XX əsrin ikinci yarısı müxtəlif ekstremal təbiət hadisələri ilə (daşqınlar, tayfunlar, gözlənilməz hava şəraiti)
xarakterizə olunur. İnsan isə istənilən qeyri müvazinətlik vəziyyətində (sosial, psixoloji, ekoloji və s.) özünü
rahat hiss etmir. Bu zaman onun adaptasiya – uyğunlaşma mexanizmi pozulur, onun uzunmüddətli kəskin
gərginliyi mənfi stres reaksiyalarına, orqanizmdə sərbəst radikalların miqdarının artmasına və nəticədə bu və ya
digər patoloji vəziyyətin əmələ gəlməsinə gətirib çıxarır.
İqlimin qlobal istiləşməsi əhalinin sağlamlığına neqativ təsir göstərir. ÜST-nin məruzəsində, BMT-nin ətraf
mühit üzrə Proqramında və Ümumdünya meteoroloji təşkilatının «İqlimin dəyişməsi və insan sağlamlığı:
təhlükə və tədbirlər» (2003) məruzəsində iqlimin dəyişməsinin insan sağlamlığının bir neçə göstəricilərinə artıq
242
İqlimin dəyişməsi artıq dünyada 150000-ə qədər insanın ölümünə səbəb olmuşdur. ÜST-nin məruzəsinin
məlumatına əsasən, dünyada 2000-ci ildə iqlimin dəyişməsi ilə əlaqədar diareya (ishal) xəstəliyindən təxminən
2,4% hadisə baş vermişdir, gəlirləri orta həddən aşağı olan ölkələrdə bu göstərici 6%-ə qalxmışdır (World
Health Report, 2002). Hazırda iqlimin istiləşməsi faktoruna sağlamlıq üçün məlum olan digər risk faktorları
(siqaret çəkmə, alkoqoldan sui istifadə, həddindən artıq yemək, az fiziki aktivlik və s.) ilə bir səviyyədə baxılır.
Rusiyada iqlimin istiləşməsi yerli əhali üçün real hiss olunur. Uzun illər boyu aparılan müşahidələrin
məlumatına görə son 100 il ərzində ən yüksək ortaillik temperatur artımı (3,5
0
) Şərqi Sibirdə, Priamuryedə və
Primorsk ölkəsində baş vermişdir. XXI əsrdə Rusiyada iqlimin dəyişməsi XX əsrdəki kimi davam edərək, 2-4
dəfə yüksək olacaqdır. XXI əsrin ortalarına havanın orta illik temperaturunun Qərbi Sibirdə 3-4
0
C, Avropa
hissəsinin şimali-şərqində Yakutiyada Arktika sahillərində isə 2-3
0
yüksəlməsi gözlənilir.
İqlimin istiləşməsinin nəticələrini şərti olaraq birbaşa (
bilavasitə) və
dolayı yolla baş verməsinə bölmək
olar. Bilavasitə nəticələrə daşqın, tayfun, fırtına, qasırğa ilə əlaqədar insanların ölümü sayılır. Bu səbəbdən
Rusiyada hər il minə qədər adam tələf olur. Təbii fəlakətlərdən son illər ən çox Yakutiya, Stavropol və Krasno-
dar ölkələri, Primorye ziyan çəkmişdir. Təbii kataklizmlər ərazini su basması nəticəsində ağcaqanad
populyasiyalarının artması, gənə və digər infeksiya daşıyıcılarının aktivləşməsi və onların potensial infeksiya
təhlükəsi dövrünün uzanması, su kəmərləri və kanalizasiya qurğularının pozulması kimi dolayı nəticələr yaradır.
Bununla əlaqədar bağırsaq infeksiya xəstəliklərinin çoxalması riski yüksəlir.
Dostları ilə paylaş: