QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə472/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   468   469   470   471   472   473   474   475   ...   706
Cədvəl 16.5  

 

1971-1997-ci illərdə Azərbaycanın fiziki-coğrafi zonaları üzrə havanın temperaturunun (

0

C) dəyişməsi 

(Səfərov s., 2005) 

 

Fiziki-coğrafi zonalar  

Qış Yaz Yay Payız 

İl 

Lənkəran vilayəti  

1,5 

-01 


0,4 

0,4 


05 

Kür-Araz ovalığı  

1,8 

-03 


0,6 

06 


06 

Abşeron yarımadası 0,9 

-05 

-0,2 


03 

01 


Respublikanın qərb hissəsi  

1,6 


-01 

0,5 


06 

04 


Böyük Qafqazın cənub yamacı   

1,5 


-02 

0,2 


03 

04 


Böyük Qafqazın 

şimal-şərq 

yamacı  

1,2 -02  03  04  04 

Kiçik Qafqaz  

1,8 


-04 

-02 


-02 

01 


Naxçıvan MR  

2,3 


-06 

-0,4 


-0,1 

02 


 

Tədqiqatların nəticələri göstərdi ki, ən çox hiss olunan dəyişikliklər respublikanın düzən və dağətəyi 

hissələrində, zəif dəyişikliklər isə Xəzər dənizinin sahil zonasında qeydə alınmışdır.  

Yaz mövsümündə əksəriyyət stansiyalarda (1881-1997) temperaturun yüksəlməsi müşahidə edilmişdir. Ən 

güclü dəyişikliklər Gəncə, Cəfərxan, Zaqatala, Quba və Naxçıvanda, temperaturun zəif artması isə Bakıda 

müşahidə olunmuşdur. Soyuqlaşma yalnız Lənkəranda olmuşdur (cədvəl 16.5). 1971-1997-ci illər ərzində isə, 

yaz fəsli bütün Azərbaycan  ərazisində soyuq keçmişdir. Soyuqlaşma  ən çox Bakıda (-08

0

C) və Naxçıvanda 



müşahidə edilmişdir. 

Bakı, Quba və Naxçıvan istisna olmaqla, 1971-1997-ci illərin yay mövsümündə respublikanın hər yerində 

temperaturun yüksəlməsi qeydə alınmışdır.    

Payız mövsümündə güclü istiləşmə Quba (2,0

0

C), Cəfərxan (1,3



0

C) və Gəncədə (1,2

0

C) olmuşdur. Bakı və 



Lənkəranda isə zəif istiləşmə qeydə alınmışdır.  

Bütövlüklə il ərzində Lənkəranda zəif soyuqlaşma (-02

0

C) müşahidə edilmişdir. İstiləşmə  ən çox Gəncə, 



Cəfərxan, Böyük Qafqaz və Naxçıvanda, zəif istiləşmə isə Bakıda olmuşdur. Düzən və dağətəyi zonalarda 

müşahidə edilən istiləşmə (0,7-1,3

0

C/100 il) öz üstünlüyünə görə, Yer kürəsi və Şimal yarımkürəsində baş verən 



istiləşmə qiymətini keçir. Fiziki-coğrafi zonalar üzrə  dəqiqləşdirilmiş  məlumatlar göstərir ki, Abşeron və 

Naxçıvan MR-da da illik temperaturun dəyişmə tendensiyası müsbət istiqamətində gedir (Səfərov S., 2005).  

Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Rio-de-Jeneyro (Braziliya) şəhərində keçirilən «Ətraf 

mühit və inkişaf» konfransında «İqlim dəyişmələri üzrə çərçivə Konvensiyası»nı imzalamış, 1995-ci ildə Milli 

Məclis tərəfindən ratifikasiya etmiş, 2000-ci ildə bu Konvensiyanın həyata keçirmə mexanizmini təyin edən 

Kioto (Yaponiya) Protokolunu imzalamışdır. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün 

1997-ci ildə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılmışdır. Konvensiyanın tələblərinə uyğun olaraq 




 

246


1998-99-cu illərdə  «İqlim dəyişmələri üzrə birinci Milli məlumatlar» layihəsinin I mərhələsi, 2000-ci ildə II 

mərhələsi yerinə yetirilmişdir. Layihənin I mərhələsi çərçivəsində respublika ərazisində müasir iqlim 

dəiyşmələrinin tendensiyası müəyyən edilmiş, gözlənilən iqlim dəyişmələrinin ssenarisi (5 ssenari) hazırlanmış, 

iqlim dəyişmələrinin neqativ təsirləri nəticəsində baş verə biləcək itkilərin azaldılması üçün Milli adaptasiya 

planı, qlobal istiləşməyə  səbəb olan parnik qazlarının Milli kadastrı, parnik qazlarının tullantılarının 

azaldılmasına dair Milli fəaliyyət planı hazırlanmışdır. Layihənin II mərhəsində Azərbaycan Respublikasında 

parnik qazlarının azaldılması üçün texnologiyalara Milli tələbat müəyyənləşdirilmiş, iqlim üzərində sistematik 

müşahidələrin hazırkı vəziyyəti və potensialı qiymətləndirilmişdir.  

Hazırda Azərbaycan iqlim dəyişmələri üzrə Şərqi Avropa və keçmiş SSRİ dövlətləri (12 ölkə) ilə birlikdə 

parnik qazlarının inventarlaşdırılmasının keyfiyyətinin təkmilləşdirilməsi üçün Milli potensialın yaradılması 

üzrə regional layihənin ilkin mərhələsində iştirak edir. 



 

247



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   468   469   470   471   472   473   474   475   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin