QəRİb məMMƏdov mahmud xəLİlov


KONDENSASİYA  (lat. condensatio - sıxlaşma)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə520/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   516   517   518   519   520   521   522   523   ...   1096
KONDENSASİYA  (lat. condensatio - sıxlaşma)  – maddənin qaz 

halından maye və ya bərk hala keçməsi. K. yalnız böhran temperaturun-

dan aşağı temperaturlarda mümkündür. Böhran nöqtəsindən üçlük 

nöqtəyədək olan temperaturlarda K. maye hala, üçlük nöqtədən aşağı 

temperaturlarda isə  bərk hala keçidlə  nəticələnir. Buxar öz mayesi ilə 

təmasda olduqda K. kiçik doydurma halında belə böyük sürətlə gedir, 

təmasda olmadıqda isə yalnız xüsusi K. mərkəzləri olduqda baş verir. 

KONDOMİNANTLAR  –  (lat. con – bir yerdə) – biosenozda 

sodominantlıq edən bitki növü, genotipin mühüm hissəsi. K. əsas  qatın 

(yarusun) təşkilində iki və daha çox növ miqdarında iştirak edir. (ikinci 

dərəcəli qatlarda birlikdə dominantlıq edən növlər subdominantlar 

adlanır). K. müxtəlif qarışıq və müxtəlif otlu formasiyalar və assosia-

siyalar əmələ gətirir. 




 

238 


 

KONQLOMERAT  – sementləşmiş çaqıl və süxur qırıntılarından 

(çınqıl, qum, valun) ibarət çökmə süxur. K.-ın sement materialı, adətən, 

karbonatlar, dəmir oksidləri, gilli material, nadir halda silisium oksidləri 

olur. K.-da (adətən sement materiallarında) bəzən platin, qızıl, uran və s. 

faydalı qazıntıların səpinti yataqları olur. 

KONNEKTORLAR  –vegetativ yolla çoxalma nəticəsində çox sıx, 

keçilməz biosenoz qatı (yarusu) yaradan dominantlar, qruplaşmaların 

əsas və ikinci dərəcəli qatlarını əmələ gətirir. K.-ın çox hissəsi mezofil 

(55%), hidrofil və ya hiqrofil olur. 



KONNEKSLƏR  – çürümüş  ağaclar, heyvan cəsədləri (leş) və 

ekskrementlərə uyğunlaşan orqanizm qrupları; mikrosenoz və 

mikrosenozların xarakterik qrupu. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   516   517   518   519   520   521   522   523   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin