19.3.1.Bioloji müxtəlifliyin ekoloji və iqtisadi əhəmiyyəti
BM-in qorunub saxlanmasına getdikcə daha çox diqqət ayrılır. Bu problem müasir dünyada ən mühüm
problemlərdən biri hesab olunur və müntəzəm olaraq böyük qayğı tələb edir.
Bitki, heyvan və mikroorqanizmlərin BM-i bəşəriyyətin yaşaması üçün əsaslı mühüm faktordur. BM –
həyatın təminat sistemini formalaşdıran ərzaq və digər resursların mənbəyi kimi əvəzolunmaz rol oynamış,
oynayır və oynayacaqdır.
Məlum olduğu kimi, BM-in böyük hissəsi təbii ekosistemlərdə cəmləşmişdir və onların mövcudluğu
yüksək dərəcədə daxili müxtəlifliklərindən asılıdır.
Vəhşi faunanın və yabanı floranın növ və genetik müxtəlifliyinin, nadir və tükənməkdə olan heyvan və bitki
növlərinin qorunub saxlanması təbiətdən səmərəli istifadənin əsas vəzifələrindən biri olub, onun həlli üçün ayrı-
ayrı ölkələrdə mühüm sənədlər, qərarlar qəbul edilir. Nadir və məhv olmaq təhlükəsi olan bitki və heyvan
növlərinin qorunmasını gücləndirmək məqsədilə «Qırmızı Kitab» tərtib olunur və bu növlər o Kitaba salınır.
«Bioloji müxtəliflik» proqramı hazırlanaraq ora üç layihə daxil edilmişdir:
•
bioloji müxtəlifliyin inventarizasiyası;
•
bioloji müxtəlifliyin monitorinqi və qorunub saxlanması;
•
bioloji müxtəlifliyin komponentlərindən dayanıqlı istifadə.
Bioloji müxtəlifliyin effektli qorunub saxlanmasını təmin etmək məqsədilə vəhşi təbiət fondu çərçivəsində
qoruq və Milli parkların inkişaf strategiyası hazırlanır.
Bir çox nəsillərin təkamülü nəticəsində yaranan və yalnız özünə xas olan xassələri ilə birlikdə itirilən hər
hansı bir növ yalnız elm üçün deyil, həm də praktika üçün itki sayılır. Bu itki həm də ona görə böyük itki hesab
edilir ki, bir sıra yabanı bitkilərin faydalı xassələri haqqında çox şey hələ indiyə qədər naməlum olaraq qalır.
Məsələn, M.Q.Baxromeyevanın (1988) məlumatına görə adi bitki sayılan böyük dəmrovotunun tərkibində
olan maddə bioloji obyektləri rəngləmək üçün boyaq kimi işlənə bilər və o, xassələrinə görə indiyə kimi məlum
olan analoqlarından (eritrozin, primulin və b.) üstün sayılır; şehduran bitkisindən aminlər sinfinə aid alınan
maddədən ziyanverici həşəratlara qarşı mübarizə vasitəsi kimi istifadə oluna bilər.
ABŞ-da xassəsinə görə neftə yaxın olan maddə almaq üçün yararlı bitki axtarışı aparılır. Məlum olmuşdur
ki, neft karbohidrogenlərinə yaxın olan karbohidrogenlər iki südləyən bitki növünün (Euphorlia lathyris və
E.tarucelli) tərkibində vardır.
Türkiyədə tapılan yabanı buğdanın hibridləşdirilməsi ilə dörd pas xəstəliyinə qarşı buğda sortları
yaradılmışdır.
Madaqaskarda barvinq bənövşəsinin tapılan yabanı növündən alınan preparatlar şişə qarşı təsirə malikdir.
Genofondun itirilməsi bioloji növlərin yox olması ilə əlaqədar olub, təsərrüfat üçün ziyandır, belə ki,
nəticədə onun effektivliyinin potensialını aşağı salır.
Qeyd etməliyik ki, aşkar edilən hər bir nadir və ya məhv olmaq təhlükəsi olan növün səmərəli istifadəsi və
mühafizəsinin «öz» sistemini hazırlamaq lazımdır. Bu, ilk növbədə endem (yalnız bir coğrafi rayonda rast
gəlinən) növlərə aiddir.
Biosfer resurslarının insan tərəfindən istifadəsi təxminən 40%-ə çatmışdır və bu tələbat durmadan artır. Bu
prosesin qlobal miqyasda nizamlanması vacib məsələ hesab olunur.
Qeyd etmək lazımdır ki, hazırda insanların rifahını yaxşılaşdırmaq və ətraf mühitin mühafizəsini
gücləndirmək üçün bioloji resurslardan kənd təsərrüfatında və səhiyyədə istifadə sahəsində yüksək iqtisadi
nəticələri təsdiqedici müsbət təcrübələr vardır.
M.Kitinq (1993) bioloji müxtəliflikdən sosial-iqtisadi gəlir əldə etmək üzrə dəlillər gətirir:
•
ABŞ-ın ümumi milli məhsulunun 4,5%-ə qədəri (təxminən ildə 87 mlrd. dollar) yabanı bitkilər və vəhşi
heyvanların hesabına əldə edilir.
•
Efiopiya arpasının bir geni, kaliforniya arpasının bütün məhsulunu sarı karlik virusundan mühafizə
edərək ildə 160 mln. dollar qazanc götürülür.
•
Qarğıdalıya qohumluğu olan qədim Meksika yabanı bitkisinin qarğıdalının müasir sortları ilə
çarpazlaşdırılmasından, dünyanın fermerləri ildə 4,4 mlrd. dollar qənaət etmiş olar.
•
Dünyada yabanı bitkilərdən hazırlanan dərmanların və təbii məhsulların dəyəri ildə 40 mlrd. dollar
təşkil edir.
Asiyada XX əsrin 70-ci illəri genetik yaxşılaşdırma buğda istehsalını ildə 2 mlrd., çəltiyinkini isə 1,5 mlrd.
300
dollar artırdı; belə nəticələr bu dənli bitkilərin alçaqboylu sortlarının yaradılması və istifadəsi sayəsində əldə
edilmişdir.
Şübhəsiz ki, hazırda genetik müxtəlifliklərin hamısından deyil, onların az bir hissəsindən istifadə edilir.
Hazırda bioloji resusrların əhəmiyyətinin qiymətləndirilməsinə hələlik əsasən onların qorunub saxlanması
nöqteyi-nəzərindən baxılır. Xüsusi mühafizə olunan təbii ərazilərin (XMTƏ) səmərəli şəbəkəsinin yaradılması
bu mühüm vəzifənin mümkün həlli üsulu hesab edilir.
Dostları ilə paylaş: |