QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə196/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   192   193   194   195   196   197   198   199   ...   1096
ÇOXİLLİK BİTKİLƏR – iki ildən çox qışlayan ot və yarımkollar. 

Ç.b.-in bəzisi bir neçə il, digərləri 20-30, hətta 100 ilədək yaşayır. Bəzən 

ağac və kolları da Ç.b. adlandırırlar. 

ÇOXYARUSLU (ÇOXMƏRTƏBƏLİ) SENOZLAR – bir neçə 

yarusdan ibarət olan senozlar. 



ÇÖKMƏ SÜXURLAR – quru səthində  və ya müxtəlif su 

hövzələrində  əvvəl mövcud olmuş süxurların (çökmə, maqmatik, 

metamorfik) və orqanizm qalıqlarının pozulma məhsullarının 

toplanması nəticəsində əmələ gəlmiş süxurlar. Ç.s. Yer qabığı kütləsinin 

təqr. 10%-ini təşkil edir və Yer səthinin 75%-ini örtür. Faydalı 

qazıntıların 75%-indən çoxu (kömür, neft, duzlar, dəmir, manqan, 

alüminium filizləri, qızıl və platin səpintiləri, tikinti materialları  və s.) 

Ç.s.-dan hasil edilir. 



ÇÖL (BOZQIR) – Çöl zonası Avraziyada çöl (bozqır),  Şimali 

Amerikada preriya, Cənubi Amerikada pampas, Yeni Zelandiyada isə 

tussok adlı bitki qruplarından təşkil olunmuşdur. Bu ərazilər mülayim 

qurşağa daxil olub qismən kserofit bitkilərlə örtülüdür. 

Heyvanat aləminin yaşayış  tərzi nöqteyi nəzərincə çöl zonası yaxşı 

görünüşü, bitki qidasının bolluğu, nisbətən quru yay dövrünün olması, 

yay dövründə yarım dinclik və ya tam dincliyin mövcudluğu ilə 

səciyyələnir. Bu baxımdan, çöl zonasının qrupları meşə zonasından 

kəskin fərqlənir. Çölün canlı bitki örtüyünün əsas forması çim əmələ 

gətirən taxıl otları hesab olunur. 

Çöl  şəraiti üçün səciyyəvi kollar qrupla, bəzən isə  tək-tək bitir. 

Bunların respublikamızdakı çöllərdə topulqanı, qarağanı, Pallas 

murdarçasını, badamı, iydəyarpaq armudu, dağdağanı, ardıcın bəzi 

növlərini göstərmək olar. Alimlərin fikrincə (Qrossheym, Qulisaşvili) 

Cənubi Qafqazda , o cümlədən Azərbaycanda ilkin çöl yoxdur. Çöl 

burada meşə  məhv edilən yerlərdə  əmələ  gəlib törəmə tiplidir. 

Respublikamızda belə çöllər Böyük Qafqazda Bozqır yayla ərazisində 

və Kiçik Qafqazın dağətəyi və orta dağ-meşə qurşağında yayılmışdır. 

Hazırda hədsiz mal-qara otarma nəticəsində çöllərdə səhralaşma prosesi 

gedərək yarımsəhraya çevrilir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin