitəsi)
| | |
5B2
|
Sınaq, nəzarət və istehsal avadanlıqları:
| | |
5B002
|
a. aşağıdakılar üçün xüsusi hazırlanmış avadanlıqlar:
1.ölçmə və ya sınaq üçün aparatlar daxil edilməklə, 5A002, 5B002 və ya 5E002 bəndlərinə gorə nəzarət edilən aparatların və ya funksiyaların hazırlanması;
2. ölçmə, sinaq və ya istehsal üçün aparatlar daxil edilməklə, 5A002, 5B002, 5D002 və ya 5E002 bəndlərinə gorə nəzarət edilən aparatların və ya funksiyaların yaradılması;
b. 5A002 və ya 5D002 görə nəzarət edilən «məlumatın mühafizəsi» funksiyasının ölçülməsi və ya saxlanılması üçün xüsusi hazırlanmış ölçü aparatları
|
854380900 0
| |
5C2
|
Materiallar- yoxdur
| | |
5D2
|
«Program tə’minatı»
| | |
5D002
|
a. 5A002, 5B002 və ya 5D002 bəndlərinə görə nəzarət edilən «proqram təminatı»nın hazırlanması, istehsalı və ya istifadəsi üçün xüsusi hazırlanmış və ya modifikasiya edilmiş «proqram təminatı»;
| | |
|
b. 5E002 bəndinə görə nəzarət edilən «texnologiya»nı dəstəkləmək üçün xüsusi hazırlanmış və ya modifikasiya edilmiş «program təminatı»;
| | |
|
c. xüsusi «proqram təminatı»:
1. 5A002 və ya 5B002 bəndinə görə nəzarət edilən aparatların funksiyalarını modelləşdirmə və ya təkrarlama xarakteristikaları olan «proqram təminatı»;
2. 5D002.c.1. yarımbəndinə gorə nəzarət edilən «proqram təminatı» nın sertifikasiyası üçün lazım olan «proqram təminatı»;
Qeyd: 5D002 bəndinə görə nəzarət edilmir:
a.5A002 bənddəki qeydə uyğun nəzarət edilməyən aparatda istifadə üçün lazım olan «proqram təminatı»na;
b.5A002bəndindəki qeydə uyğun nəzarət edilməyən aparatların istənilən funksiyasını həll edən «proqram təminatı»na.
| | |
5E2
|
Texnologiyalar:
| | |
5E002
|
ümumi texnoloji qeydə uyğun, 5A002, 5B002 və ya 5D002 bəndləri ilə nəzarət edilən avadanlığın və ya «proqram təminatı»nın hazırlanması, istehsalı və ya istifadəsi üçün təyin edilmiş «texnologiya»
| | |
|