QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə636/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   632   633   634   635   636   637   638   639   ...   706
 

23.9. SEL HADİSƏLƏRİ  

Dağ və dağətəyi çaylarının yataqlarında dağıdıcı qüvvəyə malik və gətirmələrlə (əsasən daş, qum, çınqıl, lil, 

qismən ağac, ot və s.) zəngin, qısamüddətli güclü axınlara sel deyilir. Bu hadisə Azərbaycanda sel, Orta Asiya 

Respublikalarında sil, Fransada nant, Almaniyada mur, Gürcüstanda qvarsoppi adlanır.    

Sellər, intensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə  əriməsi, yamaclardan 

məcraya çoxlu miqdarda süxur qırıntı materiallarının tökülməsi və s. nəticəsində baş verir. Sel hadisələrinin 

aktivləşməsində antropogen faktorlar (dağ yamaclarında meşələrin qırılması, meşənin subalp çəmənləri ilə 

yuxarı  sərhədinin aşağı salınması, yay otlaqlarında və meşələrdə mal-qaranın intensiv otarılması ilə  əlaqədar 

torpaq və ot örtüyünün deqradasiyası və s.) da mühüm rol oynayır.  

Daşqınlardan fərqli olaraq, sel ayrı-ayrı dalğalar  şəklində  hərəkət edir. Sürəti 0,5-5,0, bəzən 15 m/san-yə 

çatır. Axının 70-80%-i gətirmə materiallarından (süxur qırıntıları, palçıq, daş və s.) ibarət olur, suyun payına 20, 

bəzən 30% düşür. Axının yuxarı hissəsində sürəti aşağıya nisbətən 5…. 7 dəfə çox olur, ona görə  də  aşağı 

hissədə qısa müddətdə olduqca çoxlu miqdarda axıb gətirilən material toplanır. Bir dəfədə bəzən bir neçə mi-

lyon m


3

 qırıntı materialı gətirilir, bunların içərisində bəzi daşların ağırlığı 100-200 ton olur.  

Sel hadisələri ABŞ, Yaponiya, Vyetnam, Avstriya, İsveçrə,  İtaliya, Qafqaz, Qazaxıstan, Orta Asiya 

respublikaları, Krım, Sibir və başqa ölkə və regionların dağlıq ərazilərində baş verir.  

Sel axınları böyük sıxlığa(1100-2000 kq/m

3

 və bəzən daha çox) və güclü sürətə malik olduğundan çayların 



yatağını  və sahillərini yuyur, qarşısındakı maneələri dağıdır, insan tələfatına səbəb olur. Belə  fəlakətli sel 

hadisələri ABŞ-ın Los-Anceles şəhəri rayonunda (1914, 1916, xüsusilə 1934 və 1938-ci illərdə), Qazaxıstanın, 

əsasən Kiçik Alma-Ata çayında (1921, 1963, 1973) baş vermişdir. V.A.Alekseyenko (2005) Tyan-Şanda diame-

tri 3,5 m olan sel gətirən daşlar müşahidə etmişdir. Əlbəttə, belə iri daşlar böyük dağıdıcı gücə malikdir. Müəllif 

qeyd edir ki, 1968-ci ildə Tyan-Şanda baş verən güclü sel axını bir neçə  dəqiqə  ərzində Alma-Ata şəhərinin 

yaxınlığında yerləşən qəsəbəni dağıtdı. Qırğızıstanın olduqca gözəl  İssakkul dağ gölünü məhv etdi. Gölün 

yaxınlığında olan insanlar seldən xilas ola bilmədilər. Sel hadisələrindən Novorossiysk, Alma-Ata və digər 

şəhərlərdə də ciddi dağıntılar olması məlumdur.  

Dağlıq ölkələrdə sellərin yaratdığı dağıdıcı hadisələrdən çoxlu misallar gətirmək olar.  

Azərbaycanda Böyük Qafqazın cənub və  cənub-şərq yamacı  və Naxçıvan MR-in çayları güclü dağıdıcı 

selləri ilə məşhurdur.  

Böyük Qafqazın cənub yamacında L.N.Leontyevin (1951) sel hadisələrinin getdikcə azalması (zəifləməsi) 

fikrinin  əleyhinə olaraq B.Ə.Budaqov, N.A.Babaxanov (2004) qeyd edirlər ki, Azərbaycanda (o cümlədən 

Böyük Qafqazın cənub yamacında) XX əsrdə sellər daha da aktivləşmiş  və arealını genişləndirmişdiir. 




 

377


Müəlliflər bunun səbəbini  əsasən antropogen faktorların təsirinin güclənməsi ilə  əlaqədar açıq (bitkisiz) 

ərazilərin genişlənməsi ilə izah edirlər. Onların fikrincə, sel hadisələri əsasən yaz-payız aylarında hər 3-4 ildən 

bir təkrarlanır, son 100 ildə Azərbaycanda 200-dən artıq dağıdıcı sellər baş verərək respublikaya 1,5 mlrd. ABŞ 

dolları miqdarında ziyan vurmuşlar. 1910-cu il avqust ayında gecə vaxtı güclü leysan zamanı Şin çayında 2 saat 

davam edən coşğun sel nəticəsində  Şəki rayonunun Baş Göynük kəndində 130 ev dağılmış, 400 nəfər adam 

ölmüş, 10 minlərlə mal-qara qırılmışdır. Belə dağıdıcı sellər Şinçayda insan ölümü ilə nəticələnməsə də, 1955, 

2000, 2003-cü illərdə də baş vermişdir. Böyük dağıntıya və insan ölümünə səbəb olan sellər 1936 və 1955-ci 

illərdə Kişçayda, 1931-ci ildə Ordubadçayda olmuşdur. 1772-ci ildə Kişçayda baş verən sel hadisəsi  Şəki 

şəhərinin çox hissəsini tamamilə dağıtmışdır. Son 100 ildə Kişçayda 20 dəfə, Balakənçayda 9 dəfə, Göyçay, 

Şinçay, Vəndamçay, Girdimançay, Ordubadçay, Kendeçay və digər çayların hər birində 10 dəfə dağıdıcı sel 

hadisələri təkrarlanmışdır. Yalnız 1998-ci ildə baş vermiş sellər nəticəsində Azərbaycan iqtisadiyyatına 50 mln. 

ABŞ dolları miqdarında zərər dəymişdir (Budaqov, Babaxanov, 2002, Babaxanov, Paşayev, 2004).  

Yuxarıda göstərilən müəlliflər qeyd edirlər ki, Azərbaycan əhalisinin               1 milyon nəfəri daima sel 

təhlükəsi altında yaşayır. 18 inzibati rayonun ərazisində yerləşən 100-dən çox şəhər və kəndlər fasilələrlə və ya 

müntəzəm olaraq sellərə məruz qalır. Bunlardan Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, İsmayıllı, Göyçay, 

Ordubad və s. kimi inzibati rayon mərkəzlərini göstərə bilərik. Respublikanın dəmir yollarının 300, avtomobil 

yollarının 1000 km-i, 100-lərlə körpü fasilələrlə sellərə məruz qalır.  

S.H.Rüstəmov (1960) sellərin  əmələ  gəlməsi  şəraitinə, selbasar ayrı-ayrı çay hövzələrinin fiziki-coğrafi 

xüsusiyyətlərinə və sellərin vurduğu ziyanın dərəcəsinə görə respublikanın ərazisini üç əsas rayona bölür:  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   632   633   634   635   636   637   638   639   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin