Qərib Məmmədov


§11. Torpaqda yaşayan heyvanlar və onların torpaqəmələgəlmə



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə8/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   4   5   6   7   8   9   10   11   ...   52
§11. Torpaqda yaşayan heyvanlar və onların torpaqəmələgəlmə 
proseslərində rolu 
 
Torpaq faunası çoxsaylı və müxtəlifdir. Torpağın həyatında fəal iştirak edən heyvanat aləminə ibtidailərin
onurğasız və onurğalı heyvanların müxtəlif növləri aid edilir. 
İbtidailər. Torpaqda mikroflora ilə yanaşı ibtidai heyvan orqanizmlərinin müxtəlif nümayəndələri 
yayılmışdır. Onları ümumi terminlə  - Protozoa adlandırırlar.  İbtidailərə qamçılılar (Flagellata), kökayaqlılar 
(Rhizopoda) və infuzorlar (Ciliata) aid edilir. 
Qidalanma tərzinə görə ibtidailərin böyük əksəriyyəti heterotrofdur. Onlar əsasən torpaqda yaşayan 
mikroorqanizmlərlə (bakteriyalar, yosunlar, göbələklərin sporları) qidalanır. Onlar arasında bitki qalıqlarının 
həll olmuş üzvi maddələri ilə qidalanan saprofitlər də (qamçılılar) vardır. Yaşıl avtotrof ibtidailər məhdud 
yayılma arealına malikdirlər. Onlara nadir hallarda təsadüf etmək olur. 
Tipindən və coğrafi yerləşməsindən asılı olmayaraq ibtidailər bütün torpaqlarda aşkar edilmişdir. Aerob 
orqanizmlər olduqları üçün ibtidailər torpağın əsasən üst qatlarında daha geniş təmsil olunmuşlar. 
Quraq dövrdə, həmçinin qışda onların torpaqda miqdarı  kəskin  şəkildə azalır. Bu zaman onlar inert hala 

 
55
düşürlər.  İbtidai orqanizmlərin torpaqəmələgəlmədə rolu kifayət qədər öyrənilməmişdir. Bəzi tədqiqatçılar 
hesab edir ki, ibtidailər torpaq bakteriyalarını  məhv etməklə torpaq münbitliyinə  mənfi təsir göstərir, 
başqalarının fikrincə ibtidailərin torpaqda olması əksinə onda mikrobioloji prosesləri gücləndirir və bununla da 
münbitliyin yüksəlməsinə xidmət edir. Ola bilsin ki, ibtidailər qoca bakterial hüceyrələri yeməklə qalanlarının 
çoxalmasını asanlaşdırır və çoxlu sayda cavan və biokimyəvi baxımdan fəal fərdlərin törəməsinə şərait yaradır. 
Onurğasız heyvanlar. Torpaqda müxtəlif növ onurğasız heyvanlar məskunlaşmışdır: yağış soxulcanları, 
enxitreidlər, buğumayaqlılar və s. Onlar bitki qalıqlarının çevrilməsində son dərəcə əhəmiyyətli rol oynayırlar. 
Onurğasız heyvanlar bitki qalıqlarından qida kimi istifadə etməklə bioloji dövranı sürətləndirirlər. 
Onurğasız heyvanlar içərisində torpaqəmələgəlmə proseslərində  və torpaq münbitliyinin yaranmasında 
yağış soxulcanlarının xüsusi rolu vardır. Ç.Darvindən (1837) başlayaraq bir çox alimlər yağış soxulcanlarının 
torpaqəmələgəlmədə böyük rol oynadığını söyləmişlər. Yağış soxulcanlarının müxtəlif torpaq-iqlim zonalarının 
torpaqlarında geniş yayılması alimlər tərəfindən müəyyən edilmişdir. Yağış soxulcanları  həm xam, həm də 
mədəniləşdirilmiş torpaqlarda geniş yayılmışdır. 1 hektar torpağın səthində onların miqdarı yüz mindən bir neçə 
milyona kimidir. Yağış soxulcanlarının miqdarı üst humus və  əkin horizontlarında maksimal həddə olur, 
dərinlik artdıqca onların miqdarı kəskin şəkildə azalır. 
Yağış soxulcanlarının torpaqəmələgəlmə proseslərində  fəaliyyəti olduqca müxtəlifdir. Çoxsaylı yollar və 
yuvalar qazmaqla soxulcanlar torpağın fiziki xassələrini yaxşılaşdırır, onun strukturunu, məsaməliyini, 
aerasiyasını, sututumunu və sukeçiriciliyini artırır. Yağış soxulcanlarının həyat fəaliyyətinin məhsulu olan – 
kaprolitlərlə zənginləşmiş torpaqlarda humusun miqdarı artır, turşuluq aşağı düşür, udulmuş əsasların göstəricisi 
yüksəlir. Son zamanlar müəyyən edilmişdir ki, soxulcanlar torpağı yaxşılaşdırmaqla bərabər radioaktiv 
izotoplardan da təmizləyir. Kaprolitlərlə  zəngin torpaqlar suyadavamlı aqreqatların yüksək göstəricisi ilə  də 
seçilir. 
Həşəratlar. Torpaqda külli miqdarda həşəratlar (böcəklər, qarışqalar, termitlər və s.) yaşayır. Bu canlılar 
torpaqəmələgəlmə proseslərinə əhəmiyyətli dərəcədə təsir göstərirlər. Yağış soxulcanları kimi onlar da çoxsaylı 
yollar və yuvalar açmaqla torpağı yumşaldır, onun fiziki və su xassələrini yaxşılaşdırırlar. Həşəratlar bitki 
qalıqlarının emal olunmasında fəal iştirak edir. Bununla da torpağı humus və mineral maddələrlə zənginləşdirir. 
Onurğalı heyvanlar. Torpaqəmələgəlmə prosesində  fəal iştirak edən onurğalı heyvanlar  arasında 
gəmiricilərin xüsusi çəkisi daha böyükdür. Bütün gəmircilər torpaq qatında yuvalar qazır. Bu zaman səthə külli 
miqdarda qarışdırılmış torpaq atılır. Gəmiricilərdən bəziləri torpaqda “köstəbək yolları” adlanan yollar qazır. 
Bozqır rayonlarda yer siçanları torpağın aşağı və yuxarı qatlarını o qədər qarışdırır  və ya torpağın səthinə o 
qədər torpaq atırlar ki, səthdə bozqırlar üçün səciyyəvi olan   mikrorelyef yaranır. Məşhur rus alimi 
S.S.Nestruyev belə relyef formasını nonorelyef adlandırmışdır.  
 
§ 12. Relyef torpaqəmələgətirən amil kimi 
 
Relyefin səciyyəsi onun genezisinin (tektonik, suffozion, buzlaq-akkumulyativ, buzlaq-erozion, eol 
formaları  və s.) və formalarının (geomorfologiyasının) öyrənilməsinə  əsaslanır. Relyefin torpaqəmələgətirən 
amil kimi öyrənilməsinə bir çox torpaqşünasların – V.V.Dokuçayev, N.M.Sibirtsev, Q.N.Vısotskiy, 
S.A.Zaxarov, S.S.Nestruyev, B.B.Polınov, V.R.Vilyams, İ.P.Gerasimov və başqalarının  əsərləri həsr 
olunmuşdur. 
Relyefin 3 qrup formasını fərqləndirirlər: makrorelyef, mezorelyef və mikrorelyef. 
Makrorelyef dedikdə böyük ərazilərin ümumi görkəmini müəyyən edən relyefin ən iri formaları başa 
düşülür: düzənliklər, yaylalar, dağ sistemləri. Makrorelyefin yaranması əsasən yer qabığında baş verən tektonik 
proseslərlə əlaqədardır. 
Mezorelyef – relyefin orta ölçülü formalarıdır: dağətəyi, təpə, dərə, vadi, terras və onun elementləri – hamar 
sahələr, müxtəlif meylli yamaclar və s. Mezorelyefin yaranması əsasən ekzogen geoloji proseslər (denudasiya 
prosesləri, kontinental çöküntülərin yaranması və s.), o cümlədən qurunun ayrı-ayrı sahələrinin tədrici qalxması 
və enməsi ilə bağlıdır. 
Mikrorelyef adı altında relyefin kiçik formaları başa düşülür. Bu relyef formalarının sahəsi bir neçə kvadrat 
desimetrdən bir neçə yüz kvadrat metrə  qədər, nisbi hündürlüyü isə bir metr arasındadır. Mikrorelyef 
formalarına düzən sahələrdə çökmə, donuşluq deformasiyası  və başqa səbəblərdən  əmələ  gəlmiş  təpəciklər, 
çökəkliklər aid edilir. Yamaclarda  mikrorelyef formaları torpaq-qrunt kütləsinin sürüşməsi və ya torpaq-eroziya 
prosesləri səbəbindən yaranır. 
Torpağın formalaşmasında və torpaq örtüyünün inkişafında relyefin əhəmiyyəti böyükdür. 
Relyef yamacların baxarlığından və meylliyindən asılı olaraq günəş radiasiyasının və yağıntıların 
paylanmasının əsas amili kimi çıxış edir və torpağın su, istilik, qida, oksidləşmə-reduksiya və duz  rejimlərinə 
təsir göstərir. 
Dağlarda yüksəklikdən asılı olaraq temperaturun aşağı düşməsi və  nəmliyin dəyişməsi səbəbindən iqlim, 
bitki və torpaqların şaquli zonallığı yaranır. Hava kütlələri dağlara yaxınlaşarkən tədricən yuxarı qalxır, soyuyur 

 
56
və yağıntıların düşməsinə səbəb olur. Dağları aşan həmin hava kütlələri aşağı enərək tədricən qızır və quru hala 
keçir. 
Mezo – və mikrorelyefin elementləri və xüsusən də müxtəlif meylliyə malik yamaclar ilk növbədə yer 
səthində yağıntıların paylanmasında iştirak edir və səthdə axan su ilə torpağa hopan suyun nisbətini tənzimləyir. 
Müxtəlif meylliklərin və yamacların səthi  eyni miqdarda günəş radiasiyası almır. Bu da temperatur və su
 
rejimində öz əksini tapır. Nəmlikdə olan fərqlər torpağın qida, oksidləşmə-reduksiya və duz rejimlərinə də öz 
təsirini göstərir. 
Bütün bunlar müxtəlif bitkilərin məskən salmasına və inkişafına, üzvi maddələrin sintez və 
parçalanmasındakı  fərqlərə, torpaq minerallarının çevrilməsinə  və  nəhayət son nəticədə relyefin müxtəlif 
şəraitlərində müxtəlif torpaqların formalaşmasına gətirib çıxarır. 
Hazırda relyefdə mövqeyinə  və relyefin təsiri altında yağıntıların paylanmasına görə rütubətlənmə  sırası 
adlanan aşağıdakı qrup torpaqları ayırırlar: 
Avtomorf torpaqlar – səth sularının sərbəst axdığı və qrunt sularının dərində yerləşdiyi ( 6 m- dən dərin) 
hamar səthdə və yamaclarda formalaşır. 
Yarımhidromorf torpaqlar – səth sularının qısa müddət hərəkətsizliyi və ya qrunt sularının 3-6 m-dən ( 
kapilyar haşiyə torpaq səthinə qalxa bilər) az dərinlikdə yerləşdiyi şəraitdə formalaşır. 
Hidromorf torpaqlar – səth sularının uzun müddət hərəkətsizliyi və ya qrunt sularının 3 m-dən ( kapilyar 
haşiyə torpaq səthinə qalxa bilər) az dərinlikdə yerləşdiyi şəraitdə formalaşır. 
Relyef eroziya proseslərinin inkişafına böyük təsir göstərir. Relyefin yamac formalarında su eroziyasının 
yaranma ehtimalı olduqca böyükdür. Quru və kontinental iqlim şəraitində düzən relyef forması külək 
eroziyasının yaranması üçün əlverişli şərait yaradır. 
Relyef torpaq və bitki örtüyü üçün təkamül amili kimi də  çıxış edir. Məsələn, çay məcrasının tədricən 
oyulub dərinləşməsi nəticəsində subasar terras subasarüstü terrasa çevrilir. Bu, nəmlənmə rejiminin dəyişməsinə 
(subasar və allüvial proseslərin kəsilməsinə, qrunt suyunun aşağı düşməsinə) və  nəticədə hidromorf və 
yarımhidromorf şəraitin dayanmasına və avtomorf şəraitin inkişafına gətirib çıxarır. 
Relyefin torpaqəmələgəlməyə təsirinin qeyd edilən xüsusiyyətlərinin əkinçilikdə də əhəmiyyəti böyükdür. 
Belə ki, kənd təsərrüfatı yerlərində relyefin müxtəlifliyi aqrotexnikanın differensial tətbiqini zəruri edir və s. 
 
§ 13. Torpağın yaşı 
 
Torpaqəmələgəlmə prosesi zaman daxilində baş verir. Torpaqəmələgəlmənin hər bir yeni tsikli (mövsümi, 
illik, çoxillik) torpaq profilində üzvi və mineral birləşmələrin çevrilməsində müəyyən dəyişikliklər yaradır. Ona 
görə də zaman amili  (V.V.Dokuçayevə görə “ölkənin yaşı”) torpaqların formalaşmasında və inkişafında böyük 
əhəmiyyətə malikdir. 
Torpaqların mütləq və nisbi yaşı anlayışları bir-birindən fərqləndirilir. 
Mütləq yaş – torpağın yarandığı vaxtdan indiki zamana kimi keçmiş müddətdir. Mütləq yaş bir neçə illə 
milyon il arasında tərəddüd edir. Ən böyük mütləq yaş  kəskin dəyişikliklərə (su eroziyası, deflyasiya və s.) 
məruz qalmamış tropik ərazilərin torpaqlarına məxsusdur. 
Şimal vilayətlərində torpağın mütləq yaşı ərazilərin dördüncü dövrün buzlaşmasından və buzlaq sularından 
azad olması ilə əlaqədardır. Bəzi ərazilərdə, məsələn, Xəzərsahili ovalıqda, o, transqresiya hadisəsi ilə bağlıdır. 
Ən cavan torpaqlar müasir çaybasar ərazilərdə yayılmışdır. Yuxarıda qeyd edildiyi kimi, uzun inkişaf 
dövründə torpaqlar başlanğıc (“cavan”) fazasından inkişaf etmiş torpaq fazasına kimi mürəkkəb yol keçirlər. Bu 
zaman təbii şəraitin (iqlim, bitki örtüyü, hidroloji şərait) dəyişməsi ilə torpağın xassə və əlamətləri də dəyişir.  
Bununla əlaqədar torpağın profilində relikt əlamətlər saxlana bilər. 
Nisbi yaş – torpaqəmələgəlmə prosesinin sürətini, torpağın bir inkişaf fazasının digəri ilə əvəz edilməsinin 
tezliyini səciyyələndirir. O, süxurun tərkib və xassələrinin, relyef şəraitinin torpaqəmələgəlmə prosesinin sürət 
və istiqamətinə təsiri ilə bağlıdır. 
 
§ 14. İnsanın istehsalat fəaliyyəti 
 
İnsanın istehsalat fəaliyyəti (şumlama, gübrələmə, meliorasiya və s.) torpağa və torpaqəmələgəlmə 
prosesinin inkişafına, həmçinin bütün təbii mühitə (bitki örtüyü, iqlim, hidrologiya və s.) təsir göstərən  güclü 
spesifik amildir. İnsanın təsərrüfat fəaliyyətinin təsiri altında torpağın xassə və rejimləri təbii torpaqəmələgəlmə 
şəraiti ilə müqayisədə dəyişikliyə daha tez məruz qalır. Müasir dövrdə insanın təsərrüfat fəaliyyəti Yer kürəsinin 
böyük  ərazilərində torpaqəmələgəlmənin və torpaq münbitliyinin artırılmasının həlledici amilinə çevrilmişdir. 
Bu zaman torpaqların dəyişilməsinin xarakteri və əhəmiyyəti sosial-iqtisadi münasibətlərdən, elm və texnikanın 
inkişaf səviyyəsindən asılı olur. 
Genetik xassələr və becərilən bitkilərin ekoloji tələbi nəzərə alınmaqla torpaqların münbitliyinin 
artırılmasına xidmət edən tədbirlərin həyata keçirilməsi torpaqların mədəniləşdirilməsinə, yəni effektiv və 

 
57
potensial münbitliyi yüksək olan torpaqların formalaşmasına gətirib çıxarır. 
Xassələr və inkişaf  şəraiti, həmçinin elmi əsaslarla hazırlanmış  təkliflər nəzərə alınmadan,  torpaqlardan 
fasiləsiz istifadə nəinki torpaqların münbitliyinin artırılmasının səmərəliyini aşağı salır, eyni zamanda neqativ 
proseslərin (eroziya, şorlaşma və şorakərləşmə) inkişafına şərait yaradır. 
Aqronomun  əsas vəzifəsi torpağın xassəsləri və  kənd təsərrüfatı bitkilərinin tələbi  əsasında torpaq 
münbitliyinin fasiləsiz artımını təmin edən aqrotexniki və meliorativ tədbirlər sistemini həyata keçirməkdir. 
 
§ 15. Torpaqəmələgətirən amillərin qarşılıqlı əlaqəsi 
 
Torpağın yaranmasında iştirak edən torpaqəmələgətirən amillərdən birinin digəri ilə əvəz edilməsi mümkün 
deyildir. Bu baxımdan torpaqəmələgətirən amillər eyni əhəmiyyətə malikdir. Onların hər biri torpaqla onu əhatə 
edən mühit arasında maddə  və enerji mübadiləsi prosesində özünəməxsus  şəkildə  iştirak edir. Bununla belə, 
torpaqəmələgəlmə prosesini səciyyələndirən bütün proseslərin mürəkkəb məcmusunu torpaqəmələgətirən 
amillərin qarşılıqlı  təsirinin nəticəsi kimi üç qrupda (A.A.Rode) birləşdirmək olar: 1) canlı orqanizmlərin 
fəaliyyəti nəticəsində baş verənlər (üzvi maddənin yaradılması, qida elementlərinin seçici akkumulyasiyası və 
s.); 2) orqanizmlərin  həyat fəaliyyətinin məhsulları  hesabına inkişaf edən (humus maddəsinin yaranması və s.) 
və 3) birinci iki qrupla  bilavasitə  əlaqəsi olmayan abiotik xarakterli hadisələr. Bu zaman birinci iki qrup 
torpaqəmələgəlmə prosesinin ən  əhəmiyyətli tərəflərini  əhatə edir. Məhz onların nəticəsi olaraq torpağın 
spesifik xassəsi olan münbitlik yaranır və inkişaf edir. Ona görə  də  təbii torpaqəmələgəlmədə bioloji amil 
aparıcı hesab olunur. 
Torpaqəmələgətirən amillər təbiətdə bir-birinə  sıx bağlıdırlar. V.V.Dokuçayevin qeyd etdiyi kimi, torpaq 
torpaqəmələgətirıən amillərin qarşılıqlı  təsiri nəticəsində yaranmışdır. Amillərin bir-birinə    qarşılıqlı  təsiri 
nəticəsində torpaqəmələgəlmənin mikro-, mezo- və makroprosesləri inkişaf edir.
 
Bu proseslərin təsiri altında isə 
torpağın genetik horizontları və konkret xassələr toplusu formalaşır. 
Təbii ekosistemlərin, landşaft və torpaq sistemlərinin inkişafında iki əsas tsikl fərqləndirilir – bioiqlim və 
biogeomorfoloji tsikllər. 
İnkişafın  bioiqlim tsikli kosmik və ümümplanetar hadisələrin, planet səthində günəş radiasiyasının 
paylanması və atmosferin dinamikasının təsiri altında baş verir. Bu tsikldə bitki örtüyü və torpaq iqlimlə birgə 
təkamül edir. 
İnkişafın biogeomorfoloji tsikli geoloji, geomorfoloji və geokimyəvi proseslərin təsiri altında baş verir. Bu 
tsikldə bitki və torpaq örtüyünün inkişafı relyefin və səth çöküntülərinin formalaşması ilə əlaqədardır. 
Son zamanlar planetin həyatında üçüncü tsikl – insanın təsərrüfat fəaliyyəti daha çox əhəmiyyət kəsb 
etməyə başlayır.  İnsanın təsərrüfat fəaliyyəti bir tərəfdən  əsas tsikllərə (bioiqlim  və biogeomorfoloji) 
uyğunlaşmaqla, digər tərəfdən isə  əvvəlki iki tsikli,  təbii bitkiləri mədəni bitkilərlə  əvəz etməklə  və torpaq 
örtüyünə aqrotexnikanın, meliorasiyanın və rekultivasiyanın tətbiq etməklə, həmçinin aqrokultura və başqa 
mədəni landşaftlar yaratmaqla,  güclü şəkildə dəyişir. 
 
 
 
 
 
 
 

 
58
ÜÇÜNCÜ HİSSƏ 
 
TORPAĞIN TƏRKİBİ, XASSƏ VƏ REJİMLƏRİ 
 
Torpaq dörd fazadan - bərk faza (mineral və üzvi hissə), maye faza (torpaq məhlulu), qazşəkilli  faza 
(torpaq havası) və canlı fazadan (torpaq canlıları) ibarət çoxfazalı polidispers sistemdir. Bu fazalar sıx 
qarşılıqlı təsirdədirlər. 
Eyni zamanda torpaq biosferin başqa sistemləri ilə fasiləsiz qarşılıqlı təsirdə olan açıq dinamik sistemdir
Təbiət cismi kimi torpağın fərqli cəhətləri aşağıdakılardır: olduqca mürəkkəb maddi tərkibi və vacib 
parametrlərinin qanunauyğun dəyişkənliyi, tərkibində spesifik üzvi maddənin (humusun) olması, əksər kimyəvi 
elementlər üçün birləşmələrin müxtəlifliyi. 
Torpaq səthinə günəş enerjisi və nəmliyin daxil olma ritmi (sutkalıq, illik, çoxillik) və bitkilərin inkişafının 
bioloji ritmi torpaq münbitliyinin formalaşması üçün böyük əhəmiyyət kəsb edən torpaqəmələgəlmənin aşkar 
görünən fəsli tsiklliyini törədir. 
Əsas torpaq parametrlərinin (temperatur, nəmlik, aerasiya, torpaq havasının və torpaq örtüyünün kimyəvi 
tərkibi) çoxillik məlumatlarından
 
çıxarılmış qanunauyğun dəyişkənliyi torpaq rejimləri adlanır. 
Bitkiçiliyin inkişafından və torpaq profilinin formalaşmasından ötrü torpağın temperatur, su-hava, qida, 
biokimyəvi və termoenergetik rejimlərinin xüsusi əhəmiyyəti vardır. Onlar xarici amillərin, o cümlədən iqlimin  
təsiri altında formalaşır, mühitin (havanın yerə yaxın qatlarının, aşınma qabığının və qrunt suyunun) 
rejimlərindən fərqlənir və müstəqil tədqiqatların aparılmasını tələb edir. Bu fərq torpağın bir sıra fiziki, fiziki-
kimyəvi və biokimyəvi xassələri – istilik tutumu, istilik keçiriciliyi, su keçiriciliyi, udma qabiliyyəti, həmçinin 
elementar torpaq prosesləri ilə müəyyən olunur. 
 
V FƏSİL. TORPAQ VƏ TORPAQƏMƏLƏGƏTİRƏN        SÜXURLARIN MINERALOJI VƏ 
QRANULOMETRİK TƏRKİBİ 
 
Torpaqəmələgətirən süxurların və torpaqların tərkibi ilkin və törəmə minerallardan ibarətdir.  İlkin 
minerallar maqmatik süxurların tərkibinə daxildir, yumşaq süxurlar və torpaq ilkin süxurların aşınma 
materiallarından ibarətdir. Törəmə minerallar iqlim və bioloji amillərin təsiri altında ilkin minerallardan 
yaranmışdır. 
İlkin minerallar əsasən 0,001 mm-dən böyük, törəmə minerallar isə 0,001 mm-dək kiçik hissəciklərdən 
ibarətdir.  Əksər torpaqlarda ilkin minerallar törəmə minerallardan çoxdur. Yalnız ferralit torpaqlarda  ilkin 
minerallar törəmə minerallardan çoxdur. 
İlkin minerallar. Süxurların və torpağın tərkibində daha geniş yayılmış ilkin minerallar kvars, çöl şpatı, 
amfibollar, piroksenlər və slyudadır. Onlar maqmatik süxurların əsas kütləsini təşkil edir. Maqmatik süxurların 
orta mineraloji tərkibi aşağıdakı kimidir (F.U.Klarka görə): 
 
Minerallar 
tərkibi, %-lə 
Çöl şpatı 59,5 
Kvars 12,0 
Amfibol və piroksen 
16,8 
Slyuda 3,8 
başqaları 7,9 
    
İlkin minerallar aşınmaya qarşı müxtəlif davamlılıq göstərmək qabiliyyətinə malik olduğu üçün onların 
nisbi miqdarı torpaqəmələgətirən süxurlardan və torpaqda maqmatik süxurlardan fərqlənir. 
Belə ki, yumşaq süxurlarda aşınmaya qarşı davamlı olan kvarsın (SiO
2
) miqdarı daha çoxdur. Onun miqdarı 
40-60 % və daha çox olur. İkinci yeri, adətən, çöl şpatı tutur. O da həmçinin böyük mexaniki davamlılığa 
malikdir. Bununla belə, çöl şpatının kimyəvi aşınmaya qarşı davamlılığı zəifdir. 
Kvars və çöl şpatı iri dənəvərdir, çünki onların aşınması zəif sürətlə baş verir. Onlar başlıca olaraq qum və tozvari 
hissəciklərin tərkibindədir. Amfibollar, piroksenlər və bir çox slyudalar asanlıqla aşınır, ona görə də yumşaq süxurlarda və 
torpaqda onların miqdarı (əsasən də  xırda kristallar şəklində) çoxdur. 
Aşınmaya qarşı davamlılıq mineralların təbiəti, kimyəvi tərkibi və kristal quruluşu ilə müyyən edilir. 
Nəzərdən keçirilən minerallar əksər mineral kimyəvi birləşmələr kimi əks yüklü ionlardan təşkil olunmuş ion 
tipli struktura malikdir. Mineral kristallardakı ionlar, kristal  şəbəkə adlanan düz həndəsi  şəbəkə  şəklində 
yerləşmişlər. Bu cür quruluş sayəsində mineralların kristalları çoxüzlü düz həndəsi formaya malikdir. Hər bir 
mineral üçün öz kristal şəbəkəsi və kristalların müəyyən forması səciyyəvidir. 
Kation və anionların kristal qəfəsdə qarşılıqlı yerləşməsi onların həcmindən və ya radiusundan (ionları - 
radiusu olan dairələr kimi təsvir etmək olar) asılıdır. Həmin ionu əhatə edən  əks yüklü ionların sayı 

 
59
koordinasiya sayı adlanır. İonun radiusu nə qədər böyük olarsa, onun ətrafında qarşılıqlı təmas olmadan bir  o 
qədər çox əks yüklü ion yerləşə bilər. 
Koordinasiya sayı kristalın formasını  və ya ion ətrafındakı koordinasiyanı  və bununla da elementin əsas 
strukturunu, mineral kristalın elementar özəyini  müəyyən edir. 
 
Kooordinasiya
Koordinasiya sayı
Üçbucaq 3 
Tetraedr   

Oktaedr   

Kub 8 
 
Torpaqda geniş yayılmış silisiumun oksigenlə birləşmələrinin strukturunun əsas elementi  silisiumoksigen 
tetraedridir (SiO
4
)
4 -
. Bu strukturun zirvəsində dörd oksigen ionu, mərkəzində isə silisium ionu yerləşmişdir. 
Silisiumoksigen tetraedri dörd sərbəst valent rabitəsinə malikdir. Onlar kationları birləşdirməklə  və ya başqa 
silisiumoksigen tetraedrlərinə birləşməklə kompensasiya oluna bilərlər. 
Tetraedrlər oksigen ionları vasitəsilə birləşərək müxtəlif birləşmələr və ya struktur tipləri yaradırlar: 
adaşəkilli, zəncirvarı, lentşəkilli, yarpaqşəkilli (laylı), karkaslı. Karkas struktur çöl şpatı, kvars, zəncirvari – 
piroksenlər, yarpaqşəkilli – slyuda, gilli minerallar, lentşəkilli – amfibolalar, adaşəkilli – olivin üçün 
səciyyəvidir. 
Adavari struktura iki və daha çox, lakin tetraedrin son rəqəminə uyğun silisiumoksigen radikalları 
(dəyişmədən bir kimyəvi birləşmədən başqasına keçən atomlar qrupu) daxildir. Tədric edilmiş tetraedrlər 
radikalın düsturuna uyğun gəlir: tək – (SiO
4
)
4 -
 , cüt - (Si
2
O
7
)
6-
, üç tetraedrdən ibarət kompleks - (Si
3
O
9
)
6-
, dörd 
tetraedrdən ibarət kompleks - (Si
4
O
12
)
8-
, altı tetraedrdən ibarət kompleks - (Si
6
O
18
)
12-
 (şəkil  4). 
 
 
Şəkil 4. Adaşəkilli silisiumoksigen radikalı 
Zəncirvarı, lentşəkilli, yarpaqşəkilli (laylı), karkaslı strukturlarda silisiumoksigen tetraedrləri zəncir, lent, 
yarpaq, karkaslarda birləşərək sonsuz
 
radikallar  əmələ  gətirir (şəkil 5). Bu cür radikalların formulu 
silisiumoksigen qruplarındakı atomların sayını deyil, yalnız atomların sonsuz qruplardakı münasibətini, sonsuz 
təkrarlanması bütün strukturu yenidən təzələyə biləcək elementar həlqədəki atomların sayını göstərir. 

 
60
 
Şəkil 5. Silisium oksigen radikallar:- a- zəncirvari; b – lentşəkilli; 
 c - vərəqşəkilli 
Bir qat zəncirlər piroksenlər (Si
2
O
6
)
4

-
, cütləşmiş  zəncirlər və ya lentlər – amfibolalar (Si
4
O
11
)
6

-
 üçün 
səciyyəvidir. Yarpaqvari struktur tetraedrlər ucları ilə (Si
4
O
10
)
4

-
 -nın sonsuz qrupları ilə birləşən zaman yaranır. 
Karkas struktur üçün tetraedrlərin sonsuz üç ölçülü qəfəsə birləşməsi səciyyəvidir. Bu cür strukturda
 
oksigenin 
fəal ionları olmur. Bu halda sonsuz neytral (SiO
2
)
6

-
 radikalı yaranır. Bu cür struktur bərkliyi ilə seçilən kvarsda 
müşahidə edilir. 
Karkas strukturda silisium (Si
4+
) alüminiumla (Al
3+
) əvəz oluna bilər. Bu zaman çöl şpatı üçün səciyyəvi 
olan alüminium-silisium qrupu yaranır. Sərbəst valentlik kationlarla əvəz olunur. Belə ki, silisium atomlarının 
dörddə bir hissəsi alüminium atomları ilə əvəz olunarkən (Si
4
O
10
)

qrupu (Al, Si
3
O

)
1-
 qrupu ilə  əvəz olunur. 
Sərbəst valentlik kaliumla əvəz olunanda düstur ortaklaza [K(Al,Si
3
O
8
], natriumla əvəz olunanda albita [Na(Al, 
Si
3
O
8
] uyğun gəlir. 
Alüminium ionu radiusunun böyüklüyünə görə altı hissədən ibarət kombinasiya yaradaraq oktaedr və 
elementar özək [ Al (OH)
6
]
3-
 əmələ gətirir. 
İlkin mineralların  əhəmiyyəti çoxcəhətlidir: torpağın aqrofiziki xassələri onların (xüsusən də iri 
fraksiyaların) miqdarından asılıdır; onlar bitkinin küli elementlərlə qidalanmasının, həmçinin törəmə 
mineralların yaranmasının ehtiyat mənbəyidir. 
Törəmə minerallar. Torpaq və süxurlarda daha geniş yayılmış törəmə mineralların tərkibi, ilkin 
minerallarda olduğu kimi, böyük deyildir. Törəmə minerallar arasında bəsit duz mineralları, hidrooksid və oksid 
mineralları, gil mineralları fərqləndirilir. 
Bəsit duz mineralları ilkin mineralların aşınması nəticəsində, həmçinin torpaqəmələgəlmə prosesi zamanı 
əmələ gəlir. Bu cür duzlara kalsit CaCO
3
, maqnezit MgCO
3
, dolomit [Ca, Mg](CO
3
)
2
, soda Na
2
CO
3
·10H
2
O, gips 
CaSO
4
·2H
2
O, mirabilit Na
2
SO
3
·10 H
2
O, qalit NaCl, fosfatlar, nitratlar və başqaları aiddir. Bu minerallar quru 
iqlim şəraitində torpaqda böyük miqdarda toplanmaq qabiliyyətinə malikdirlər. Onların kəmiyyət və keyfiyyət 

 
61
tərkibi torpaqların şorlaşmasının dərəcəsini və xarakterini müəyyən edir. 
Hidrooksid və oksid mineralları – ilkin mineralların aşınması  nəticəsində silisium, alüminium, dəmir və 
manqanın amorf formasında yaranmış hidrooksidləridir. Onlar ilkin mineralların hidrotasiya olunmuş yüksək 
molekulyar gel formasında olur və tədricən dehidrotasiyaya və kristallaşmaya məruz qalaraq kristal strukturun 
oksidlərini və hidrooksidlərini yaradır. Kristallaşmaya yüksək temperatur, donma, quruma, torpağın oksidləşmə 
şəraiti səbəb olur. 
Silisium hidrooksidi (SiO
2
·n H
2
O) vaxt keçdikcə  bərk gel formasına – opala (SiO
2
·n H
2
O) çevrilir. Bu 
zaman onun tərkibində su 2-30 % arasında dəyişir. Sonra tərkibindəki suyu itirərək xalsedon və kvarsın kristal 
formasına çevirilir. Manqan hidrooksidi pirolyuzit (MnO
2
), psilomelan (mMn·MnO
2
·nH
2
O) mineralı formasında 
kristallaşır. 
Biryarım oksidlərin hidratları (Al
2
O
3
·nH
2
O, Fe
2
O
3
·nH
2
O) kristallaşaraq törəmə minerallar yaradır: bemit 
(Al
2
O
3
·H
2
O), hibbsit (Al
2
O
3
·3H
2
O və ya Al(OH)
3
),  hematit (Fe
2
O
3
), hetit (Fe
2
O
3
·H
2
O), hidrohetit 
(Fe
2
O
3
·3H
2
O). Əksər torpaqların tərkibində bu minerallar az da olsa vardır. Hetit və hibbsit ferralit torpaqların 
tərkibində daha çoxdur. 
Mineralların kristallaşma dərəcəsi onların həll ola bilmə qabiliyyətini müəyyən edir: kristallaşma nə qədər 
yüksək olarsa, həll olma bir o qədər aşağı olacaqdır. Biryarım oksidlərin hidratlarının həll olma qabiliyyətinə 
mühitin
 
reaksiyası da böyük təsir göstərir. Məsələn, pH<5 olanda alüminium, pH< 3 –də isə üç valentli dəmir 
ion formasına keçir. 
Yüksək dispersli amorf birləşmələrə həmçinin humus maddələri, vulkan tufları, allofan (Al
2
O
3
· SiO
2
·n H
2
O) 
aid edilir. Torpağın bir çox xassələri amorf maddələrin tərkibindən və təbiətindən asılıdır.  Humus maddələri və 
biryarım oksidlər strukturəmələgəlmədə xüsusi rol oynayır. Amorf  biryarım oksidləri özünün geniş  səthi 
sayəsində çoxlu miqdarda fosfor udaraq onu bitki üçün əlçatmaz formaya gətirir. 
Gilli minerallar törəmə alümosilikatlardan ibarətdir. Onların ümumi kimyəvi düsturu belədir: 
nSiO
2
Al
2
O
3
·mH
2
O. Bu birləşmələrdə SiO
2
:Al
2
O
3   
molyar nisbəti 2-5 arasında dəyişir. 
Gilli minerallar ilkin mineralların (hidrooksidlərin, duzların) aşınma məhsullarının sintezi nəticəsində 
yaranır. Bundan başqa onlar biogen yolla bitki qalıqlarının minerallaşmış məhsullarından yarana bilər. 
Daha geniş yayılmış gilli minerallara montmorilonit, kaolinit, hidroslyuda, xlorid qrupundan olan 
minerallar aid edilir. Bu minerallar təbii gillərin tərkibinə daxil olduğu üçün gilli minerallar adlanır. 
Gilli minerallar üçün bəzi ümumi xassələr səciyyəvidir: laylı kristal quruluş, yüksək disperslik və uduculuq 
qabiliyyəti, tərkibində kimyəvi bağlı suyun olması. Lakin hər mineral qrup spesifik xassələrə malik olub, 
münbitlik üçün müxtəlif əhəmiyyət kəsb edir. 
Montmorilonit qrupu mineralları. Bu qrupdan olan minerallara montmorilonit və onun növmüxtəliflikləri – 
nontronit, beydellit, saponit və başqaları daxildir. Bu mineralların düsturu 4SiO
2
·Al
2
O
3
·nH
2
O, tərkibində 
SiO
2
:Al
2
O
3   
molekulyar nisbəti isə 4-ə bərabərdir. 
Montmorilonit və onun qrupuna aid edilən minerallar yumşaq süxurlarda və torpaqda (ferralit torpaqlardan 
başqa) geniş yayılmışdır. Ferralit torpaqlarda onlar ya cüzi miqdarda,  ya da tamamilə yox dərəcəsindədir. Bu 
minerallar iki lay silisiumoksigen tetraedrdən və onlar arasında bir oktaedr laydan ibarət üçlaylı (2:1) kristallik 
quruluşa malikdir (şəkil 6). Bu üçlaylı bağlama kristallarda növbələnərək onlara laylı struktur forma verir. 
Mineralların kristal qəfəsi mütəhərrikdir. Bağlamalar arasında rabitə  zəifdir. Bağlamalar arası  fəzaya su 
asanlıqla daxil ola bilir. Bu zaman minerallar çox şişir. Udulmuş suyun miqdarından asılı olaraq bağlamalar 
arasındakı məsafə iki qat arta bilər. Bağlamalar arasındakı böyük məsafə mübadilə olunan əsasların sərbəst daxil 
olmasına şərait yaradır. 
Montmorilonit qrupundan olan minerallar daha yüksək disperslik xassəsinə malikdirlər. Onların tərkibində 
kolloid hissəciklər 60%, 0,001 mm-dən kiçik hissəciklər isə 80% təşkil edə bilər. Xüsusi quruluşu və dispersliyi 
kationların yüksək udma tutumunu müəyyən edir. Montmorinolitin udma tutumu 100 qram torpaqda 80-120 
milliqram-ekvivalentdir (m-ekv). 
Bu qrupdan olan mineralların su-fiziki xassələri az əlverişli hesab olunur. Onların tərkibində bitkinin 
mənimsəyə bilmədiyi böyük  miqdarda su vardır. Montmorinolitdə maksimal hiqroskopiklik 30% -ə çatır. Bu 
mineral nəm halında  şişir, quru halında bərkiyir və çatlayır,  əhəmiyyətli dərəcədə yapışqanlığa, zəif
 
sukeçiriciliyə malikdir, qaysaq əmələ gətirir. Bu minerallar humin turşuları ilə birləşərək suyadavamlı aqreqatlar 
yaradır. Ona görə də montmorinolit qrupundan olan minerallarla zəngin torpaqlarda humusun yüksək miqdarı 
fonunda su-fiziki xassələr xeyli yaxşılaşır. 

 
62
 
Şəkil 6. Montmorilonitin kristal qəfəsinin quruluş sxemi 
Koalinit qrupu minerallarının (kaolinit, qalluazit, dikkit, nakrit) düsturu 2SiO
2
·Al
2
O
3
·nH
2
O, tərkibində 
SiO
2
:Al
2
O
3   
molyar nisbəti isə 2-ə  bərabərdir. Bu qrupdan olan minerallara yumşaq aşınma qatında və 
torpaqlarda az miqdarda təsadüf olunur. Bu minerallar, xüsusən də kaolinit ferralit torpaqlarda daha çox 
müşahidə olunur. 
Kaolinitin və onun qrupundan olan digər mineralların kristal qəfəsi iki laylıdır (1:1); bir lay silisiumoksigen 
tetraedrdən, digər lay isə alüminium hidrooksil oktaedrdən ibarətdir (şəkil 7).  
Kaolinit  şişmir, belə ki, bağlamalar arası rabitə güclü olduğundan suyun bu fəzaya daxil olması 
çətinləşmişdir. Bağlamalar arası məsafə daimidir. Kaolinitin tərkibində qələvi-torpaq əsasları azdır (cədvəl 9) və 
dispersliyi yüksək deyildir. Udma tutumu 100 q. torpaqda 20 mekv-dən yüksək deyildir. Torpaqda kaolinitin 
çoxluğu onun əsaslarla zəngin olmadığını göstərir. 
 
Cədvəl 9 
Gilli mineralların kimyəvi tərkibi (V.A.Kovda) 
 
Minerallar SiO

Al
2
O

Fe
2
O
3
 
FeO MgO CaO  Na
2
O K
2

Montmorilonit   51,14  19,76 
0,83 

3,22 
1,62 
0,04 
0,11 
Kaolinit  
45,44  38,52 
0,80 

0,08 
0,08 
0,66 
0,14 
İllit  
49,26  28,97 
2,27 
0,58 
1,32 
0,67 
0,13 
7,47 
Vermikulit  
35,92  10,68  10,97  0,82 
22,0 
0,44 


Xlorit  
26,68  25,20 

8,70  26,96  0,28 


 
 

 
63
 
 
Şəkil 7. Kaolinitin kristal qəfəsinin quruluş sxemi 
 
Hidroslyudalar (hidromuskavit, hidrobiotit və b.) torpaqlarda geniş yayılmışdır. Onlar üçlaylı minerallara 
aid edilirlər. Bu mineralların kimyəvi tərkibi dəyişkəndir, bağlamalar arası rabitə möhkəmdir. Ona görə də su 
bağlamalar arası  fəzaya daxil ola bilmir. Kaliumun əvəzləyici kationları mübadilə olunan deyil. Mübadilə 
olunan kalium parçalanmış kristal qəfəsin kənarlarında yerləşmişdir. 
Hidroslyuda bitki üçün əhəmiyyətli kalium mənbəyidir. İllit tipli hidroslyudalarda kaliumun miqdarı 6-7%-
ə çatır. Hidroslyudalar əsasən slyuda və çöl şpatından əmələ gəlir.  
Üçlaylı minerallardan vermikulit də torpaqda geniş yayılmışdır. Xassələrinə görə o, montmorinolit daha 
çox yaxındır. 
Torpaqlarda gilli minerallar qrupuna daxil olan xloridlər də geniş yayılmışdır. Xloridlərin kristal qəfəsi 
dördlaylı olub, şişmir. Xloridlər tərkibində dəmir, manqan, nadir hallarda xrom və nikel olan alümosilikatlardan 
ibarətdir. Yaranma şəraitinə görə onlar ilkin minerallar da ola bilər. 
Torpağın tərkibində  qarışıqlaylı minerallar da geniş yayılmışdır. Onların kristal qəfəsində müxtəlif 
mineralların oktaedr və tetraedr layları növbələşirlər, məsələn, montmorinolit illitlə, vermikulit xloridlə və s. 
Eksperimentlər nəticəsində şəkildə sübut olunmuşdur ki, gilli minerallar fosforun udulmasında iştirak edir. 
Torpaqla torpaqəmələgətirən süxurun mineraloji tərkibi oxşardır. Torpaqəmələgəlmə mineralların hərəkəti, 
parçalanması və sintezi ilə müşayiət olunur, lakin mineraloji tərkibini əsaslı şəkildə dəyişmir.  
  

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin