RELYEF (fr. relief – qabarıqlıq) – Yer səthinin bütün alçaq hündür
formalarının məcmusu. R. formaları müsbət, yəni qabarıq, nisbətən
hündür (məs. ayrı-ayrı təpələr, tirələr, dağlar) və mənfi, yəni batıq,
nisbətən alçaq (məs. qapalı çökəklik, uzunsov çay dərələri və s.) ola
bilər. Formalarının iriliyindən asılı olaraq yer qabığının R.-ini dörd qru-
pa bölürlər: meqarelyef, makrorelyef, mezorelyef və mikrorelyef. Yer
qabığının ən böyük qabarıq və batıq formaları, yəni materik massivləri
və okean çökəklikləri meqaformaları: sıra dağlar, dağlararası çökəkliklər
və okeanların dərin çuxurları makroformaları; alçaq-hündürlüyü bir
neçə metrdən artıq olmayan formalar isə mikroformaları əmələ gətirir.
R. müxtəlif endogen və ekzogen qüvvələrinin yer qabığına birlikdə təsiri
nəticəsində əmələ gəlir. Endogen qüvvələr yer səthində böyük müsbət
və mənfi formalar yaradır. Ekzogen qüvvələr (yəni axar sular, külək,
hərəkət edən buzlar və s.) süxurları dağıdaraq, onları alçaq yerlərə yayır,
yer səthini bir səviyyəyə salmağa çalışır.
Antropogen və biogen R. formaları da ayırırlar.
Dostları ilə paylaş: |