Genetik müxtəliflik olduqca böyük olub növlər arasında genlərin variasiyaları deməkdir. Genetik
baxımdan növün dəyəri (əhəmiyyəti) onun digər növlərdən nə dərəcədə seçilməsi ilə təyin olunur (əsasən
taksonomik xüsusiyyətlərinə görə).
Hər hansı bir növün populyasiyası öz arealı daxilində qalmaqla yanaşı, ona həm də yeni yaşama şəraitində
rast gəlinir və müxtəlif ekoloji sığınacaqlara yiyələnərək çoxalması üçün müxtəlif yerlərdən istifadə edir. Bu
zaman ekoloji müxtəliflik baş verir. Belə halda, məsələn, bitkilərdə çiçəkləmə, heyvanlarda isə cütləşmə vaxtı
uyğun gəlmir. Seçilmə nəticəsində populyasiyanın genetik tərkibi dəyişir, bir neçə nəsildən sonra belə
dəyişkənlik yeni növlərin əmələ gəlməsinə səbəb ola bilər.
Növlərin müəyyən qədər dar diapazonda fəaliyyət göstərməyə uyğunlaşmasına baxmayaraq növün
populyasiyası çox vaxt subpopulyasiya və ya ekotiplərə (çox vaxt bir sıra fasiləsiz iqlim, edafik, senotik
dəyişmələr daxilində bitki və heyvanların ekoloji irqlər və növdəyişkənliyi) bölünür. Ekotiplərin populyasiya
strukturunun daha müfəssəl (dəqiq) analizinə keçməsi, kiçik lokal populyasiyalar daxilində dəyişiklik ayırmağa
imkan yaradır. Belə dəyişkənlik polimorfizm adlanır. Polimorfizm bir növ daxilində xarici görünüşünə görə
kəskin fərqlənən və keçid formaları olmayan fərdlərdir. Belə formalar ikidirsə, bu hadisə dimorfizm adlanır. Bir
və ya müxtəlif populyasiyadan olan fərdlərin xarici görünüşündəki fərdlər də polimorfizmə daxildir. Eyni
yaşama şəraitində iki və daha müxtəlif növ formalarının mövcudluğu genetik polimorfizmdir. Populyasiya
daxili polimorfizm çox hallarda təbii seçmə ilə saxlanılır.
- Bioloji müxtəlifliyin ən yüksək iyerarxik səviyyəsi ekosistem və ya landşaft biomüxtəlifliyi saylıır.
Dünyanın və kontinentlərin kiçik miqyaslı zonal landşaft tipləri xəritəsi bioloji müxtəlifliyin yüksək iyerarxik
səviyyəsini əks etdirir. Aşağıdakı landşaftlar ən yüksək növ müxtəlifliyi ilə fərqlənir (azalan cərgə üzrə):
mülayim qurşağın rütubətli ekvator meşələri, karollov rifləri, quru tropik meşələr, mülayim qurşağın rütubətli
meşələri, okean adaları, Aralıq dənizi iqlimi landşaftları, meşəsiz landşaftlar (savanna, bozqır). Rütubətli
ekvator meşələri daha zəngindir: məsələn, İndoneziyada 200 ha meşədə ağac növlərinin sayı Şimali Amerikanın
bütün tropikdən kənar ərazisində bitən ağac növlərinin sayı qədərdir. Karollov rifləri də yüksək növmüxtəlifliyi
ilə seçilir.
1996-cı ildə Bonn Universitetində (Almaniya) «Qlobal biomüxtəliflik» xəritəsi tərtib olunmuşdur. Bu
xəritəyə əsasən fitomüxtəliflik ekosferdə fundamental rol oynayıb quru ekosistemlərinin bioloji müxtəlifliyini
müəyyənləşdirir. Dünyada ali bitkilərin ümumi sayı 400 min olub bioməhsuldarlıq və biomüxtəliflik baxımından
dominantlıq edir. Onlardan 20 min növü konsument və redusent orqanizmlər olub üzvi maddələrin sərf edilməsini
297
və parçalanmasını təmin edir. Orta hesabla bir borulu bitki növü təxminən 66 heyvan, göbələk və bakteriya
növünün həyatını təmin edir.
«Qlobal biomüxtəliflik» xəritəsi BM-in 2 əsas qlobal qanunauyğunluğunu əks etdirir:
1. Biomüxtəliflik dərəcəsinin zonal landşaft zonalarından aydın surətdə asılılığı: rütubətli ekvator və tropik
meşələrdə fitomüxtəliflik dərəcəsi ən yüksək olub 10000 km
2
sahədə 3000-5000 növ, tayqa və qarışıq meşələr
zonasında 500 növ, tundra və səhra zonalarında isə 200 növdən az təşkil edir. Yerdə qalan zonal landşaft tipləri
fito və biomüxtəlifliyə görə qanunauyğun şəkildə aralıq qiymət daşıyır.
2. Bir sıra tropik və subtropik rayonların spesifik təbii şəraiti – relyefin, torpağın, iqlimin çox müxtəlifliyi,
həmçinin bu ərazilərin tarixi inkişafı ilə əlaqədar təbii vəziyyətin kəskin dəyişməsi zamanı növlər üçün
sığınacaq (refuqium) rolunu oynaması da xəritədə əks olunur. Bunun nəticəsində biomüxtəlifliyin maksimum
qlobal mərkəzi və digər yüksək biomüxtəliflik mərkəzləri qeyd olunur. Fitomüxtəliflik xəritəsinin müəllifləri 6
maksimum qlomüxtəliflik mərkəzləri ayırır. Hər mərkəzdə 10000 km
2
sahədə 5000 növdən çox borulu bitki
növü mövcuddur:
1. Çoko (Kosta Rika);
2. Tropik Şərqi And
3. Atlantikyanı Braziliya;
4. Şərqi Himalay (Çində Yunan əyaləti);
5. Şimali Borneo;
6. Yeni Qvineya.
Qlobal mərkəzlərdən başqa 16 yüksək biomüxtəliflik mərkəzləri (10000 km
2
sahədə 3000 və çox növ)
ayrılır, bunların da daxilində «ləkələr» şəklində ən yüksək biomüxtəlifliyə rast gəlinir. Yüksək biomüxtəliflik
mərkəzlərinə Aralıq dənizi ətrafı (o cümlədən Qafqaz), Tyanşan-Pamir-Alay, Şərqi Afrika rift vadisi, Kap
mərkəzi (Afrikanın cənubu), Madakaskar, Qvian dağlığı və b. aiddir.
Dostları ilə paylaş: |