- Cökə ağacının çiçəkləri bir sıra müalicəvi xassələrə malik olub əczaçılıqda və xalq təbabətində geniş
işlədilir. Ağac çiçək açdığı dövrdə onun çiçəklərini toplayır, qurudur və müalicə məqsədilə dəmləyib içirlər.
Cökənin çiçəkləri olduqca xoşətirli, fitonsid xassəlidir. Tərkibində efir yağı (0,05 faiz), mum, şəkər, aşılayıcı
turşular, qlükozid, zülal və sarı piqmentə təsadüf edilir. Cökə çiçəyi bir sıra dərman preparatlarının və bəzi
markalı likörlərin tərkibinə daxil edilir. Ətriyyat sənayesində ondan efir yağı alınır, onun tərkibində olan fonezol
odekolon və duxilərin ətrini saxlayır. Bu qiymətli xüsusiyyətlərinə görə cökənin çiçəkləri aptek idarələri
tərəfindən tədarük olunur.
Qabıqdan təmizlənmiş cökə toxumunun tərkibində 33 faiz badam yağı tamını verən qiymətli, qidalı yağ
olur. Fiziki xassəsinə görə xörək yağı sayılır. Bu yağ təbabətdə də çox qiymətlidir.
- Saqqızağacın meyvəsi yeməlidir. Qovrulmuş halda istifadə olunur. Məişətdə fındığı, qozu və badamı
əvəz edir. Xalq təbabətində qədimdən işlənir. Zəngilan rayonunun Vejnəli, Bartaz və digər kəndlərində
saqqızağacının meyvəsindən şorba bişirirlər. Burada bu meyvəyə çəttəquş deyirlər. El arasında əhalinin
qədimdən işlətdiyi «Bir dağarcıq çəttəquşum var, elə bil bir küpə yağım var» məsəli saqqızağacı meyvəsinin
qiymətli olduğunu bir daha təsdiq edir. Vejnəlinin qocaman sakinləri deyirlər ki, indiyədək bu kənddə heç kəs
mədə və bağırsaq ağrısından şikayət etməmişdir, səbəbi də çəttəquş meyvəsi yeməyimizdir. Talış zonasında da
saqqızağac meyvəsinin qabığını qaynadıb ondan alınan maye ilə mədə xəstəliklərini, Ərəbistanda isə
meyvəsinin yağı ilə ciyər xəstəliyini müalicə edirlər.
Məlum olduğu kimi, orqanizmin həyat fəaliyyəti və maddələr mübadiləsinin normal getməsi üçün
vitaminlərin olduqca böyük əhəmiyyəti vardır. İnsan və heyvanlar vitamini bilavasitə bitkilərdən və dolayı yolla
heyvan məhsullarından alır. Vitaminlərlə, xüsusən «C» vitamini ilə zəngin olan bitkilər: itburnu meyvəsi (4500
mq%-ə qədər) qoz (3000 mq%-ə qədər), çaytikanı (300-500 mq%-ə qədər), quşarmudu (220 mq%), çiyələk
(120-200 mq%). Ali bitkilərin demək olar ki, hamısında «A» provitamini olan karotin vardır. Qırmızı və sarı
meyvələr, yerkökü karotin ilə daha zəngindir. Yeməli göbələklər «PP» vitamini, taxıl bitkiləri toxumunun
rüşeymi «B
1
», «B
2
», eləcə də «PP» vitamininin təmiz preparatlarını istehsal etmək üçün itburnu meyvəsindən,
konsentratlarını hazırlamaq üçün isə qozdan (yetişməmiş halda), qırmızı istiotdan, qarağat, çay tikanı və s.
bitkilərin meyvəsindən istifadə edilir. Bitkilərin hamısında D provitamini olan sterinlər var. «E» vitamini
konsentratı buğda dəninin rüşeymindən alınır. Kələm, ispanaq, adi şabalıd yarpağında, kök, balqabaq,
quşarmudu, pomidorda çoxlu «K» vitamini, itburnu və sitrus bitkilərinin meyvəsində isə «P» vitamini olur.
Müxtəlif vitaminlərə insanın gündəlik tələbatı müxtəlifdir. 19.6 saylı cədvəldə ayrı-ayrı vitaminlərin meyvə
və tərəvəzlərdə miqdarı və insanın onlara gündəlik tələbatı verilir. Cədvəldən göründüyü kimi, insan orqanizmi-
nin ən çox «C» vitamininə, sonra isə «PP» və «B
3
» vitamininə ehtiyacı vardır.
Dostları ilə paylaş: |