BM-in müasir azalma sürəti təbii azalma sürətini təxminən min dəfə keçir, bu əsasən rütubətli tropik
meşələrin intensiv qırılması və yanması nəticəsində baş verir. Məsələn, Madaqaskarda nadir faunanın
90%-i Himalay dağlarının ətəklərində və Yeni Kaledoniyada (bitkilərin 83%-i endemik təşkil edir) rütubətli
tropik meşələr məhv edilmişdir. Meşələrin məhv edilməsi ilə çay. bataqlıq, dağ, səhra ekosistemləri də dağılır
(pozulur) və onların BM-i fasiləsiz azalır.
Tropik meşələrin məhv edilməsi indiki tempdə (il ərzində məhv edilən meşələrin sahəsi İsveçrənin sahəsini
4 dəfə keçir) qalarsa, 2015-ci ilə qədər 4-8%, 2040-cı ilə qədər isə 35% növün sıradan çıxması gözlənilir.
Mütəxəssislərin fikrincə belə halda 25 il ərzində Yer üzərində mövcud olan növlərin 15%-i məhv edilə bilər.
Ayrı-ayrı növlərin düşünülməmiş iqlimləşdirilməsi ekosistemin keyfiyyətinin dəyişməsinə səbəb olur, belə
ki, iqlimə uyğunlaşdırılan növ yeni yerdə özünün təbii düşmənlərini tapmayaraq intensiv artır və digər növləri
sıradan çıxarır. Belə halda iqlimləşdirmə BM-i azaldır.
«Bioloji müxtəlifliyin qlobal qiymətləndirilməsi»nə (Global Biodivercity Assessment, UNEP, 1995) görə
30000-dən çox heyvan və bitki növünün məhv olma təhlükəsi yaranmışdır. İndiki yüzillik ərzində məməli hey-
van növlərinin məhv olma sürəti geoloji keçmişdə qeyd olunan maksimum məhv olma sürətindən 40 dəfə
yüksəkdir. Son 400 ildə 484 heyvan və 654 bitki növü sıradan çıxmışdır.
2000-ci ildə Beynəlxalq təbiəti və təbii resursları Mühafizə Şurası (BTMŞ) məhv olma təhlükəsi altında
olan heyvan və bitki növlərinin yeni Qırmızı Kitabını nəşr etmişdir. Kitabın məlumatı göstərir ki, bütün şöbələrdə
«ciddi təhlükə» altında olan növlərin sayı artmışdır. Belə ki, 2000-ci ildə məməlilər arasında ciddi təhlükəyə məruz
qalan növlərin sayı 19 olmuşdur, 1996-cı ildə isə bu, 13 idi. 2000-ci ildə Qırmızı Kitaba düşən şirinsu
tısbağalarının sayı 10-dan 24-ə qalxdı. Təhlükə altında olan quş növlərinin sayı 1996-cı ildə 168-dən 2000-ci ildə
182-yə yüksəldi. Ətraf mühitin vəziyyətinin pisləşməsi ilə əlaqədar bu meyl getdikcə güclənir.
Məməlilər haqqında onu demək olar ki, 600 məlum məməli növündən (insan istisna olmaqla) təqribən
301
hamısı risk zonasında yerləşir. BTMŞ-ə görə bu növlərin demək olar ki, yarısı məhv olmaq təhlükəsi altındadır.
Məməlilərin təxminən 79 növü Braziliyada yaşayır, burada təbii mühitin pozulması xüsusi təhlükə sayılır. Ov
etmək də bir çox məməli üçün təhlükəlidir. Bu, xüsusilə Qərbi və Mərkəzi Afrika üçün daha xarakterikdir. Belə
ki, burada əhalinin ərzaqla təmin olunması fasiləsiz olaraq pisləşir, nəticədə bazarda «vəhşi ət», yəni meymun
əti satışı geniş vüsət alır. Konqo Demokratik Respublikasının əsasən meşə cəngəlliklərində yaşayan şimpanze
meymununun sayı 1980-ci ildə 100000 fərd təşkil edirdi, 1990-cı ildə onların sayı 10000-ə qədər azaldı, hazırda
onların yalnız 3000-i qalmışdır.
Elmə məlum olan 9946 quş növünün hazırda 70%-nin sayının azalması gözlənilir, onlardan 1183 növ ən
yaxın zamanda həqiqətən məhv olmaq təhlükəsi altındadır.
Ehtimal ki, balıqlar ən böyük təhlükə altındadır, təxminən bütün balıq növlərinin (çay və dənizdəki) hazırda
üçdə biri tam məhv olmaq təhlükəsi üzrədir. Planet miqyasında bu problemin əsas səbəbi balıqların yaşamaq
mühitinin pisləşməsi sayılır. Bu, suyun çirklənməsi və çay və digər şirin sulu ekosistemlərin suyundan təsərrüfat
məqsədləri üçün hədsiz istifadəsi kimi təzahür olunur.
Yüksək qiymətli balıq növlərini də məhv olmaq təhlükəsi gözləyir. Belə ki, Xəzər dənizində ən qiymətli
kürü verən məşhur nərə balığı 1970-ci ilin axırında 22000 tondan, 1990-cı ilin sonunda 1100 tona enmişdir.
Bunun səbəbi bu balığın həddindən artıq tutulması (çoxusu da gizli, qanunsuz yolla) hesab olunur.
Bitki və heyvanat aləminə antropogen təsir canlı materiyanın təşkilinin bütün səviyyələrində baş verir:
Dostları ilə paylaş: |