1. Molekulyar – genetik səviyyədə. Bu təsir hüceyrə sisteminin struktur-fəaliyyət sisteminə, genetik
sistemlərə, biomembranlara, zülal-ferment sistemlərinə təsiri kimi təzahür olunur, çirkləndirici maddələrin
transformasiyası və biodeqradasiyası kimi özünü göstərir.
2. Ontogenetik səviyyədə. Bu təsir embriogenezin dəyişməsində, böyümə və çoxalma proseslərinin
pozulmasında, çoxalmada, xəstəliklərdə və s. təzahür olunur.
3. Populyasiya - növ səviyyəsində. Bu təsir yaşama yerinin dağılması, sənayenin intensiv inkiaşfı, intro-
duksiya olunmuş növlərin təsiri, məqsədyönlü və təsadüfi məhv etmək nəticəsində ayrı-ayrı növlərin
populyasiyalarının sayının azalması və ya tamamilə sıradan çıxması, yaxud növlərin bütövlüklə məhv olması
kimi təzahür olunur.
Dostları ilə paylaş: |