Növ müxtəlifliyi – konkret ərazidə növlərin sayı və onların fərdlərinin ratslaşma dərəcəsini əks etdirir. Alfa,
beta və qamma müxtəliflik ayrılır.
Alfa müxtəliflik – müəyyən biotada (ekosistemdə) növlərin sayı, beta müxtəliflik – müəyyən vilayətin
bütün biotalarında növlərin sayı, qamma müxtəliflik alfa və beta müxtəlifliklərini birləşdirən göstəricidir.
Növmüxtəlifliyinin göstəricisi növlərin sayı ilə onların xüsusi qiyməti (miqdar, biokütlə, məhsuldarlıq)
arasında olan nisbət və ya növlərin sayının vahid sahəyə nisbəti hesab olunur. Növlər növün arealının bir
hissəsini tutan yarımnövlərə bölünür. Bir-birinə yaxın növlər cinslərdə, cinslər fəsilələrdə, fəsilələr dəstələrdə
(heyvanlar üçün) və ya sıralarda (bitkilər üçün), dəstələr və ya sıralar siniflərdə, siniflər isə tiplərdə (şöbələr)
birləşir.
Növlərin saxlanmasının başlıca vəzifəsi onların inventarizasiyası (siyahıya alınması), ikinci vəzifəsi isə
əhəmiyyətinə görə bərpası və saxlanmasıdır.
Yer üzərində növ müxtəlifliyinin sayı hələ indiyə qədər ayrı-ayrı tədqiqatçılar tərəfindən müxtəlif göstərilir.
Bitki və xordalı heyvan növlərinin 80-90%-i, digər qalan taksonların isə yarıdan da az növləri təsvir
olunmuşdur. Müxtəlif müəlliflər tərəfindən növlərin ümumi sayı 3,6 və 112 mln arasında olduğu göstərilir. Bu
qədər böyük fərqin olması əsasən həşərat növlərinin sayının 2-dən 100 mln arasında qiymətləndirilməsidir.
BM-ə daha etibarlı qiymət 1500 mütəxəssisin iştirakı ilə 1995-ci ildə YUNEP tərəfindən verilməsidir. Bu
qiymətə əsasən növlərin ən ehtimal sayı 13-15 mln təşkil edir, onun yalnız 1,75 mln növ, yəni 13%-dən azı
təsvir edilmişdir.
Dostları ilə paylaş: |