Tayfunlar ən dağıdıcı tropik tsiklonlar sırasına aiddir. Hər il tayfunlar Asiyanın bir sıra ölkələrinin
iqtisadiyyatına olduqca böyük itkilər verir. İqtisadi baxımdan zəif inkişaf etmiş ölkələr tayfunların vurduğu
Sakit okeanın qərb hissəsinin üzərində ildə 25-30 peyda olunan tayfundan ayrı-ayrı illərdə 1-dən 4-ü Yapon
dənizinə və Primorski ölkəsinə çıxır. Bütün bunlar Filippindən şimali-şərqdə okean üzərində əmələ gəlir.
373
Onların orta mövcudiyyəti 11 gün, maksimum isə 18 gün təşkil edir. Belə tropik tsiklonlarda
müşahidə olunan
minimal təzyiq geniş tərəddüdə malik olur (885 qPa-dan 980 qPa-ya qədər), lakin onlar Rusiya ərazisinə
çıxdıqda mərkəzlərində təzyiq 960-1006 qPa-ya qədər yüksəlir. Sutka ərzində maksimal yağıntıların cəmi 400
mm-ə, küləyin sürəti işə 20-35 m/san-yə çatır.
Uzaq Şərqin mülayim enliklərinə tayfunların çıxma vaxtı iyuldan başlayaraq, sentyabr daxil olmaqla davam
edir. May, iyun və oktyabr aylarında Yapon dənizində tropik tsiklonlar nadir hallarda peyda olur və ya müşahidə
edilmir.
Son illər bir neçə yadda qalan qeyri adi dağıdıcı tropik tsiklonların olması ilə əlamətdardır. Onların arasında
1992-ci ildə Floridada baş verən «Endryu» qısırğasını göstərmək olar. Əvvəlcədən qasırğanın olacağı haqda
vaxtında verilən xəbərdarlığa görə cəmi 65 adam həlak oldu. Lakin «Endryu» 60000 ev və digər tikintiləri
dağıtdı və 30 mlrd. dollar ziyan vurdu.
Altı il keçdikdən sonra (1998-ci il 22 sentyabr) Mərkəzi Amerikada «Corc» qasırğası zamanı küləyin sürəti
saatda 200 milə çatırdı. Qasırğa 4000 adamın həyatına son qoydu, Salvador və Nikaraqua dövlətlərinə 10 mlrd.
doll. ziyan vurdu.
1999-cu il dekabrın ortalarında Venesuelanı darmadağın edən güclü daşqınlar və sürüşmələr, 20000 adamın
ölümünə səbəb oldu, iqtisadi ziyanın miqdarı 15 mlrd. təşkil etdi.
1999-cu il sentyabrın sonunda «Bart» tayfunu sıx əhalisi olan Kyusyu şəhərində 26 adamın həyatına son
qoydu, ölkəyə 5 mldr. maddi ziyan vurdu.
Şimal yarımkürəsində qış qasırğaları da dağıdıcı xarakter daşıyır. Stiven Lambert «jurnal of Geophysikal
Reslarch» məqaləsində bu yarımkürədə XX əsrdə güclü qış qasırğalarını təhlil etmişdir: 1920-1970-ci illər arası
40-a qədər qış qasırğası baş verimşdir. Sonralar temperaturun yüksəlməsi ilə əlaqədar olaraq qasırğaların tez-tez
baş verməsi müşahidə edildi, 1985-ci ildən başlayaraq şimal yarımkürəsində ildə 80-ə qədər qasırğa hadisəsi baş
verir. Son onillikdə Qərbi Avropada çoxlu saylı misli görünməmiş dağıdıcı güclü qasırğalar baş vermişdir.
1999-cu ilin qışında Qərbi Avropada üç qeyri-adi dəhşətli qasırğa olmuşdur: «Anatol», «Martın» və «Lotar». Bu
qasırğalar 150 insanın ölümünə səbəb olaraq 10,3 mlrd. dollar maddi ziyan vurmuşdur. Dekabrın 26-sı milad
bayramı günü «Lotar» qasırğası Fransa, Almaniya və İsveçrəyə 7,5 mlrd. dollar ziyan yetirdi.
2001-ci ildə Primorsk ölkəsində havaya heç bir tayfun bilavasitə təsir göstərmədi, lakin 2000-ci ildə dörd
dəfə baş verdi: «KAİ-TAK», «SAOMAİ», «PROPİROON» və «BOLAVEN». Sonuncu tayfun daha dağıdıcı
oldu: 116 yaşayış məntəqəsini su basdı, 190 körpü və 2000 km-ə qədər avtomobil yolu sıradan çıxdı. İqtisadi
zərər 800 mln. rubldan artıq oldu.
Aşağıda qasırğaların xronikası göstərilir:
- Kalkutta, 1737-ci ildə. 300000 adam həlak oldu.
- Vest-Hind adaları (Atlantik okeanında). Böyük qasırğa, 1780-ci il. ABŞ. 6000 adamın həyatına son
qoyuldu.
- Qonkonq, 1906-cı il. 10000 adam öldü.
- Qalveston, 1900-cu il. ABŞ-ın tarixində ən məhvedici qasırğa. 4-5 metrlik fırtına dalğaları Qalveston
adalarını bütövlüklə örtdü, 8000 insan həlak oldu.
- Mayami böyük qasırğası. 1926-cı il, 900 adam həlak olmuş, iqtisadi nəticəsinə görə ən dağıdıcı sayılır. 80
mlrd. dollar ziyan dəymişdir.
- Santo-Dominqo qasırğası, 1930-cu il. Dominikan Respublikası, 4 saat ərzində 4000 adamın həyatına son
qoydu, 5000 adam yaralandı, 9600 bina dağıldı.
- Flora qasırğası. Kuba, Haiti, 10 sutka ərzində 7200 adam həlak oldu. Qasırğa bir neçə dəfə Kubanı
müxtəlif istiqamətlərdə kəsib keçdi. Kofe plantasiyalarının məhsulunun 90%-ni məhv etdi.
- Banqladeş qasırğası (tsiklonu). 1970-ci il. Fırtına dalğalarından 300000-dən artıq insan həlak oldu.
- «Fifi», Qonduras. 8000 adam həlak oldu.
- «Ayk», Filippin. 1,1 mln. adam evsiz qaldı, 1363 adam öldü.
- «Endryu» qasırğası. ABŞ. Tarixdə ən çox ziyan vurmuş 26,5 mlrd. dollara başa gəlmişdir.
- «Mitç» qasırğası. Mərkəzi Amerika, Atlantikanın ən məhvedici qasırğası, 11000 adam həlak olmuşdur.
- «Qorki» tropik tsiklonu. Banqladeş, 1991-ci il. 138 min adam həlak olmuş və itkin düşmüşdür.
23 sentyabr 2005-ci ildə başlanan «Rita» qasırğası sentyabrın 24-də Amerika sahillərinə (Texas ştatı), 190
km/saat sürətilə külək əsib (qasırğa 19 ştatı əhatə edib), daşqınlar baş verib, minlərlə adam təxliyə (evakuasiya)
olunmuşdur.
Karib qasırğalarının xronikası
- «Janne» (kateqoriya 1), 16 sentyabr, 2004. Şərq sahil. Samana və Puerto-Plato
374
-
«Corc» (kateqoriya 3), 22 sentyabr, 1998. Santo-Dominqo və La Romana, cənub-şərq sahil.
- «Qortenziya» (kateqoriya 3) 10 sentyabr, 1996. Punta-Kanıdan Somanıya qədər. Şərq sahil. 130 km/saat.
- «Emeli» (kateqoriya 4). 22 sentyabr 1987. Bani, cənub-qərb sahil, küləyin sürəti 220 km/saat.
- «David» (kateqoriya 4), 31 avqust 1979. Santo-Dominqo və cənub sahil.
- «Beula» (kateqoriya 4), 10-11 sentyabr 1967. Baraonanın qərb hissəsi. Küləyin sürəti 225 km/saat.
- «İnes» (kateqoriya 4), 29 sentyabr 1996. Baraonanın qərb hissəsi. Külyin sürəti 240 km/saat.
Dostları ilə paylaş: