«Edis» (kateqoriya 2), 26-27 sentyabr 1963. La Romana, cənub sahil, küləyin sürəti 160 km/saat.
- «Kati» (kateqoriya 1), 16 oktyabr 1955. Baraonanın qərb hissəsi. Küləyin sürəti 125 km/saat.
- «San - Zenon» (kateqoriya 4-5), 3 sentyabr 1930. Santo-Dominqo, mərkəzi hissəsi.
- Lils. 21 sentyabr 1894. Santo-Dominqoda ilk dəfə qeydə alınan qasırğa.
23.8. LEYSAN YAĞIŞLARI, DOLU
Leysan yağışları dedikdə, topa yağış buludlarından sutka ərzində 15-20 mm-dən artıq iri yağış damlaları
(diametri 7 mm-ə qədər) şəklində yüksək intensivlikdə düşən yağıntılar nəzərdə tutulur.
Dünyada ən güclü leysan Vunionvilldə (ABŞ) 1956-cı ilin iyulun 4-də qeydə alınmış, dəqiqədə 31,2 mm
yağıntı düşmüşdür. Havay adalarında yağıntı (1913-cü il) dəqiqədə 21 mm təşkil etmişdir. 1860-1861-ci ildə
Çerapunçidə (Hindistan) il ərzində 26461 mm yağıntı düşmüşdür.
Respublikamızda leysan yağışları ən çox Böyük Qafqazın cənub yamacında təkrarlanır. Maksimal
yağıntılar Əlibəy meteor. stansiyasında dəqiqədə 10,7 mm (10-17 iyun 1959-cu il), Damarçik (Kişçayın qolu)
stansiyasında 6,50 mm (30 iyun 1953-cü ildə), Qəbələdə – 6 mm (22 iyun 1959-cu ildə) qeydə alınmışdır.
Cənub yamacda leysan yağışları əsasən yaz və payızda (bəzən yayda) aprel və oktyabr aylarında günün ikinci
yarısında, axşam, bəzən isə gecə saatlarında müşahidə edilir. Yağıntı yaradan proseslər qərbdən hərəkət etdikdə
şiddətli leysanlar Şəki-Zaqatala, şərqdən qərbə hərəkət etdikdə isə Oğuz-İsmayıllı-Şamaxı bölgəsində baş verir.
Leysan yağışların intensivliyi dəniz səviyyəsindən 600-1200 m yüksəklikdə dəqiqədə 4,0-6,0 mm, 1700-2000
m-də 9,0-11,0 mm-ə çatır. İl ərzində şiddətli leysanlar ən çox Zaqatala, Qax, Şəki, Qəbələ rayonlarında (4-8
dəfə), ən az isə Şamaxıda qeydə alınmışdır. Şiddətli leysan yağışları həmçinin Şuşa-Laçın, Kəlbəcər-İstisu,
Lənkəran zonalarında da baş verir. Respublikanın düzən rayonlarında, Abşeronda və Naxçıvan MR-də tək-tək
hallarda leysanların intensivliyi dəqiqədə 2-4 mm müşahidə edilir (Cabbarov M.A., 1978).
Leysan yağışları güclü torpaq eroziya prosesinə, sürüşmələrə, uçqunlara, sellərə, daşqınlara səbəb olur.
Yolları, kommunikasiya sistemlərini yararsız hala salır, şəhər nəqliyyatının normal fəaliyyətini pozur, yollarda
tıxaclar əmələ gətirir. Kanalizasiya qurğuları yağış sularını tam ötürə bilmir, gətirilmiş zibil və s. asılı material-
lar kanalizasiya qurğularını müvəqqəti sıradan çıxarır, yaşayış evlərinin zirzəmiləri, yağış suları ilə dolur. Bakı
şəhərində belə hallar hər 3-5 ildən bir-iki dəfə təkrar olunur. 2002-xi il mayın 14-də Masallıda,mayın 25-də Sa-
birabadda, iyulun 6-7-də Qusar, Xaçmaz. Quba və Dəvəçidə, iyunun 30-da və iyulun 1-də Zaqatalada, noyabrın
9-10-da Lənkəranda baş vermiş leysan yağışlar bu rayonların təsərrüfatlarına külli miqdarda zərər vurmuş,
dağıntılara səbəb olmuşdur (Babaxanov, Paşayev, 2004).
Külli miqdar yağıntılar Bakı şəhərində də müşahidə olunur. Məsələn, 25 dekabr 2005-ci il gecə başlayan
yağış 26 dekabrda da bütün günü davam etdi, yollarda gölməçələr, palçıq yığınları əmələ gəldi, Badamdar yo-
lunda sürüşmə baş verdi, şəhərdə nəqliyyatın iş rejimi pozularaq iflic vəziyyət yarandı, avtomobillərin qəza
hadisələri çoxaldı.
Dolu. İlin isti dövründə topa yağış buludlarından dənə-dənə buz halında düşən yağıntıya dolu deyilir. Dolu-
nun ölçüsü adətən 5-55 mm-ə qədər, bəzən daha çox olur. Diametri 130 mm, kütləsi 1 kq olan dolular da olur.
İri ölçülü dolular ən çox tropik enliklərdə düşür. Məsələn, Hindistanda kütləsi bir neçə kq olan dolu dənələri
müşahidə olunur. Orta enliklərdə dolunun kütləsi 1 kq-dan artıq olmur.
Dolunun düşmə müddəti geniş miqyasda dəyişərək, bir neçə saniyədən bir saata qədər davam edə bilər,
adətən dolu 3-5 dəqiqə müddətində düşür və zolaqlar şəklində müşahidə olunur. Bu zolaqların eni 1-2 km,
uzunluğu 10-20 km-ə çatır. Bəzən dolu düşən zolağın eni 10 km, uzunluğu 400 km-ə çatır.
Azərbaycan ərazisində ilin isti dövrlərində çox vaxt leysan yağışları ilə bərabər dolu yağır. Respublika
ərazisinin relyef quruluşu və dənizin təsir məsafəsindən asılı olaraq dolu düşməsi qeyri-bərabər paylanmışdır.
A.A.Mədətzadə (1957) Azərbaycanda dolu düşməsinin yayılması və təkrarlanmasına görə
rayonlaşdırılmasını aşağıdakı kimi göstərir:
1. Kiçik Qafqazın şimal hissəsində ildə dağlarda 4-7, dağətəyində 2-3 gün, düzənliklərdə dolunun
təkrarlanması ildə bir gündən artıq olmur.
2. Kiçik Qafqazın şərq hissəsində doludüşmə yüksək dağlıq (2000 m-dən yüksək) ərazilərində ildə 6-8
375
günə, dağlıq ərazilərdə 3-5 günə. düzənliklərdə 1-2 günə bərabərdir.
3. Ovalıq və dənizsahili ərazilər daxil olmaqla Talışın dağlıq ərazisində doludüşən günlərin sayı ildə bir
gündən artıq olmur, yüksəkliyi 200 m-dən 1000 m-ə qədər olan ərazilərdə isə 2 gündən 4 günədək dolu
müşahidə olunur.
4. Azərbaycan ərazisində Böyük Qafqazda dolunun orta düşmə müddəti 4-5 günə, dağlıq hissələrdə (1000-
1500 m) 1-2 günə, düzənlik hissədə 1 günə, şimal-şərq yamacda 2-3 günə bərabərdir.
Dostları ilə paylaş: |