NEYSTONOLOGİYA – ümumi hidrobiologiyanın neystonu
öyrənən bölməsi.
NEYTRAL SULAR – mühitin aktiv reaksiyası – pH-ın göstəricisi
6,95-7,3-ə bərabər olan təbii su hövzələri.
NEYTRALİZM (NEYTRALLIQ) – (lat. neuter – nə bu, nə
başqası) iki növün eyni bir ərazidə bir-birinə nə müsbət, nə də mənfi
təsir göstərmədən yaşaya bilməsi biotik əlaqə forması. N. əlaqə tipi
xüsusilə bol növə malik olan qruplaşmalarda inkişaf etmişdir. Mühitin
pisləşməsi hər iki növə müxtəlif cür mənfi təsirini göstərir.
NEYTROFİL BİTKİLƏR – neytral reaksiyalı torpaqları üstün tu-
tan bitkilər(məs. yonca, pişikquyruğu və s.).
NEYTROFİLLƏR, “neytral” növlər – neytral reaksiyalı(pH = 7 –
7,5) mühiti (torpaq, su) üstün tutan orqanizmlər.
NƏQLİYYAT TULLANTILARI – nəqliyyatın işi zamanı
buraxılan (ətraf mühiti çirkləndirən) qazlar və digər tullantılar.
Dostları ilə paylaş: |