4. Biogeosenotik (ekosistem) və biosfer səviyyələrində təsir biogeosenozun (ekosistemin) strukturunun
dəyişməsi, növarası və qida əlaqələrinin və növlər arasında balansın pozulması, ilkin məhsuldarlığın dəyişməsi,
biogeosenozun tamamilə məhv olması kimi təzahür olunur.
Rusiya Federasiyasının ərazisində XX əsrin sonunda texnogen və digər təsirlər nəticəsində zonal, qurşaq,
introzonal və digər təbii ekosistemlərin bitki örtüyü geniş sahələrdə praktiki olaraq tamamilə məhv edilmiş və
ya aqrosenozlarla əvəz olunmuşdur. Yerdə qalan bitki qruplaşmaları dərindən transformasiyaya məruz qalaraq,
tundra, meşə, bozqır, çəmən, bataqlıq və digər bitki tiplərinin antropogen seriyaları ilə əvəz olunmuşdur.
Bioloji resursların gücdən düşməsi (kasatlaşması) və bu səbəbdən bioloji müxtəlifliyin azalması XX əsrin
sonunda bütün dünyada «partlayış» xarakteri almışdır. Bazar iqtisadiyyatı sisteminə keçməklə əlaqədar təbiətin
deqradasiyası daha da güclənmişdir. Bunu nəzərə alaraq resursdan istifadə normasına (RİN) əməl olunması
vacibdir. N.F.Reymersə (1990) görə bu göstərici istehsal olunan Yer və dəniz heyvanlarının populyasiyaları,
onurğasızlar, göbələk, giləmeyvə və digər bioresursların elmi hesablanmış limiti hesab olunur. RİN – resursların
öz-özünü bərpa etməsini və onlardan tədricən istifadə olunmasını təmin edir, başqa sözlə RİN-ə spesifik
Dostları ilə paylaş: |