sudan istifadəsi nəzərdə tutulur. Bu zaman suyun keyfiyyətinə xüsusi tələbat sürülür. Hazırda əhali tərəfindən
250
istifadə olunan suyun ümumi həcmi ildə 250 km
3
-u keçmişdir. Yer kürəsi əhalisinin 4%-i sudan kifayət qədər,
yəni adambaşına sutkadakı 300-400 litr (onun 10%-i yaxşı keyfiyyətli içməli sudur) su işlədilir. Afrikada və
Asiyada yerləşən əhalinin 2/3-i üçün sudan istifadə 10 dəfə azdır.
Beynəlxalq Rio-de-jeneyro (1992) konfransının məlumatına əsasən inkişaf etməkdə olan ölkələrdə hər üç
nəfərdən biri içməli suyun çatışmazlığından əziyyət çəkir. Xəstəliklərin 80%-i, ölüm hadisələrinin 1/3-i içməli
sudan istifadə ilə bağlıdır. Odur ki, səmərəli istifadə edilməsi hesabına planetin bütün əhalisinin yaxşı
keyfiyyətli içməli su ilə təmin olunması mühüm problem kimi qarşıda durur.
Dostları ilə paylaş: