QəRİb məMMƏdov, mahmud xəLİlov


Şəkil 17.1. Təbii suların məqsədli təyinatına görə təsnifatı



Yüklə 4,26 Mb.
səhifə476/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   472   473   474   475   476   477   478   479   ...   706
Şəkil 17.1. Təbii suların məqsədli təyinatına görə təsnifatı 

Dünyanın müxtəlif regionlarında su ehtiyatlarından istifadə növü olduqca müxtəlifdir. Sudan ən çox kənd 



təsərrüfatında istifadə olunur. Ədəbiyyat məlumatlarına görə  kənd təsərrüfatında hər il 3500-3600 km

3

 su 



işlədilir, bunun 70 faizi suvarmaya sərf olunur. Kənd təsərrüfatında istifadə olunan suyun miqdarı  sənayedə 

olduğundan 3,4-4,0 dəfə artıqdır. Hazırda dünyada 250 mln hektara yaxın kənd təsərrüfatı bitkiləri və bağlar, 

plantasiyalar suvarılır. Hər hektara təxminən 12-14 m

3

 su verilərsə, suvarmaya 2800-3000 km



3

 su sərf olunur 

(Nəbiyev, 2000). Suvarılan torpaqların sahəsi  ən çox Asiyada yerləşir. Praktiki olaraq burada suvarma bütün 

ölkələrdə  tətbiq edilir. Suvarılan sahələrin  əsas massivləri kontinentin cənub və  şərqində yerləşir, onun çox 

hissəsində çəltik becərilir. Bununla belə Asiyanın bütün suvarılan torpaqlarının 2/3-dən çoxu yalnız üç ölkənin 

payına düşür (Çin, Hindistan və Pakistan) və təxminən 1000 km

3

 su sərf olunur, bu dünyada suqəbuledicilərdən 



suvarmaya işlədilən suyun yarısına qədərini təşkil edir. Asiyanın bütün ölkələrində suvarmaya sərf olunan 

suyun miqdarı bütün digər istahlakçılarını xeyli ötüb keçir və təxminən 82% təşkil edir. Avropada bütövlükdə 

bu rəqəm 30-u keçir.  

Suvarma üçün şirin su ehtiyatlarının xeyli hissəsindən istifadə olunur və 3/4-ü geri qaytarılmır. Tarlalardan 

drenaj şəbəkəsi ilə qayıdan sular tarlalarda alaqlara və zərərverici həşəratlara qarşı işlədilən müxtəlif maddələrlə 

(pestisidlər) və mineral gübrələrlə güclü çirklənməyə məruz qalır.  

 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   472   473   474   475   476   477   478   479   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin