QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə546/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   542   543   544   545   546   547   548   549   ...   706
 

Cədvəl 19.4  

 

Azərbaycanda təbii yem sahələrinin təbii-iqtisadi  

rayonlar üzrə paylanması 

(min ha) 

Təbii-

iqtisadi 

rayonlar 

Qış 

otlaqları 

Yay 

otlaqları 

Kəndətafı 

örüşlər 

Biçənəklər 

Zonalar 

üzrə 

cəmi 

Gəncə-


Qazax 

272,9 86,1  223,2  30,6 612,8 

Şirvan  

218,8 


58,9 

209,6 


7,9 

495,2 



 

293


Muğan-

Salyan  


233,8 -  99,4  0,8 334,0 

Mil-


Qarabağ  

336,5 164,5  249,2  16,0  766,2 

Quba-

Xaçmaz  


14,3 76,3 108,1  29,8 228,5 

Şəki-


Zaqatala  

69,0 104,9 103,2  4,1  281,2 

Lənkəran  

10,6 


21,1 

72,6 


16,1 

120,4 


Abşeron  

230,5 


10,0 

58,5 


1,0 

300,0 


Dağlıq 

Qarabağ  

2,4 31,1 69,2  4,6 107,3 

Naxçıvan 

 71,2 36,6  40,5  2,5 150,8 

Cəmi  

1460 

589,5 

1233,5 

113,4 

3396,4 

 

Subalp çəmənliklərindən yalnız otlaq kimi deyil, həmçinin süni biçənək kimi də istifadə olunur. Subalp 



çəmənliklərində bitki örtüyünün botaniki tərkibinin əsasını taxıl fəsiləsinə aid olan çoxillik bitkilər və qarışıq 

tərkibli müxtəlif çəmən otları təşkil edir.  

Subalp çəmənliklərinin bitki örtüyü alp çəmənliklərinə nisbətən daha zəngin olub bitki qruplaşmalarının 

tərkibində 100-ə yaxın bitki növü iştirak edir. Burada ala tonqalotu, qoyun topalı, yerəyatıq topal, bənövşəyi 

tonqalotu, acar tonqalotu, çəmən tonqalotu, yumşaq süpürgə, qırtıc, müxtəlif növ paxlalı bitkilər və başqa ot 

növlərinin qarışığı yayılmışdır. Dağlıq zonalarda yayılmış paxlalı bitkilərin əksəriyyəti çoxilliklərdir. Birillik və 

ikiillik növlərə az rast gəlinir. Yay otlaqlarının əsasını təşkil edən subalp və alp çəmənliklərinin bitki örtüyünün 

tərkibində  təxminən 50-yə  qədər paxlalı bitki növü vardır. Onların 95%-ni çoxillik, az hissəsini isə birillik 

bitkilər təşkil edir.  

Paxlalılar fəsiləsindən olan bəzi bitki növlərinin kök sistemi güclü inkişaf etdiyinə görə dağlıq zonada 

eroziya prosesinin qarşısını alır.  

Respublikamızın yüksək dağlıq zonalarındakı otlaqların bitki örtüyünü təşkil edən subalp və alp 

çəmənliklərinin, bozqırlarının tərkibində  qırmızı  çəmən yoncası, ağ  çəmən yoncası, çəhrayı  çəmən yoncası, 

aralıq çəmən yoncası, bulaq çəmən yoncası, çöl çəmən yoncası, əvəzotu, iyli paxladən və s. paxlalı bitki növləri 

geniş yayılmışdır. Həmin bitki növlərinin bəzilərinin yemlik əhəmiyyəti orta dərəcədədir.  

Yay otlaqlarında mal-qaranın vaxtından əvvəl və otlaq dövründə sistemsiz və hədsiz otarılması, eyni yol ilə 

aparılması yamaclarda çim və torpaq qatının pozulmasına, eroziya prosesinin güclənməsinə  və sel axınları 

mənbələrinin yaranmasına səbəb olur.  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   542   543   544   545   546   547   548   549   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin