294
Şəki-
Zaqatala
9,4 11,5
41,2 20,3 34,1 2,3 95,6
Lənkəran 66,8
9,0
11,0
15,2
22,9
8,7
49,1
Abşeron
16,5
3,7
3,5
5,0
3,5
0,8
12,0
Dağlıq
Qarabağ
40,6 9,8 8,0 8,4
9,9
4,4 26,4
Naxçıvan
MR
96,6 12,2 21,6 23,2
29,2 10,4 74,0
Cəmi
891,7
196,0
204,4
380,4
250,3
64,9
630,8
Qeyd etmək lazımdır ki, hazırda alp və subalp zonasının əksər yerlərində mal-qaranın sistemsiz otarılması
nəticəsində yay otlaqları başdan-başa eroziya prosesinə məruz qalaraq maldarlığı lazımi səviyyədə yemlə təmin
etmir və tamamilə istifadədən çıxaraq daşlı və ya bitkisiz sahəyə çevrilmişdir. Belə yerlərin ümumi sahəsi 257,1
min hektar olub, yay otlaqlarının 43,6%-ni təşkil edir.
Alp və subalp çəmən və çəmən-bozqır zonasında torpaqların eroziya prosesinə məruz qalma dərəcəsi təbii-
iqtisadi rayonlar üzrə 19.5 saylı cədvəldə verilir.
Cədvəldən göründüyü kimi, Azərbaycanın alp və subalp zonası torpaqlarının (yay otlaqları kateqoriyasına
aid edilən və ondan kənarda qalmış sahələrlə birlikdə) 70,7%-i (630,8 min hektar) eroziya prosesinə məruz
qalmışdır. Bunun 22,9% (204,4 min ha) zəif, 42,7%-i (380,4 min ha) orta, 28,1%-i (250,3 min ha) şiddətli
dərəcədə yuyulmuş torpaqlardır.
Azərbaycanın qış otlaqları da təbii-coğrafi şəraitinə və bitki örtüyünə görə çox rəngarəngdir. Bu, hər şeydən
əvvəl respublikamızın iqlim-torpaq şəraitinin müxtəlifliyi ilə əlaqədardır. Respublikamızın qış otlaqları əsasən
Kür-Araz ovalığı (Mil, Muğan, Şirvan, Qarabağ, Salyan düzləri və cənubi-Şirvan), Qobustan, Ceyrançöl,
Ağyazı, Acınohur, Bozdağ, Xocaşen, Daşüz silsilələrində, cənubi Qarabağda (Gəyən, Çaxmaq bozqırları),
Naxçıvan MR-da isə Böyükdüzdə, dağ ətəklərində, Qarğabazarı və Arazətrafı çökəkliklərdə yerləşir.
Qış otlaqlarında nisbətən geniş yayılmış faydalı bitkilər birillik taxıl otlarıdır. Taxıllar fəsiləsinə mənsub olan
bitkilər həmişə erkən yazda yaxşı inkişaf edib, yaşıl yem kütləsi əmələ gətirir. Dağətəyi zonalarda yerləşən qış
otlaqlarında yazda əmələ gələn yaşıl ot örtüyünün tərkibində birillik taxıl otları nisbətən az olur. Onların əvəzində
taxıllara aid olmayan bəzi birillik ot bitkiləri çoxluq təşkil edir və qiymətli yem hesab olunur. Birillik taxıl
otlarından bərk quramit, cənub quramiti, İran quramiti, şərq bozağı, düzəkli bozaq, üçdüyməli buğdayıot, yapon
tonqalotu, sürüpgəvari tonqalotu, irisünbüllü tonqalotu, tüklü vələmir, boş vələmir, iriçiçək vələmir və s. qış
otlaqlarında daha geniş yayılmışdır. Birilliklərdən başqa gövdələrinin əsas hissəsi soğanaqlı olan çoxillik taxıl
otlarının da qış otlaqlarının ot örtüyünün yaranmasında böyük əhəmiyyəti vardır. Məsələn, sıx qırtıc, sinay qırtıcı,
soğanaqlı qırtıc və s. bu cür ot bitkilərindəndir.
Yovşanlı otlaqlar üçün xarakterik olan müxtəlif yovşan formaları da qış otlaqlarının ot örtüyünün əmələ
gəlməsində böyük əhəmiyyət kəsb edir. Paxlalılar fəsiləsindən olan yonca və xaşanın bir neçə növ və
növmüxtəliflikləri də, bəzi otlaq sahələrində çox geniş yayılmış faydalı bitki hesab olunur.
Səhra bitki qrupu əsasən Kür-Araz ovalığının qış otlaqlarında inkişaf etmişdir. Bu otlaqların bitki örtüyü
olduqca kasıb olub, botaniki tərkibi əsasən kolluq, yarımkolluq və vegetasiya dövrü qısa olan birillik ot
bitkilərindən ibarətdir.
Şoran səhralarda qarışıq örtük əmələ gətirən şoran, xəzər şahsevdisi, sarıbaş kolları, çərən, öldürgən və s.
kolluqlar və efemer bitkiləri inkişaf edir. Bitki örtüyünün əsasını qarağan kolları, gəngiz, gəvrik, şahsevdi təşkil
edən qış otlaqları da geniş yayılmışdır.
Respublikamızın qış otlaqlarında səhra tipli bitki örtüyünə nisbətən yarımsəhra tipli bitki örtüyü daha geniş
yer tutur. Onlar inkişaf tərzinə, həyat şəraitinə, botaniki quruluşuna, kimyəvi tərkibinə, bioloji və təsərrüfat
xüsusiyyətlərinə görə səhra tipli bitki qruplarından fərqləndikləri üçün yemlik keyfiyyəti də müxtəlif olur. Bir
qayda olaraq yarımsəhra tipli otlaqların əsas yem fondu efemerlər sayılır. Onlar yaxşı inkişaf edib otlaqlarda sıx
bitki örtüyü əmələ gətirir, torpağın səthinin 80-90%-ə qədəri bitki ilə örtülür. Bu cür sahələrdən təkcə otlaq, örüş
kimi deyil, həmçinin təbii biçənək kimi də istifadə edilir. Yovşanlı, göyüllü-yovşanlı, qaratikanlı-yovşanlı
yarımsəhralar qış otlaqlarında daha geniş yer tutur. Bunların arasında yovşanlı yarımsəhralar daha geniş
yayılmışdır. Respublikamızın qış otlaqlarında quru bozqır sahələrin bitki örtüyü də mühüm əhəmiyyət kəsb edir.
Belə otlaqlar yarımsəhra ot örtüyündən çoxillik taxıl otlarının nisbətən yaxşı inkişaf etməsi ilə fərqlənir.
Məsələn, ağot, ayrıq, şiyav, topalotu və s. bitkilərin əmələ gətirdikləri çimliklər bəzən o qədər sıx və çox olur ki,
295
sahələr başdan-başa ağımtıl, quru bozqır şəklini alır. Belə bozqır sahələr qış otlaqlarının yem balansında mühüm
rol oynayır.
Naxçıvan, Qobustan və Bozqır yaylasında, Dağlıq Qarabağın dağətəyi hissəsində və digər yerlərdə yerləşən
quru bozqır otlaq sahələrində inkişaf etmiş bitkilərin ən mühüm nümayəndələri daşdayan, dovşantopalı,
tonqalotu, daraqotu, nazikbaldır, tüklüayrıq, qırtıc, buğdayıot, quramit və s. ot növləridir. Onlar yüksək yemlik
əhəmiyyətinə malik olub, bozqır otlaq sahələrindəki ot örtüyünün əsasını təşkil edirlər. Yazda və yayın
əvvəllərində sürətlə böyüyüb inkişaf edən bu bitkilər otlaqların yemlik keyfiyyətinə və ümumi məhsuldarlığına
müsbət təsir göstərir.
Quru bozqır bitki örtüyünə malik olan otlaqlar yovşanlı-ağot, yovşanlı-ayrıq, yovşanlı-şiyav, yovşanlı-
topalotu tiplərinə ayrılır.
Azərbaycanın qış otlaqlarındakı səhra, yarımsəhra və bozqır bitki qruplarından başqa bəzi yerlərdə ayrı-ayrı
talalar şəklində bataqlıq, çala və çəmən bitki qruplarına da rast gəlinir.
Araşdırmalar göstərir ki, respublikamızın qış otlaqlarında (Qobustan, Ceyrançöl, Bozdağ, Acınohur) və
biçənək sahələrində eroziya prosesləri ilə yanaşı, şorlaşma, bataqlaşma, subasmalar kimi hallar onların
deqradasiyasını sürətləndirmişdir. Təqribən 201 min hektar və ya 15% yem sahəsi şorlaşma, bataqlaşma və
subasmaya məruz qalmış, minlərlə hektar sahə qanunsuz olaraq şumlanmış və yaşayış yerlərinə çevrilmişdir.
Bütövlükdə yem sahələrinin 978 min hektarının əsaslı yaxşılaşdırma, meliorasiya və digər tədbirlərə ehtiyacı
vardır. Bununla yanaşı, yem sahələrinin, yay və qış otlaqlarının, biçənəklərin aşağıdakı ekoloji problemlərinə
daha geniş aspektdə baxılması tələb olunur:
1. Yem sahələri təyinatı üzrə istifadə edilməli, quzuları və boğaz heyvanları yaşıl yemlə təmin etmək
məqsədilə qış otlağının ümumi sahəsinin 3 faizdən çox olmayan hissəsində yaşıl yem üçün olan əkini çıxmaqla,
qalan ərazilərdə hər hansı əkinçilik fəaliyyətinə yol verilməməlidir;
2. Köç yolları və mal-qara düşərgələri təyinatı üzrə istifadə edilməli, yataqlar və otlaqlararası xüsusi
yollardan istifadəyə lazımsız yol və cığırların salınmasına və otlaqlarda iribuynuzlu mal-qaranın sürü halında
otarılmasına yol verilməməlidir. Otarılma norması hər hektara 5-6 baş heyvanla məhdudlaşmalıdır;
3. Yay və qış otlaqlarında ərazinin relyef, iqlim, bitki örtüyünün vəziyyətini, ilin əlverişli (yağıntılı) və ya
əlverişsiz (quraq) olmasını nəzərə almaqla otarma normalarına ciddi əməl olunmalı, eroziya prosesinin güclü
getdiyi və yarğanəmələgəlmə təhlükəsinin mövcud olduğu sahələrdə otarma məhdudlaşdırılmalı və ya qadağan
olunmalıdır;
4. Yay və qış otlaq sahələrində ot örtüyünün keyfiyyətini yüksəltmək və botaniki tərkibini qiymətli yem
bitkiləri hesabına 1 hektarın məhsuldarlığını 5-6 sentnerə çatdırmaq məqsədilə eroziyaya məruz qalmış (663 min
ha) və meliorasiya tədbirlərinin həyata keçiriləcəyi şorlaşmış, bataqlaşmış və su altında qalan (201 min ha)
ərazinin 744 min hektarında səthi və 234 min hektarında isə əsaslı yaxşılaşdırma tədbirləri aparılmalıdır;
5. Otlaq və biçənəklərin bioloji məhsuldarlığını yüksəltmək məqsədilə ot örtüyünün botaniki tərkibi,
torpağın fiziki-kimyəvi xüsusiyyətləri nəzərə alınmaqla gübrələmə işlərinin aparılması vacibdir. Üzvi gübrələrin
5 ildən bir (hər hektara orta hesabla 20 ton qurumuş peyin), mineral gübrələrin isə 2-3 ildən bir (hər hektara
fiziki çəkidə orta hesabla 1-2 sentner ammonium şorası, 2-2,5 sentner superfosfat, 1-15 sentner kalium-xlorid)
verilməsi məsləhədir;
6. Otlaqlarda səthi və kökündən yaxşılaşdırma tədbirləri görülməli, səthi yaxşılaşdırma zamanı otlaqların
hər hektarına 40-60 kq xaşa toxumu, 8-10 kq yonca toxumu, 18-30 kq isə taxıl fəsiləsinə mənsub olan ot növləri
toxumlarının səpilməsi həyata keçirilməlidir;
7. Respublikanın regionlarında əkmə (mədəni) otlaqların yaradılması və mövcud olanların
intensivləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlər görülməli, bu zaman müasir texnologiyalara
üstünlük verilməlidir;
8. Son illər otlaq və biçənək sahələrində baş vermiş dəyişiklikləri nəzərə alaraq yem sahələrinin torpaq
örtüyü, geobotaniki tərkibi, yem vahidi və otarma (optimal) norması göstərilməklə onların iri miqyaslı
xəritələşdirilməsi həyata keçirilməli, ilk növbədə otlağın məhsuldarlığı, keyfiyyəti və baş hesabı ilə yükü nəzərə
alınmaqla yem vahidi xəritələri tərtib edilməlidir.
Dostları ilə paylaş: