Cədvəl 23.5
Dolu yağan günlərin orta aylıq, illik sayı (1986-1960-cı illər.
Cabbarov, 1978)
Məntəqələr
III IV V VI VII VIII
IX X İllik
Əlibəy
0,04 0,08 2,0 0,56 0,16 0,30 0,60 0,32 4,82
Zaqatala
0,04 0,25 0,50 0,40 0,08 0,12 0,25 0,20 1,84
Muğanlı
0,0 0,0 0,50 0,40 0,08 0,0 0,0 0,00 0,98
Şəki
0,08 0,28 0,36 0,20 0,12 0,30 0,20 0,12 1,40
Qəbələ
0,09 0,40 0,54 0,30 0,04 0,0 0,16 0,08 1,67
Şamaxı
0,15 0,50 0,40 0,30 0,19 0,04 0,08 0,20 1,87
N.A.Babaxanov və N.Ə.Paşayevin (2004) «Qafqaz təqvimi», «Qafqaz haqqında məlumatlar məcmuə»ləri
və digər mənbələrdən topladıqları maraqlı materialların bəzilərini sadalamaq yerinə düşərdi. Məsələn, 1852-ci il
tarixli «Qafqaz təqvimi»ndə yazılır: «6 avqustda Kür çayı sahilində Eymur kəndindən Ketovana qədər 40
verstlik məsafədə güclü göy gurultusundan sonra 30 dəqiqə ərzində şiddətli yağışla bərabər və ölçüsü 1-20 futa
(1 fut-0,3048 m) çatan müxtəlif ölçülü, müxtəlif formalı buz parçaları yağmışdır, bunun da nəticəsində bağlar,
bostan sahələri məhv edilmiş, meşələrdə böyük ağacların bütün budaqları sınmış, çəkil bağlarında isə ağaclar
kökünə qədər məhv edilmişdir».
«Qafqaz haqqında məlumatlar» məcmuəsində 1859-1878-ci illər ərzində Qafqazda 451 dəfə dolu düşməsi
qeydə alınması göstərilir. Bunun 333-dən dəyən zərər 5,5 mln. rubla bərabər olmuşdur. Həmin dövr ərzində
Azərbaycanda 49 dəfə dolu düşməsi qeydə alınmışdır. 1912-1916-cı illər ərzində Azərbaycana 2,5 mln. rubl
ziyan dəymiş, ən çox ziyan çəkən Yelizavetpol (Gəncə) quberniyası olmuşdur. Ziyanın məbləği Zəngəzurda –
489 min rubl., Gəncədə – 380 min rubl, Karyagində (Füzulidə) isə 370 min rubl olmuşdur.
Meteoroloji aylıq məcmuələrin məlumatlarına istinad edərək göstərilən müəlliflər 1969-70-ci illərdə
respublikamızda 30 rayonun doludan ziyan çəkməyini qeyd edirlər. 1969-1973-cü illər ərzində Qazax
rayonunun 10 təsərrüfatında doluvurma nəticəsində 600 ha dənli, 100 ha çoxillik yem bitkiləri məhv olmuş və
376
ziyan 500 min rubl məbləğində qiymətləndirilmişdir. Doluvurmanın ən ağır nəticələri Zaqatala rayonunda 1970-
ci ilin aprel-may, Qazax rayonunda 1972-ci ilin sentyabr, Saatlı rayonunda isə 1973-cü ilin yanvar aylarında
qeydə alınmışdır. Zaqatala rayonunda 1970-ci ili aprel-may aylarında doluvurma nəticəsində 318 ha tütün
(əkinin 100%-i),801 ha taxıl, 180 ha çoxillik yem otları sahəsi, 5 ha bostan bitkiləri məhv edilmişdir. Yalnız
2002-ci il mayın 5-də düşən dolu Qazax, Tovuz, Ağstafa, Qax rayonlarının təsərrüfatlarına 100 mlrd. manat
ziyan vurmuşdu. Qax rayonunda düşən dolunun hündürlüyü 50 sm olmuşdur (Babaxanov, Paşayev, 2004).
Dostları ilə paylaş: |