keyfiyyət-kəmiyyət göstəricisi kimi baxmaq olar. Onun tətbiqi populyasiya və ekosistemin strukturunun
pozulmasının qarşısını alır, fəaliyyətinə şərait yaradır. Şübhəsiz, RİN bu və ya digər bioloji resursun sosial-
iqtisadi baxımdan rejimi sayılır.
Genetik biomüxtəlifliyi saxlamağın vacibliyi əsasən aşağıdakı səbəblərdən irəli gəlir:
•
İlk öncə – etik səbəb, zərərli və xoşagəlməz olmasından asılı olmayaraq bütün növlərin yaşamağa haqqı
vardır. Bu müddəa (tezis) BMT Baş Assambleyinin qəbul etdiyi «Təbiətin ümumdünya xəritəsi»ndə
yazılmışdır.
•
Təbiətlə, onun gözəlliyi və müxtəlifliyi ilə zövq almaq da yüksək qiymətə layiqdir, lakin bu qiymətin
miqdar göstəricisi yoxdur.
•
Müxtəliflik – həyat forması təkamülünün əsası hesab olunur. Növ və genetik müxtəlifliyin aşağı
düşməsi Yer üzərində həyat formasını, bununla da onun gələcək təkmilləşməsini qırır (pozur).
•
Bioloji müxtəlifliyin qorunub saxlanması ciddi iqtisadi fayda kəsb edir, belə ki: 1) yabanı canlı təbiət ev
bitki və heyvanlarının seleksiyası üçün mənbə, həmçinin genetik rezervuar (ehtiyat) olub sortların yeniləşməsi
və davamlığını saxlamaq üçün vacibdir; 2) yabanı təbiət dərmanların mənbəyidir – dərmanların 25-40%-i
302
özündə təbii bioloji komponent saxlayır.
Dostları ilə paylaş: |