§ 6. Torpaqəmələgətirən süxurlar
Torpağın formalaşdığı dağ süxurları torpaqəmələgətirən və ya ana süxurlar adlanır.
Torpaqəmələgətirən süxur torpağın maddi əsası olub, ona öz qranulometrik, mineraloji, kimyəvi tərkibini,
həmçinin torpaqəmələgəlmə proseslərinin təsiri altında tədricən müxtəlif dərəcədə dəyişən fiziki, kimyəvi, fiziki-
kimyəvi xassələrini verir.
Torpaqəmələgətirən süxurları mənşəyinə, tərkibinə, quruluşuna və xassələrinə görə fərqləndirirlər. Yerin
bərk qabığı və ya litosfer maqmatik, metamorfik və çökmə süxurlardan ibarətdir.
Maqmatik və ya püskürülmüş süxurlar səthə çıxa bilməyərək yer qabığının altında (intrusiv süxurlar)
soyumuş ərinti silikatdan (maqmadan) və ya yer səthinə (effuziv süxurlar) axmış maqmadan əmələ gəlmişdir.
Bü süxurlar kristallik və örtülü kristallik quruluşa malikdirlər. Əsasən bərk olub, başqa - bərk kristallik süxurlar
( qranit, peqmatit, dunit və s.) adı ilə də tanınırlar. Maqmatik süxurlar litosferi təşkil edən süxurların 95 %-ni
təşkil edir. Lakin onlar nadir hallarda, əsasən dağlıq ərazilərdə torpaqəmələgətirən süxurları təşkil edir.
Metamorfik süxurlar – törəmə bərk kristal süxurlar olub, yerin dərinliklərində yüksək temperatur və ya
təzyiq altında maqmatik və çökmə süxurlardan yaranmışdır. Onların da torpaqəmələgəlmədə rolu azdır. Yerin
səthinin çox hissəsi əsasən çökmə süxurlarla örtülüdür.
Çökmə süxurlar – bərk kristal süxurların və ya müxtəlif orqanizmlərin qalıqlarının aşınma məhsullarıdır.
Onlar üç qrupa bölünürlər: qırıntı çöküntülər, kimyəvi çöküntülər və biogen çöküntülər. Kimyəvi və biogen
mənşəli çökmə süxurlar arasında karbonatlı çöküntülər - əhəng, mergel, dolomit, təbaşir torpaqəmələgəlmədə
əhəmiyyətli rol oynayır.
Dördüncü dövrdən əvvəl əmələ gəlmiş qədim çökmə süxurlar, vaxt keçdikcə kövrəkliyini, məsaməliyini
itirmiş və bərk süxurlara çevrilmişdir. Qədim çökmə və bərk kristallik süxurları yaşına görə bir qrupda,
dördüncü dövrə qədərki və ya ana süxurlar adı altında birləşdirirlər. Cavan çökmə süxurlar dördüncü dövrdə ana
süxurların aşınması və onların su, külək və buz vasitəsilə parçalanmış məhsullarının çökməsi nəticəsində
formalaşmışdır. Onların yaranması indi də davam etməkdədir. Sıx ana süxurlardan fərqli olaraq onlar
torpaqəmələgəlmə üçün əlverişli xassələri, kövrək olmaları, məsaməliyi, sukeçiriciliyi, susaxlama və uduculuq
qabiliyyəti ilə səciyyələnir.
Torpaqəmələgətirən süxurların formalaşması dağ süxurlarının aşınması, aşınma məhsullarının daşınması və
çökdürülməsi prosesləri ilə əlaqədardır.
§ 7. Aşınma
Aşınma – dağ süxurları və onları təşkil edən mineralların atmosfer, hidrosfer və biosfer amillərinin təsiri
altında kəmiyyət və keyfiyyətcə dəyişməsindən ibarət mürəkkəb və müxtəlif proseslərin məcmusudur.
Dağ süxurlarında aşınma proseslərinin baş verdiyi horizontlara aşınma qabığı deyilir.
Aşınma qabığında iki
zona fərqləndirilir: birinci, səthi və ya müasir aşınma zonası, ikinci, iç və ya qədim aşınma zonası.
Torpaqəmələgəlmə prosesinin baş verdiyi müasir aşınma qabığının qalınlığı 1-2 sm-dən 2-10 m arasında
dəyişir. Aşınma prosesinin üç formasını fərqləndirirlər: fiziki, kimyəvi və bioloji.
Fiziki aşınma – kimyəvi tərkibini dəyişmədən dağ süxurlarının və mineralların mexaniki parçalanmasıdır.
Fiziki aşınma əvvəlcə səthdə başlayır. Burada sutkalıq və mövsümi temperaturun böyük qradiyenti yaranır.
Tədricən aşınma süxurun daha dərin qatlarını əhatə edir və sabit temperatur qurşağında sönür. Temperatur
tərəddüdünün böyük amplitudası şəraitində aşınmanın intensivliyi daha böyük olur; məsələn, isti səhralarda
süxurun səthi bəzən 60-70
0
C-yə kimi qızır, gecə temperatur 0
0
C-yə kimi aşağı düşür.
Suyun olması şəraitində fiziki aşınma sürətlənir. Su dağ süxurlarının çatlarına dolaraq orada böyük gücə
malik kapilyar təzyiq yaradır. Suyun daha böyük dağıdıcı qüvvəsi donma zamanı üzə çıxır: su donduqda öz
həcminin 1/10-i qədər genişlənir və dağ süxurları çatlarının divarlarına böyük təzyiq göstərir.
Arid iqlim vilayətlərində analoji işi çatlara dolub, orada kristallaşan duzlar yerinə yetirir. Belə ki, anhidrid
(CaSO
4
) su ilə birləşərək, həcmini 33% artıraraq gipsə (CaSO
4
· 2H
2
O)
çevrilir.
Fiziki aşınma nəticəsində dağ süxuru suyu və havanı özündən buraxmaq və onların bir hissəsini özündə
42
saxlamaq qabiliyyətində olur. Fiziki aşınma dağ süxurlarını parçalamaq və yumşaltmaqla onların ümumi səthini
artırır. Bu da kimyəvi aşınma üçün əlverişli şərait yaradır.
Kimyəvi aşınma – dağ süxurlarının və mineralların yeni mineral və birləşmələrin yaranması ilə müşahidə
olunan kimyəvi dəyişməsi və parçalanmasıdır.
Bu prosesin vacib amilləri su, karbon qazı və oksigendir.
Su dağ süxurlarının və mineralların güclü
həlledicisidir.
Mineralların su vasitəsilə parçalanması temperaturun qalxması və karbon qazı ilə zənginləşməsi
hesabına sürətlənir.
Karbon qazı suyun turşuluğunu artırır ki, bu da onun mineralları dağıtma təsirini
gücləndirir.
Mineralların kimyəvi parçalanmasının gedişatına temperatur da təsir edir. Temperaturun hər 10
0
C
artması kimyəvi reaksiyanın sürətini 2-2,5 dəfə artırır.
Məhz bu səbəbdən kimyəvi aşınma ekvatorial
vilayətlərdə sürətlə, qütb vilayətlərində isə əksinə, zəif formada təzahür edir.
Dağ süxurlarının tərkibində CO
2
və başqa maddələr olan su vasitəsilə həll olması təbiətdə geniş yayılmışdır.
Belə ki, 25
0
C temperaturda 1 litr
suda 0,0145 q kalsit həll olur, lakin suda CO
2
olması CaCO
3
bikarbonata keçməsi səbəbindən onun həll olmasını
kəskin şəkildə yüksəldir.
Ca CO
3
+ CO
2
+ H
2
O ←→ Ca (HCO
3
)
2
Tərkibində duzlar, xüsusən də xloridli duzlar olan suda mineralların həll olması yüksəlir.
Suyun maqmatik süxurların mineralları ilə əsas kimyəvi reaksiyası olan hidroliz kristallik qəfəsin qələvi və
qələvi-torpaq elementlərinin kationlarını suyun dissosasiya olunmuş molekulunun hidrogen ionu ilə əvəz
etməsindən ibarətdir. Ortoklaz üçün bu reaksiyanı sxematik olaraq aşağıdakı kimi göstərmək olar:
KAlSi
3
O
8
+ H
2
O → H AlSi
3
O
8
+ KOH
Bu reaksiya nəticəsində əmələ gəlmiş qələvi (KOH) məhlulun qələvi reaksiyasını şərtləndirir. Bu qələvi
məhlulun təsiri altında ortoklazın kristallik qəfəsinin dağılması davam edir. KOH qələvisi CO
2
-nın iştirakı ilə
karbonata çevrilir:
2 KOH + CO
2
= K
2
CO
3
+ H
2
O
Su hissəciyinin mineral hissəciyinə birləşməsi ilə müşahidə olunan kimyəvi reaksiya - hidratasiya da
suyun iştirakı ilə baş verir, məsələn:
2Fe
2
O
3
+ 3H
2
O = 2 Fe
2
O
3
· 3H
2
O
Hidratasiya
tərkibinə görə mürəkkəb minerallarda – silikat və alümo- silikatlarda da müşahidə olunur.
Oksidləşmə - aşınma zonasında geniş yayılmış reaksiyadır. Oksidləşməyə tərkibində oksidləşmənin ən
aşağı dərəcəsində olan dəmir və başqa elementlər olan çoxsaylı minerallar məruz qalır.
Aşınma zamanı
oksidləşmə reaksiyasına nümunə kimi sulfidlərlə su mühitindəki molekulyar oksigenin qarşılıqlı təsirini
göstərmək olar. Belə ki, piritin oksidləşməsi zamanı sulfitlər və dəmir oksidinin hidratları ilə yanaşı yeni
mineralların yaranmasında iştirak edən sulfat turşusu da yaranır:
2FeS
2
+7O
2
+ 2H
2
O = 2FeSO
4
+ 2H
2
SO
4
;
12 FeSO
4
+ 6H
2
O + 3O
2
= 4 Fe
2
(SO
4
)
3
+4Fe (OH)
3
;
2 Fe
2
(SO
4
)
3
+ 9 H
2
O = 2 Fe
2
O
3
· 6 H
2
SO
4
.
Oksidləşmə prosesində dağ süxurlarının ilkin rəngi dəyişir, sarı, qonur, qırmızı çalarlar əmələ gəlir.
Oksidləşməyə daha çox məruz qalmış süxurlar (məsələn, ferralit aşınma qabığı ) torpağa məxsus məsaməlik
əldə edirlər.
Kimyəvi aşınma nəticəsində mineralların fiziki vəziyyəti də dəyişir və onların kristal qəfəsi dağılır. Süxur
yeni (törəmə) minerallarla zənginləşir və rabitəlilik, rütubət tutumu, uduculuq qabiliyyəti və başqa xassələr əldə
edir.
Bioloji aşınma – dağ süxurlarının və mineralların orqanizmlərin və onların həyat fəaliyyətlərinin təsiri
altında mexaniki parçalanması və kimyəvi dəyişməsidir.
Yerin üst qatlarındakı dağ süxurlarının
parçalanmasında canlı orqanizmlər fəal surətdə iştirak edir.
Biosferin indiki inkişaf mərhələsində təmiz abiotik
(cansız) mexaniki və kimyəvi aşınma prosesi yoxdur.
Bioloji aşınma zamanı orqanizmlər süxurdan öz
bədənlərini qurmaqdan ötrü mineral maddələri mənimsəyir və onları süxurların üst horizontlarında
akkumulyasiya edirlər. Bununla da torpaqların formalaşmasından ötrü şərait yaradırlar. Orqanizmlərin dağ
süxurlarında məskən salması ilə onun aşınması xeyli sürətlənir. Bitki kökləri və mikroorqanizmlər xarici mühitə
karbon qazı və müxtəlif turşular buraxırlar ki, onlar da minerallara dağıdıcı təsir göstərir. Nitrofikasiya
bakteriyaları azot turşusu, tion bakteriyaları isə kükürd turşusu ifraz edirlər. Bu turşular bir sıra mineralları həll
43
edir və aşınma prosesini sürətləndirir.
Sübut olunub ki, diatom yosunları silisium oksidindən öz qınını qurarkən alümosilikatları parçalamaq
iqtidarındadırlar.
Silikat bakteriyaların
( Meghatherium) selikli ifrazatları çöl şpatını parçalayır. Pensilillium
cinsindən olan göbələklər ilkin mineralları parçalayan maddə ifraz edirlər.
Dağ süxurlarının bioloji aşınmasında şibyələrin əhəmiyyətli yeri var. Bu canlılar karbon qazı və spesifik
turşular ifraz etməklə dağ süxurlarının parçalanmasını sürətləndirirlər. Şibyənin lifləri çatlara daxil olaraq
süxurları həm mexaniki, həm də kimyəvi dağılmaya məruz qoyur.
Bitkilər kimi heyvanlar da dağ süxurlarını mexaniki parçalyır və öz ifrazatları ilə onları kimyəvi aşınmaya
məruz qoyur.
Aşınma zamanı parçalanmanın xarakteri mühit şəraitindən, süxurların mineraloji tərkibindən, o cümlədən
SiO
2
miqdarından asılıdır. Sonuncu aşınma məhsullarının tərkibində özünü göstərə bilər. Belə ki, turş süxurların
aşınmasından qum və qumsallar, neytral süxurlardan gillicələr, qələvi süxurların aşınmasından isə gil və
gillicələr törəyir.
Müxtəlif süxur və mineralların aşınma prosesinə davamlılığı eyni deyil. Aşınma prosesinə daha davamlı
metamorf süxurlar, zəif davamlı isə çökmə süxurlar hesab edilir. Aşınma prosesinə özünün yüksək məsaməliyi
və minerallarının tərkibinə görə seçilən vulkanik kül (slyuda və s.) daha çox məruz qalmışdır. Minerallar
içərisində aşınmaya kvars daha çox davamlıdır. Ona görə də o, aşınma qabığında toplanır. Tərkibində dəmir
oksidləri olan minerallar aşınmaya daha zəif davamlıdır.
Aşınma zamanı ilkin mineralların parçalanmasına paralel törəmə minerallar da yaranır. Aşınma prosesinin
inkişafında məhlulun duz tərkibi, mühitin reaksiyası (pH), oksidləşmə-reduksiya reaksiyası da əhəmiyyətli rol
oynayır.
Aşınma prosesinin intensivliyi iqlim amillərindən, ilk növbədə temperaturdan və yağıntıların
miqdarından asılıdır. Quru iqlim şəraitində aşınmanın həll olan məhsulları toplanır, rütubətli iqlim şəraitində isə
yuyulub kənar olur. Ona görə də yer kürəsində mineraloji tərkibinə görə bir-birindən fərqlənən müxtəlif tip
aşınma qabığı əmələ gəlmişdir.
Aşınma qabığının iki əsas tipini ayırırlar: birincisi, sialitli, mülayim rütubətli iqlim regionlarında
yayılmışdır. Bu tip aşınma qabığı üçün əsasən montmorillonit qrupundan olan gilli mineralların, və
hidroslyudanın yaranması, daha dayanaqlı ilkin mineralların saxlanması səciyyəvidir. İkincisi, rütubətli
subtropik və tropik iqlim şəraitində formalaşan allitli aşınma qabığıdır ki, onun üçün dəmir və alüminiumun
hidroksid qrupundan olan törəmə mineralların hakim olması, ilkin mineralların (kvarsdan başqa) tam
parçalanması, əsasların və silisiumun yuyulması səciyyəvidir. Gilli minerallar daxilində kaolinit və ya qaluazit
üstünlük təşkil edir.
§ 8. Əsas torpaqəmələgətirən süxurlar
Əsas torpaqəmələgətirən süxurlara yumşaq çökmə süxurlar aid edilir.
Onların üzərində hər yerdə torpaqlar
inkişaf etmişdir.
Dördüncü dövrün çökmə süxurları genezisindən və formalaşma şəraitindən asılı olaraq
tərkibinin müxtəlifliyi, quruluşu, kiplik və digər xassələrinin müxtəlifliyi ilə səciyyələnir ki, bu da
formalaşmaqda olan torpaqların torpaqəmələgəlmə xüsusiyyətlərində
və münbitliyində əhəmiyyətli dərəcədə
əks olunur.
Aşağıda dördüncü dövrün çökmə süxurlarının əsas genetik tiplərinin təsviri verilmişdir.
Elüvial süxurlar və ya elüvi - ana süxurların aşınma məhsulları olub, yarandığı yerdə toplanırlar. Elüvi
dağlıq vilayətlərdə və düzən sahələrdə formalaşır. İlkin süxurun xassələrindən, iqlim və relyef şəraitindən asılı
olaraq elüvial süxurlar tərkibinə və qalınlığına görə müxtəlif olur. Elüvial çöküntülər üçün ana süxurla sıx
əlaqənin olması, yumşaq xırda dənəvər kütlənin tədricən bərk süxurlara keçməsi səciyyəvidir.
Elüvial süxurların torpaqəmələgəlmədə əhəmiyyəti onun xassələri ilə müəyyən edilir. Rusiyanın qeyri-
qaratorpaq zonasında karbonatlı süxurların elüvisində məhsuldar çimli torpaqlar formalaşmışdır. Yuxa elüvi
üzərində formalaşmış torpaqlar çınqıl tərkibi ilə seçilir. Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq
ərazilərində, həmçiinin Murovdağ və Şahdağ silsilələrində kobud qırıntılardan ibarət şistli-qumlu tərkibli elüvial
süxurlar yayılmışdır (M.Salayev, 1991).
Delüvial süxurlar və ya delüvi – yağış və ərinti suları vasitəsilə yamaclarda çökdürülmüş gətirmələrdir.
Delüvi meylli şleyf şəklində çökdürülür. Şleyfin yuxarı hissəsində çöküntülər çox vaxt kobud qırıntılardan,
aşağı hissəsində isə tozvari və gilli materiallardan ibarət olur. Səthi yamac axınlarının zəiflədiyi yamacın
dibində delüvial çöküntülər daha qalın olur.
Delüvi üçün çöküntülərin çeşidlənməsi və lay-lay düzülməsi daha səciyyəvidir. Çeşidlənməmiş və laysız
süxurlar da təsadüf olunur. Tərkibinə görə delüvi müxtəlifdir.
Delüvial süxurlar dağətəyi vilayətlərdə, xüsusən də Böyük Qafqazın cənub yamacında yayılaraq müxtəlif torpaqlar
üçün ana süxur rolunda çıxış edir.
Prolüvial süxurlar və ya prolüvi - dağlıq ərazilərdə, dağların ətəyində müvəqqəti, lakin güclü sel və su
44
axınlarının fəaliyyəti nəticəsində yaranır. Prolüvi tərkibi çeşidlənməmiş və əsasən də iri daş-kəsək
materiallarından ibarət olur. Delüvi və prolüvi çox vaxt qarışaraq delüvial-prolüvial çöküntülər əmələ gətirir. Bu
cür çöküntülər sel axınlarının müşahidə olunduğu Böyük Qafqazın cənub yamacları və qismən Naxçıvan MR
üçün səciyyəvidir.
Allüvial süxurlar və ya alüvi - çay daşqınları zamanı çökdürülmuş çöküntülərdən (subasar və ya çaybasar
alüvi) ibarətdir. Allüvial süxurlara çayların dib çöküntüləri də aid edilir. Dib çöküntüləri müxtəlif dənəvərliyə
malik qumlardan ibarət olur.
Subasar alüvi başlıca olaraq gillicəli və gillidir. Düzən çaylardan fərqli olaraq dağ çayları yalnız məcra
alüvisini formalaşdırır.
Allüvial süxurlar üzərində formalaşmış torpaqlar yüksək məhsuldarlığı ilə seçilir. Azərbaycan ərazisində
allüvial çöküntülərin ən geniş yayıldığı ərazi Kür-Araz ovalığı hesab olunur. Bununla belə, digər regionların
(Böyük və Kiçik Qafqaz, Lənkəran) iri və orta böyüklüklü çayların (Katex, Qanıx, Lənkəran, Tərtər və s.)
subasar hissələrində allüvial çöküntülər yayılmışdır.
Göl çöküntüləri - qədim relyefin çökəkliklərini doldurur. Bu süxurlar gil tərkibi, lay-lay olması ilə
fərqlənir. Göl çöküntülərində çox tez-tez üzvi qatın olması, CaCO
3
və quru vilayətlərdə gips və asan həll olan
duzların toplanması da müşahidə olunur. Asan həll olan duzların toplanması göl çöküntülərini şoranlaşdırır.
Duzlu göllər quruyaraq şoranlar əmələ gətirir. Abşeron və Kür-Araz ovalıqlarında bu cür göllərə tez-tez təsadüf
etmək mümkündür.
Buzlaq və ya moren çöküntüləri - buzlaqlar tərəfindən müxtəlif süxurların yeri dəyişdirilmiş və
çökdürülmüş aşınma məhsullarıdır. Bu süxurlar Rusiyanın Avropa hissəsinin şimalında, Qərbi Sibirdə və
Kanadada geniş yayılmışdır. Azərbaycanda buzlaq çöküntülərinə Böyük və Kiçik Qafqazın yüksək dağlıq
ərazilərində təsadüf olunur. Talış dağlarında buzlaq çöküntülərinin müşahidə olunmaması, bu ərazinin sonuncu
buzlaşmaya məruz qalmaması ilə əlaqədar olmuşdur. Morenlər üçün aşağıdakı xüsusiyyətlər səciyyəvidir:
çeşidsizlik, qranulometrik
tərkibin müxtəlifliyi, tərkibində iri qaya parçalarının (valunların) olması, qum
fraksiyalarının çoxluğu, qırmızı-qonur və nadir hallarda sarı-qonur və başqa rəngdə olması.
Çöküntülərin rəngi buzlaqaltı süxurların xarakterindən, aşınma və torpaqəmələgəlmə şəraitindən asılıdır.
Qleyləşmə zamanı morenlərin rəngi boz-yaşılımtıl çalar alır.
Qranulometrik tərkibinə görə morenlər müxtəlifdir. Lakin qumlu gillicələrlə daha geniş təmsil olunmuşdur.
Kimyəvi tərkibinə görə karbonatlı və karbonatsız morenlər bir-birindən fərqləndirilir. Karbonatlı morenlər lokal
şəkildə, əsasən də Rusiyanın qeyri-qaratorpaq vilayətlərində (Novqorod, Voloqda və Pskov) yayılmışdır. Tərkib
və xassələrinə görə karbonatlı morenlər bitkilərin inkişafı üçün əlverişlidir. Bu süxurlar üzərində torpaqların zəif
və orta podzollu növləri, həmçinin münbit çimli-karbonatlı torpaqlar yayılmışdır. Karbonatsız moren
çöküntüləri podzollaşma prosesinin yaranmasına yardım edir və bu süxurlar üzərində orta – və şiddətli
podzollaşmış torpaqlar inkişaf etmişdir. Süxurun tərkibində iri qaya parçalarının artması torpaqların xassələrini
pisləşdirir.
Flüvialqlasial və ya su-buzlaq çöküntülərinin yaranması güclü buzlaq axınlarının fəaliyyəti ilə bağlıdır.
Bu axınlar moren çöküntülərini qarışdıraraq buzlaqların kənarlarında çökdürmüşdür.
Flüvialqlasial süxurlar üçün çeşidlilik, lay-lay düzüm, tərkibində valunların olmaması, karbonatsızlıq,
əsasən qumlu, qunlu-çınqıllı tərkib səciyyəvidir. Bu süxurlar Rusiyanın Avropa hissəsinin tayqa – meşə
zonasında geniş yayılmışdır. Flüvialqlasial süxurlar üzərində formalaşmış torpaqlar aşağı münbitliyi ilə seçilir.
Bu torpaqlarda humus və qida maddələri məhduddur, az sututumludur. Çox vaxt flüvialqlasial gətirmələrin
yuxarı qatı (50-60 sm -ə qədər) gillicə və gillərlə örtülü olur. Bu da süxurla təmasda suyun durub qalmasına və
qleyləşməyə səbəb olur. Qapalı çökəkliklərdə flüvialqlasial süxurların gil təbəqəsi ilə örtülməsi bataqlıqlaşmaya
və bataqlıq-podzollu torpaqların yaranmasına gətirib çıxarır.
Örtük gillicələri - buzlaq çöküntüləri zonasında yayılmışdır və onlara buzlaqlara yaxın ərazilərdə dayaz
ərinti sularının çökdürdüyü süxurlar kimi baxılır. Rusiyanın qeyri-qaratorpaq zonasının mərkəzi vilayətlərində
geniş yayılmışdır. Onlar adətən, morenlərin üstündə örtük əmələ gətirirlər ki, buradan da onların adı
yaranmışdır.
Örtük gillicələri moren gillicələrindən fərqli olaraq sarı-qonur rəngi, yaxşı seçilən çeşidliyi, tərkibində toz
fraksiyasının üstünlüyü və valunların olmaması ilə səciyyələnir. Qranulometrik tərkibinə görə bu torpaqlar
əksər hallarda ağır və orta gillicəlidir. Burada iri toz (0,05 0,01 mm) və lil (<0,001 mm) fraksiyaları üstünlük
təşkil edir. Bununla əlaqədar örtük gillicələri nəm halında çox şişir, quru halında isə ayrı-ayrı, qozvari və
prizmaşəkilli hissəciklərə parçalanır, yüksək kipliyi, zəif sukeçiriciliyi və yüksək kapillyarlığı ilə seçilir.
Kimyəvi tərkibinə görə əsasən karbonatsızdır. Örtük gillicələri üzərində podzollu, çimli-podzollu, boz meşə
torpaqları inkişaf etmişdir.
Löss və lössabənzər gillicələr - müxtəlif genezisə malikdirlər. Onların ümumi cəhəti açıq sarı və ya
qonurvari – açıq sarı rəngdə olmaları, karbonatlılığı, iri toz fraksiyalarının (0,05-0,01 mm) üstünlük təşkil etdiyi
tozvari-gillicəli qranulometrik tərkibi, məsaməliyi, yumşaqlığı, mikroaqreqatlığı, yaxşı sukeçiriciliyidir.
Kimyəvi və su-fiziki xassələrinə görə bu süxurlar bitkilərin inkişafı üçün əlverişlidir. Əlverişli iqlim
45
şəraitində onların üzərində yüksək münbitli qaratorpaqlar, həmçinin boz, şabalıdı, boz meşə torpaqları
formalaşır.
Löss Ukrayna, Orta Asiya ərazilərində daha geniş yayılmışdır. Lössabənzər gillicələr lössdən fərqli olaraq
həm buzlaq ərazilərdən kənarda, həm də buzlaq çöküntülərinin mövcud olduğu yerlərdə yayılmışdır. Onlar
Belorusiyada, Rusiyanın qeyri-qaratorpaq vilayətlərində, həmçinin bozqır rayonlarında geniş yayılmışdır.
Lössabənzər gillicələr az karbonatlıdır, karbonatsız növləri də geniş yayılmışdır.
Eol çöküntülər - küləyin akkumulyativ fəaliyyəti nəticəsində yaranır. Bu fəaliyyət səhralarda özünü daha
intensiv şəkildə göstərir. Eol çöküntülərə çeşidlənmiş qum gətirmələri aiddir. Bu gətirmələr defliyasiya
vilayətindən bir qədər aralıda çökdürülərək müxtəlif relyef formaları – düyünlər, barxanlar və s. əmələ gətirir.
Dəniz çöküntüləri dənizlərin sahil xəttinin yerini dəyişməsi, transqresiya və reqresiya hadisəsi nəticəsində
yaranır. Dəniz çöküntüləri çeşidliliyi, lay-lay olması ilə seçilir. Bu çöküntülərdə duzların böyük
akkumulyasiyası müşahidə olunur. Səthə çıxmaqla onlar şorlaşmış torpaqların yaranmasına səbəb olur. Bu
çöküntülər Xəzərsahili ərazilərdə geniş yayılmışdır.
Torpaqəmələgətirən süxurların torpaqəmələgəlmədə rolu onunla müəyyən olunur ki, onlar üzərlərində
formalaşan torpaqların xassə və tərkiblərini müəyyən edirlər.
Süxurların mineraloji, kimyəvi və qranulometrik tərkibi bitkilərin böyümə şəraitini müəyyən edir, humus
toplanmaya, podzollaşmaya, qleyləşməyə, şorlaşma və digər proseslərə təsir göstərir.
Belə ki, tayqa-meşə
zonasında süxurların karbonatlığı mühitin əlverişli reaksiyasını yaradır, humus horizontunu, onun
strukturluğunu formalaşdırır. Turş süxurlarda bu proses xeyli zəif gedir. Asan həll olan duzların yüksək miqdarı
şorlaşmış torpaqların yaranmasına gətirib çıxarır. Qranulometrik tərkibindən, bərkliyindən asılı olaraq süxurlar
sukeçiriciliyinə, sututumuna, məsaməliyinə görə bir-birindən fərqlənir. Bu da torpaqların inkişaf prosesində
onların su, hava, isitlik rejimini müəyyən edir. Torpaqların su rejiminə süxurların quruluşu da təsir göstərir.
Bütün bu misallar sübut edir ki, torpaqəmələgəlmənin sürəti və istiqaməti, torpaq münbitliyinin formalaşması
və səviyyəsi, həmçinin torpaqlardan kənd təsərrüfatında istifadənin xarakteri ana süxurdan asılıdır.
Dostları ilə paylaş: |