17.1. Materik sularından istifadə
Məqsədli təyinatına görə şirin sular aşağıdakı təsnifata bölünür (şəkil 17.1).
•
İçməli su – bakterioloji və tərkibində üzvi və toksik kimyəvi maddələrin göstəricilərinə görə içməli su
təchizatı norması hüdudunda olur.
•
Mineral su – komponent tərkibi müalicəvi tələbatlara cavab verir.
•
Sənaye suları – komponent tərkibi sənaye miqyasında istifadəsinə uyğun gəlir.
•
İstilik energetik su – xalq təsərrüfatının istənilən sahəsində istifadə oluna bilən termal sular, istilik –
energetik sular.
•
Texniki sular – içməli, mineral və sənaye sularından başqa xalq təsərrüfatında istifadəyə yararlı sular.
Bu sular aşağıdakılara ayrılır:
- təsərrüfat məişət suları – əhali tərəfindən məişət və səhiyyə-gigiyenik məqsədlərlə, həmçinin
camaşırxana, hamam, yeməkxana, xəstəxana və s. yerlərdə işlədilən sular.
- suvarma suları – torpaqların və kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə edilən sular.
- energetik su – buxaralma, binaları qızdırmaq, həmçinin istilik mübadiləsi cihazlarında maye və qazşəkilli
məhsulları soyutmaq üçün istifadə edilən sular.
|