§ 9. İqlim torpaqəmələgətirən amil kimi
Torpaq proseslərinin dərk edilməsində temperatur şəraitini və nəmliyi səciyyələndirən iqlim göstəricilərinin
də əhəmiyyəti böyükdür.
Belə ki, torpağın su-temperatur rejimi və bioloji proseslər bu göstəricilərlə sıx
bağlıdır.
İqlim göstəricilərinə ilk növbədə torpaqda proseslərin daha fəal getdiyi vegetasiya dövrünün aqroiqlim
göstəriciləri aid edilməlidir.
Vegetasiya dövründən sonra da torpaqda proseslər tam kəsilmədiyi üçün orta illik
iqlim göstəriciləri və vegetasiya dövrləri arası (payız, qış) göstəricilər də müəyyən əhəmiyyətə malikdir.
Bioloji və torpaq prosesləri üçün əsas enerji mənbəyi günəş radiasiyası, əsas nəmlik mənbəyi isə atmosfer
yağıntılarıdır.
Günəş radiasiyası yerin səthi tərəfindən udulur, sonra isə tədricən şüalanaraq atmosferi qızdırır.
Su torpağa daxil olaraq bitkilər tərəfindən məniumsənilir və atmosferə transpirasiya və fiziki buxarlanma
vasitəsilə qayıdır. Beləliklə, torpaqla atmosfer arasında daimi istilik və nəmlik mübadiləsi təşəkkül tapır. Bu
mübadilə prosesində torpağın çox əhəmiyyətli xassəsi olan hidrotermik rejimi formalaşır. Ona görə də iqlimin
temperatur şəraitinə və nəmliyinə görə səciyyəsinin böyük əhəmiyyəti vardır.
İqlimin termik qruplarının ayrılmasının əsasını vegetasiya dövründə 10
0
C –dən yuxarı orta sutkalıq
temperaturların cəmi təşkil edir (cədvəl 3).
Cədvəl 3
İstilklə təminolunma
İqlim qrupları
10
0
C-dən yuxarı temperaturların
cəmi
Soyuq (qütb)
< 600
Soyuq-mülayim (boreal)
600-2000
İsti-mülayim (subboreal )
2000-3800
İsti (subtropik)
3800-8000
Çox isti (tropik)
> 8000
Adı çəkilən termik qrupların iqlimi Yer kürəsini əhatə edən enlik qurşaqları şəklində yerləşmişdir. Bu
qurşaqlar təkcə orta sutkalıq temperaturların cəmi ilə deyil, rütubətlənmədən asılı olaraq geniş hüdudlarda
dəyişən müəyyən bitki və torpaq tipləri ilə də səciyyələnirlər. Onlar torpaq –bioiqlim və ya torpaq-biotermik
qurşaqlar adlanır.
Torpağın istilik rejimi, kimyəvi və bioloji proseslərin sürəti, optimal rütubətlənmə şəraitində bioloji
məhsuldarlıq iqlimin termik qrupları ilə sıx əlaqədardır.
Rütubətlənmə şəraitinə görə iqlimin əsas 6 qrupunu ayırırlar (cədvəl 4).
46
Cədvəl 4
Rütubətlə təminolunma
İqlim qrupları Rütubətlənmə əmsalı (RƏ)
Çox rütubətli (ekstrahumid)
> 1,33
Rütubətli (humid)
1,33 – 1,00
Yarımrütubətli (semihumid)
1,00 – 0,55
Yarımquraq (semiarid)
0,55- 0,33
Quraq (arid)
0,33 – 0,12
Çox quraq (ekstraarid)
< 0,12
47
Rütubətlənmə əmsalı yağıntıların miqdarının buxarlanmaya nisbəti ilə ölçülür. Bu əmsal ilk dəfə
Q.N.Vısotskiy tərəfindən təyin edilmiş və sonralar N.N.İvanov tərəfindən Yer kürəsinin iqlim təsnifatına tətbiq
edilmişdir. D.İ.Şaşko,
A.N.Kostyakov, İ.İ.Karmanov, Ə.Ə.Əyyubov tərəfindən də ərazilərin rütubətlənmə
şəraitini səciyyələndirən göstəricilər işlənmişdir.
Ə.Ə.Əyyubov (1975)Azərbaycan ərazisini istilik və rütubətlə təmin olunma göstəricilərinə görə aqroiqlim
zonalarına və zonalar daxilində qurşaqlara bölmüşdür (cədvəl 5).
Cədvəl 5
Azərbaycanın aqroiqlim zonalarının istilik və rütubətlə təmin olunması (Ə.Əyyubov, 1975)
Zonalar
İstilik – və rütubətlə
təminolunma göstəricisi
∑T > 10
0
C RƏ
Kifayət qədər rütubətli
Soyuq qurşaq
Soyuq yüksək dağlıq alp və sublap
< 800
> 0,45
Mülayim qurşaq
İstiliklə ortadan aşağı təminatlı yüksək dağlıq-
meşə
İstiliklə orta təminatlı orta dağlıq-meşə
İstiliklə ortadan yüksək təminatlı yüksək dağlıq-
meşə
800-2000
2000-2600
2600-3800
> 0,45
> 0,45
> 0,45
İsti qurşaq
İsti düzən-meşə
> 3800
> 0,45
Kifayət qədər rütubətli olmayan
Mülayim qurşaq
İstiliklə ortadan aşağı təminatlı yarımrütubətli
orta dağlıq – meşə-bozqır
İstiliklə orta və ortadan yüksək təminatlı
yarımquraq orta dağlıq-bozqır
İstiliklə ortadan yüksək təminatlı quraq
dağətəyi-düzən-bozqır
İsti qurşaq
İsti yarımrütubətli dağətəyi düzən yarımbozqır
10. İsti yarımquraq dağətəyi düzən bozqır
11. İsti quraq dağətəyi düzən bozqır
1400-2000
(800-1400)
2000-3200
(2000-2600)
3200-3800
(2600-3800)
> 3800
> 3800
> 3800
0,45-0,35
0,35-0,25
0,25-0,15
0,45-0,35
0,35-0,25
0,25-0,15
Az rütubətli
İsti qurşaq
İsti yarımquru dağətəyi düzən yarımsəhra
İsti quru düzən yarımsəhra və səhra
> 3800
> 4500
< 0,15
< 0,10
Torpağın su rejimi, torpaqların oksidləşmə-reduksiya reaksiyası, müxtəlif termik rejimlər şəraitində aşınma
dərəcəsi və profilin yuyulması atmosfer yağıntılarından asılıdır.
Qışın sərtliyinə görə iqlimin qradasiyasının da əhəmiyyəti böyükdür. Bu özünü kontinentallıq dərəcəsində
göstərir. Kontinentallığına görə müxtəliflik qütb, boreal və subboreal iqlim qruplarında özünü daha qabarıq
şəkildə göstərir.
Kontinentallıq qar örtüyünün qalınlığından və torpaqların donma dərinliyindən asılı olaraq torpaqların
aşağı horizontlarının termik rejimini şərtləndirir və torpaqların təsnifatında fatsial yarımtiplərin təsnifatında öz
əksini tapır.
Torpaqların formalaşmasında ilin fəsilləri üzrə yağıntıların paylanması, yağıntıların düşmə intensivliyi,
havanın nisbi nəmliyi və həmçinin fəsillər üzrə küləyin sürəti əhəmiyyətli rol oynayır. Bütün bu təzahürlər bir
sıra bioloji və torpaq proseslərinin xüsusiyyətlərinə təsir göstərərək, torpaqda su və külək eroziyasının
inkişafını şərtləndirir. İqlim torpaqəmələgəlmə prosesinə bilavasitə və dolayısı ilə təsir göstərir. Bilavasitə təsir
özünü iqlim elementlərinin ( torpağın yağıntılar vasitəsilə islanması, qızma və soyuma və s.) bilavasitə təsirində,
dolayısı ilə təsir iqlimin bitki və heyvanat aləminə təsirində özünü göstərir.
Torpaqəmələgətirən amil kimi iqlimin çox cəhətli təsiri aşağıdakılardan ibarətdir:
Birincisi, iqlim – bioloji və biokimyəvi proseslərin əhəmiyyətli amilidir.
Temperatur şəraiti və nəmliyin
müəyyən ahəngi bitkiliyin tipini, üzvi maddələrin yaranma və parçalanma tempini, torpaq mikroflora və
faunasının fəaliyyətinin tərkibini və intensivliyini şərtləndirir.
48
İkincisi, atmosfer iqlimi torpağın xassə və tərkibləri vasitəsilə torpağın su-hava, temperatur və oksidləşmə-
bərpa rejimlərinə təsir göstərir.
Üçüncüsü, torpaqda mineral birləşmələrin çevrilməsi prosesi də (aşınmanın istiqaməti və tempi,
torpaqəmələgəlmə məhsullarının akkumlyasiyası və s.) iqlim şəraiti ilə sıx bağlıdır.
Dördüncüsü, iqlim torpağın su və külək eroziyasına da böyük təsir göstərir.
§ 10. Orqanizmlər və onların torpaqəmələgəlmədə və torpaq münbitliyinin formalaşmasında rolu
Torpaqəmələgəlmədə üç qrup canlılar iştirak edir: yaşıl bitkilər, mikroorqanizmlər və heyvanlar. Bu
orqanizmlər quru səthində mürəkkəb biosenozlar yaradır. Həyat fəaliyyətləri prosesində orqanizmlərin birgə
təsiri, həmçinin həyat fəaliyyətinin məhsulları hesabına torpaqəmələgəlmənin çox əhəmiyyətli həlqəsi – üzvi
maddələrin sintezi və parçalanması, bioloji əhəmiyyət kəsb edən elementlərin konsentrasiyası, mineralların
parçalanması və yenilərinin yaranması, maddələrin miqrasiyası və akkumlyasiyası və torpaqəmələgəlmə
prosesinin mahiyyətini təşkil edən və torpağın əsas xassəsi olan münbitliyin formalşmasını müəyyən edən digər
hadisələr həyata keçirilir.
Bununla belə bu qrupların hər birinin torpaqəmələgəlmədə funksiyası müxtəlifdir.
Yaşıl bitkilər. Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO
2
mənimsəməklə, günəş
enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 5·3·10
10
t biokütlə sintez edilir.
Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır.
Yaşıl bitkilər, beləliklə, torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir.
Onların torpaqəmələgətirici
kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi
kütlənin sintezi və həyat tsikli başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın
nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası
torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.
Yaşıl bitkilər torpaqdakı mineralların transformasiyasında – bəzilərinin parçalanmasında və yenilərinin
sintezində, profilin kökyayılan hissəsinin strukturunun formalaşmasında, həmçinin su-hava və istilik rejiminin
formalaşmasında iştirak edir. Yaşıl bitkilərin torpaqəmələgəlmədə iştirakının xüsusiyyəti bitkinin tipindən və
bioloji dövranın intensivliyindən asılı olaraq müxtəlifdir.
Torpaqşünaslıq nöqteyi-nəzərindən bitki formasiyaları haqqında təlimin əsasları V.R.Vilyams tərəfindən
işlənmişdir.
Bitki formasiyalarının bölünməsinin əsas meyarları kimi V.R.Vilyams tərəfindən bitki
qruplaşmasının tərkibi, torpağa daxil olan üzvi qalıqların xüsusiyyətləri və onun mikroorqanizmlərin təsiri
altında parçalanmasının xarakteri və aerob və anaerob proseslərin müxtəlif nisbəti götürülmüşdür. O, bu
prosesləri mülayim qurşağın ağac və ot formasiyalarının timsalında ətraflı şəkildə təsvir etmişdir.
Hazırda bitki senozlarının torpaqəmələgəlmədə rolunu tədqiq edərkən maddələrin bioloji dövranının
xarakteri və intensiliyi, həmçinin bioloji rejimi, yəni üzvi maddələrin illik tsikldə torpağa daxil olmasının
müddəti və tempi də nəzərə alınır.
Torpaq tədqiqatlarında və ümumiləşdirmələrdə aşağıdakı bitki senozları fərqləndirilir:
Ağac formasiyaları qrupuna daxildir: tayqa meşələri, enliyarpaq meşələr, rütubətli subtropik meşələr və
rütubətli tropik meşələr;
Keçid ağac-ot formasiyaları qrupuna daxildir: kserofit meşələr, savannalar.
Ot formasiyaları qrupuna daxildir: quru dərə və bataqlaşmış çəmənlər, prerilər, mülayim qurşağın
bozqırları, subtropik kolluqlu bozqırlar.
Bundan başqa səhra (subborel - vegetasiyanın yay tsikli ilə, subtropik vegetasiyanın qış tsikli ilə və tropik)
və şibyə-mamır (tundra, bataqlıqlar) formasiyaları xüsusi olaraq ayrılır.
Adı çəkilən bitki formasiyalarından hər biri öz üzvi maddələrinin tərkibinə, onun torpağa daxil olmasına,
üzvi maddələrin parçalanmasına və torpağın mineral kütləsi ilə qarşılıqlı əlaqəsinə görə bir-birindən fərqlənir.
Torpaqəmələgəlmədə senozların rolunu öyrənərkən, tərkibinin, bəzən də formasiyanın yaşının səciyyəsi ilə
yanaşı, maddələrin bioloji dövranının aşağıdakı göstəriciləri detal şəklində nəzərə alınır: müşahidə anında
yerüstü və kök (rizokütlə) hissəyə ayırmaqla bitkilər tərəfindən yaradılan ümumi fitokütlə; fitokütlənin illik
artımı; illik töküntü; küli tərkib və azotun miqdarı; bioloji dövranın həcmi – fitokütlənin tərkibində kül
elementlərin və azotun ümumi miqdarı və onun intensivliyi – fitokütlə artımının tərkibindəki kimyəvi
elementlərin miqdarı; bioloji dövranın sürəti – küli elementlərin və azotun fitokütlədəki ümumi miqdarının
onların töküntüdəki miqdarına nisbəti.
Yer səthində meşə bitkiliyi öz biokütləsinə (10
11
– 10
12
t) görə üstünlük təşkil edir. O, tərkibi ağac, kol, ot və
mamır-şibyə formasiyalarından ibarət çoxkomponentli mürəkkəb biosenoz əmələ gətirir.
Meşə bitkiliyinin, onun torpaqəmələgəlmədə spesifik rolunu açan əsas xüsusiyyətləri aşağıdakılardır:
çoxillik həyat tsikli, hər il biokütlənin yalnız bir hissəsinin, meşə döşənəyi (yarpaq, budaq, meyvə, qabıq)
şəklində əsas hissədən kənarlaşması, güclü şəbəkələnmiş kök sistemi. Zəngin bitki tərkibinə malik Azərbaycan
meşələrinin bioloji parametrləri tip xüsusiyyətlərindən (X.H.Muradov, 1970; B.B.Mirzəyev, 1969 ) asılı olaraq
49
böyük ölçülərdə dəyişir (cədvəl 6).
Meşədə bioloji dövran üçün səciyyəvi cəhət ondan azot və küli elementlərin ağac və kol bitkilərinin
tərkibində toplanmış biokütlə vasitəsilə uzun müddətə kənarlaşdırılması, meşə töküntülərinin torpaq səthində
transformasiyası nəticəsində meşə döşənəyinin və tərkibinə görə müxtəlif suda həll olan üzvi və mineral
məhsulların yaranmasıdır.
Sonuncuların atmosfer yağıntıları vasitəsilə yuyulması onların torpağın (süxurun) mineral hissəsi ilə fəal
qarşılıqlı əlaqəsindən ötrü əlverişli şərait yaradır. Suda həll olan məhsulların tərkib və xassələri meşə
senozunun, torpaq faunası və mikroflorasının tərkibindən, həmçinin atmosfer iqliminin və torpağın hidrotermik
rejimindən, torpaqəmələgətirən süxurların tərkibindən asılıdır. Ona görə də müxtəlif şəraitlərdə müxtəlif meşə
tipləri altında müxtəlif torpaqlar formalaşır.
Cədvəl 6
Azərbaycanın müxtəlif tip meşələrində meşə töküntülərinin və döşənəyinin ehtiyatı
(X.H.Muradov, 1970; B.B.Mirzəyev, 1969)
Meşənin
tipi
Torpaqlar
Meşənin
orta yaşı
Oduncaq
ehtiyatı,
m
3
/ha
Meşə
döşənə-
yinin
ehtiyatı,
s/ha
Meşə
tökün-
tülərinin
ehtiyatı,
s/ha
Vələs
Tünd qonur dağ-
meşə
10 380 198 67
Vələs
Dağ meşə çimli-
karbonatlı
60 - 144 47
Fıstıq
Çəmən-meşə 90
450 43 30
Fıstıq
Qonur dağ-meşə
qalıq karbonatlı
60 - 88 44
Palıd
Yuyulmuş
qəhvəyi
70 328 74 38
Palıd
Tipik qəhvəyi 70 - 120 48
Ot bitkiliyi biokütləsinə görə (10
10
– 10
11
) meşə formasiyasında bir qədər geri qalır. Onun fərqli cəhəti -
qısaldılmış həyat tsikili (1-3 il), hər il töküntülərlə bir yerdə biokütlənin azot və küli maddələrlə zəngin 40-60%,
bəzən isə 100% hissəsinin kənarlaşması; töküntülərdə kök sisteminin yüksək çəkiyə (25- 90%) malik olması və
töküntülərin böyük hissəsinin torpağın mineral hissəsi ilə sıx kontaktda transformasiyası. Töküntülərin bu cür
çevrilməsinin əhəmiyyətli cəhəti – formalaşmaqda olan profilin yuxarı hissəsində humusun toplanması və azot
və küli elementlərlə zəngin strukturlaşmış humuslu horizontların yaranmasıdır. Bu proseslərin intensivliyi ot
bitkilərinin tərkibindən və onun məhsuldarlığından, bitki qalıqlarının transformasiyasının təbii şəraitindən
(iqlim, süxur, relyef) asılıdır.
Azərbaycan ərazisində yayılmış tipik ot bitki birliklərinin yerüstü və kök kütləsinin ehtiyatı (M.R.Abduyev,
1966; M.R.Əfəndiyev, 1969) aşağıdakı cədvəldə verilmişdir (cədvəl 7).
Cədvəl 7
Azərbaycanda ot bitki birliklərinin yerüstü və kök kütləsinin ehtiyatı
(M.R.Abduyev, 1966; M.R.Əfəndiyev, 1969)
Bitki birlikləri
Torpaq-
lar
Bioküt-
lə, s/ha
Yerüstü
kütlə
Kök kütləsi
s/ha
biokütlə-
dən %-lə
s/ha
biokütlə-
dən %-lə
1
2 3 4 5 6 7
Taxıllı-qarışıqotlu
sıx çimli alp
çəmənlikləri
Torflu
dağ-
çəmən
149 13 9 136
91
Taxıllı alp çəmən-
likləri
“-----” 294 42 14 252
86
Ağbığlı-qırtıclı alp “-----”
192
17
9
175
91
50
1
2 3 4 5 6 7
çəmənlikləri
Xırdaot-müxtəlif-
otlu alp çəmən-
likləri
“-----” 77 14 18 63
82
Taxıllı-müxtəlif-
otlu subalp çə-
mənlikləri
Çimli
dağ-
çəmən
327 36 11 291 89
Bozqırlaşmış
topallı subalp
çəmənlikləri
“-----” 71 8 11 63 89
Müxtəlifotlu-
ağbığlı subalp
çəmənlikləri
“-----” 285 22
8 263 92
Taxıllı subalp
çəmənlikləri
“-----” 348 58 17 290 83
Taxıllı-müxtəlifotlu
meşədən sonrakı
çəmənliklər
Dağ
çəmən
meşə
330 38 11 292 89
Taxıllı-müxtəlif-
otlu bozqırlar
Dağ
qara
torpaq
159 39 25 120 75
Daşdayanlı
və
dovşan-topallı-
müxtəlifotlu boz-
qırlar.
“-----”
79 29 36 50 64
Dovşantopallı-
şiyavlı daşdayanlı
bozqırlar
Şabalıdı
44 12 27 32 73
Yovşanlı-ayrıqatlı
bozqırlar
“-----”
46 25 54 21 46
Yovşanlı
yarımsəhralar
“-----”
54 20 37 34 63
Yovşanlı-efemerli
yarımsəhralar
Boz və
boz-
qonur
103
25 26 78 74
Efemerli
yarımsəhralar
“-----”
63 13 20 50 80
Yovşanlı-sarı-başlı
səhralar
Boz-qonur
şorakət-
vari
25 5 22 18 78
Yovşanlı-qarağanlı
yarımsəhralar
“-----”
33 10 33 23 67
Yovşanlı-şorangəli
yarımsəhralar
“-----”
95 17 18 78 72
Yovşanlı-efemerli
şorangəli
yarımsəhralar
“-----”
81 27 33 54 67
Qarağanlı-erikalı
yarımsəhralar
“-----”
54 35 64 21 36
Sarıbaşlı-sarsa-
zanlı səhralar
“-----” 33 3
9 30 91
Şorangəli səhralar
Şorakət
şoran
14 3 21 11 79
Cilli-taxıllı
çəmənlər
Boz-
çəmən
120
32 26 88 74
Çala çəmənlikləri “-----” 238 7
3 231 97
51
Bu proseslərin intensivliyi ot bitkilərinin tərkibindən və onun məhsuldarlığından, bitki qalıqlarının
transformasiyasının təbii şəraitindən (iqlim, süxur, relyef) asılıdır.
Mikroorqanizmlər. Torpaqda müxtəlif qrup mikroorqanizmlər (bakteriyalar, göbələklər, aktinomisetlər) və
yosunlar inkişaf edir. Onların miqdarı böyük ölçülərdə, 1q torpaqda milyondan milyarda qədər dəyişir.
Mikroorqanizmlərin ən çox miqdarı rütubətli ekvatorial meşələrin qırmızı-sarı torpaqlarında, ən az miqdarı
isə tundra torpaqlarındadır.
Bakteriyalar – mikroorqanizmlərin torpaqda ən çox yayılmış qrupudur. Onların 1 q torpaqda miqdarı
torpağın xassələrindən və hidrotermik şəraitdən asılı olaraq on milyondan bir-neçə milyarda kimi dəyişir.
Qidalanma xüsusiyyətindən asılı olaraq bakteriyalar heterotrof və avtotrof qruplara bölünür.
Sərbəst oksigendən
istifadəsinə görə bakteriyalar iki qrupa bölünür - aerob, yəni sərbərst oksigendən istifadə edən və anaerob, yəni
sərbəst oksigendən istifadə etməyən. Anaerob bakteriyalar da öz növbəsində iki qrupa bölünür: birinci qrup
bakteriyalar üçün sərbəst oksigen toksik təsir göstərir, onların məhv olmasına gətirib çıxarır. İkinci qrup –
fakultativ-anaerob bakteriyalar sərbəst oksigenə həssas deyillər. Bakteriyalar torpaqda mineral və üzvi
birləşmələrin müxtəlif çevrilmə proseslərini həyata keçirir.
Aktinomisetləri (Actinomycetes) bəzən şüalı göbələklər də adlandırırlar. Bu canlılar karbon mənbəyi kimi
müxtəlif üzvi birləşmələrdən istifadə edirlər. Onlar sellülozu, liqnin və torpağın çürüntü maddəsini parçalamaq
imkanına malikdir. Aktinomisetlər neytral və zəif qələvi reaksiyaya malik, üzvi maddələrlə zəngin və yaxşı
becərilən torpaqlarda daha yaxşı inkişaf edir. Aktinomisetlərə proaktinomisetlər, mikobakteriyalar,
mikromonosporlar və mikokokilər aiddir.
Göbələklər – torpaqda, xüsusən də onun ölü bitki qalıqları (meşə döşənəyi, töküntülər və s.) ilə zəngin
horizontlarında (1 q torpaqda 1 milyona qədər) məskunlaşmış sapaoxşar heterotrof saprofit
mikroorqanizmlərdir. Göbələklər üzvi
birləşmələrin minerallaşmasında və humuslaşmasında fəal iştirak edir. Bu
zaman parçalanma prosesində bir qrup göbələkləri ardıcıl olaraq başqa qrup göbələklər əvəz edə bilər.
Göbələklər müxtəlif turşu birləşmələri (limon, oksalat, sirkə və başqa turşuları) sintez edir. Onların ardıcıl
fəaliyyəti fulvo turşulu humusun yaranmasına gətirib çıxarır. Göbələklərin bu qabiliyyəti onların mineralları fəal
parçalmaq qabiliyyətində də özünü göstərir. Torpaq göbələkləri arasında kənd təsərrüfatı bitkiləri üçün ziyanlı
olan və bir sıra xəstəlikləri törədən növlər də geniş yayılmışdır. Düzgün əkin dövriyyəsi mədəni bitkilərdə
göbələk xəstəliklərinin inkişafına əngəl törədir.
Göbələklərin bir çox növləri ali bitkilərlə simbioz yaradaraq bitkiləri qida maddələri ilə təmin edir.
Azərbaycan torpaqlarında mikroorqanizmələrin miqdarı, tərkibi və yayılması torpaqların zonal
xüsusiyyətlərindən, onların qranulometrik tərkibindən, humusluluq və mədənilik dərəcəsindən asılıdır. Bunu
A.Q.Pakusin, Q.S.Qasımova, M.A.Hacıyev və başqalarının tədqiqat materialları əsasında hazırlanmış aşağıdakı
cədvəldən də görmək mümkündür (cədvəl 8).
Cədvəl 8
Azərbaycanın əsas torpaqlarında ayrı-ayrı mikroorqanizm
qruplarının miqdarı
(A.Q.Pakusin, Q.S.Qasımova, M.A.Hacıyev)
Torpaqlar
Mikroorqanizmlər, torpaqda min./q -la
Mikroor-
qanizmlə-
rin
ümumi
miqdarı
Bakteri-
yaların
ümumi
miqdarı
Spor-
törədən
bakteri-
yalar
Akti-
nomi-
setlər
Göbə-
ləklər
1 2
3
4
5
6
Dağ-çəmən
xam
becərilən
2722
3356
2227
2803
360
470
460
530
35
23
Qonur dağ-meşə
xam
becərilən
2066
3842
1603
3280
407
527
445
564
18
8
Dağ qaratorpaq
xam
becərilən
3507
3821
2507
2553
407
529
990
1260
10
8
Qəhvəyi dağ-meşə
xam
3510
2592
278
889
29
52
1 2
3
4
5
6
becərilən
5382 3784 712 1579 19
Boz-qəhvəyi
xam
becərilən
1601
2901
826
1724
147
192
744
1154
31
23
Qədimdən
suvarılan boz
xam
becərilən
2453
5521
1135
3916
198
491
1287
1567
31
38
Boz-qonur
xam
becərilən
2872
3357
1906
2129
388
589
965
1228
1
0,5
Çəmən-boz
xam
becərilən
2500
3620
1650
2850
360
370
800
710
50
60
Çəmən
xam
becərilən
4801
9196
3530
6716
344
780
1246
2440
25
40
Sarı dağ-meşə
xam
becərilən
2208
3574
1182
1717
174
300
969
1818
57
39
Podzollaşmış sarı
xam
becərilən
2518
3095
1786
2295
211
324
681
757
51
43
Bataqlıq
xam
becərilən
3479
4053
2248
2312
314
307
1173
1705
58
36
Yosunlar. Yosunlar əksər torpaqlarda, əsasən də üst horizontlarda geniş yayılmışdır. Bataqlıq
torpaqlarda və düyü tarlalarında yosunlar aerasiyanı yaxşılaşdırır, həll olmuş CO
2
mənimsəyir və suyu oksigenlə
zənginləşdirir.
Yosunlar süxurların aşınmasında və ilkin torpaqəmələgəlmə proseslərində fəal iştirak edir.
Şibyələr göbələk və yosunların simbiozundan ibarətdir. Göbələk yosunu su və onda həll olmuş mineral
maddələrlə, yosun isə göbələyi karbohidratlarla təmin edir.
Şibyələr göbələk qılcıqları vasitəsilə dağ süxurlarına daxil olduqları üçün onları ekoloji baxımdan litofitlərə
aid edirlər. Dağ süxurları üzərində şibyələrin məskən salması ilə intensiv bioloji aşınma və ilkin
torpaqəmələgəlmə prosesi başlayır.
Mikrobioloji senozların formalaşması və mikroorqanizmlərin fəaliyyətinin intensivliyi torpağın hidrotermik
rejimindən, onun reaksiyasından, torpaqdakı üzvi maddələrin kəmiyyət və keyfiyyətindən, aerasiya şəraitindən
və mineral qidalanmadan asılıdır. Əksər mikroorqanizmlər üçün hidrotermik şəraitin torpaqda optimumu
aşağıdakı kimi səciyyələnir: temperatur – 25-35
0
, nəmlik - təqribən torpağın tam tarla sututumunun 60%-ni
təşkil edir.
Bütün qrupdan olan mikroorqanizmlər mühit reaksiyası neytrala yaxın olduğu zaman daha fəal olur. Əksər
bakteriyalar, xüsusən də torpağın münbitliyi üçün böyük əhəmiyyət kəsb edən nitrifikasiya bakteriyaları, azot
fiksatorlar və kök yumrusu bakteriyaları turş reaksiyada məhv olur. Mühitin turş reaksiyasına göbələklər daha
dözümlüdür. Aerasiyanın pisləşməsi və reduksiya proseslərinin inkişafı aerob mikroorqanizmlərin fəaliyyətini
söndürür. Bu da üzvi qalıqların konservasiyasına və anaerob proseslərin nəticəsi kimi bitki üçün toksiki olan
maddələrin (dəmir və manqanın iki valentli birləşmələri, H
2
O) yaranmasına gətirib çıxarır. Mikroorqanizmlərin
inkişafı üçün torpaqdakı üzvi qalıqların xüsusi əhəmiyyəti vardır, çünki mikroorqanizmlərin böyük əksəriyyəti
heteretrofdur. Onlar üçün üzvi maddə enerji, azot, karbon və başqa əhəmiyyətli elementlərin mənbəyidir. Üzvi
maddələrin mikroorqanizmlərin sayına və onların torpaqdakı fəallığına təsiri bu maddələrin miqdarından və
tərkibindən asılıdır. Zəngin zülal və həll olan karbohidrat tərkibli bitki qalıqları mikroorqanizmlər üçün daha
əlverişli hesab olunur. Torpaq profilində mikroorqanizmlərin paylanması humusun miqdarından və təzə üzvi
qalıqların torpağa daxil olmasından asılıdır. Ona görə də mikroorqanizmlərin maksimal miqdarı üst
horizontlarda, xüsusən də üzvi birləşmələrlə zəngin kökətrafı sahədə (rizosferdə) müşahidə olunur.
Mikroorqanizmlər və torpaqəmələgəlmə. Mikroorqanizmlər torpaqəmələgəlmə prosesində maddə və
enerjinin çevrilməsi ilə bağlı çox mühüm və çoxcəhətli funksiyalar həyata keçirir. Onlar aşağıdakılardır: üzvi
qalıqların transformasiyasında, torpağın üzvi və mineral birləşmələrinin komponentlərindən müxtəlif adi
duzların yaradılmasında, torpaq minerallarının parçalanmasında və yenilərinin yaradılmasında, həmçinin
53
torpaqəmələgəlmə məhsullarının akkumulyasiyasında iştirak etmək. Mikroorqanizmlərin fəaliyyəti – maddələrin
bioloji dövranında zəruri halqadır. Bəzi mikroorqanizmlər atmosfer azotunu mənimsəmə qabiliyyətinə malikdir.
Mikroorqanizmlər tərəfindən maddələrin çevrilməsi prosesi müxtəlif qrup fermentlərin iştirakı ilə həyata
keçirilir. Belə ki, hidrolaz qrupundan olan fermentlər zülalların, karbohidratların, lipidlərin, qətranın, aşı
maddələrinin nisbətən sadə üzvi birləşmələrə kimi hidroloji parçalanmasını həyata keçirir. Oksidləşmə -
reduksiya fermentləri ( oksidoreduktazalar) üzvi birləşmələrin oksidləşmə və reduksiya proseslərini sürətləndirir.
Torpağın biokimyəvi, qida, oksidləşmə-reduksiya, hava rejimlərinin formalaşması və dinamikası da
bilavasitə mikroorqanizmlərin fəaliyyəti ilə əlaqədardır. Bütün bunlar torpaqəmələgəlmə proseslərində və
torpaq münbitliyinin formalaşmasında mikroorqanizmlərin xüsusi rol oynadığını sübut edir.
Üzvi maddələrin çevrilməsi mikroorqanizmlərin iştirakı ilə üzvi qalıqların parçalanması, tam
minerallaşmamış bitki qalıqları komponentlərinin humuslaşması və konservləşməsi proseslərindən ibarətdir. Bu
proseslərin inkişafı üzvi qalıqların tərkibindən və onların çevrilməsi şəraitlərindən (hidrotermik və oksidləşmə-
reduksiya rejimlərindən, mühit reaksiyasından) asılıdır.
Üzvi qalıqların bəsit mineral birləşmələrə kimi parçalanması heteretrof orqanizmlər tərəfindən həyata
keçirilir. Bu əhəmiyyətli proses torpaqda həm aerob, həm də anaerob şəraitdə baş verə bilər.
Aerob mikroorqanizmlər bitki və mikroorqanizmlərin tərkibinə daxil olan zülalların, yağların, karbohidrat
və başqa mürəkkəb üzvi birləşmələrin ammonyak, su və karbon qazı səviyyəsinə kimi oksidləşməsini həyata
keçirir. Torpaqda sporəmələgətirən (Bac.mycoides, Bac.subtilis və s.) və sporəmələgətirməyən (Pseudomonas
fluorescens, Pseudomonas pyacyanea və s.) bakteriyalar geniş yayılmışdır. Üzvi qalıqların çevrilməsində
əhəmiyyətli rol həmçinin göbələklərə və aktinomisetlərə məxsusdur. Minerallaşmaya təkcə bitki və heyvan
mənşəli üzvi qalıqlar məruz qalmır, bu proses torpağın xüsusi üzvi maddəsi olan humusu da əhatə edir.
Anaerob bakteriyaların həyat fəaliyyəti bitki və mikrob mənşəli hüceyrə komponentlərinin çürüdülməsinə,
həmçinin bəsit, lakin oksidləşməmiş üzvi, sonra isə mineral birləşmələrin yaradılmasına yönəlmişdir.
Bitkinin azot qidalanması üçün əlverişli şəraitin yaradılmasında ammofikasiyanın – zülal birləşmələrinin
ammonyaka qədər parçalanmasının əhəmiyyəti olduqca böyükdür. Bu proses aşağıdakı ardıcıllıqla baş verir:
Zülal → amin turşuları → NH
3
+ azotsuz üzvi birləşmələr
Bu proses həm aerob, həm də anaerob heterotroflar tərəfindən həyata keçirilir.
Karbohidratların müxtəlif tip qıcqırması, həmçinin torpağın münbitliyinin formalaşmasında olduqca
əlverişsiz hesab edilən denitrifikasiya və desulfofikasiya prosesləri də anaerob bakteriyaların fəaliyyəti ilə
bağlıdır.
Mikroorqanizmlərin humuslaşma (humus maddəsinin əmələ gəlməsi) prosesində iştirakı üzvi qalıqların
parçalanması zamanı humus maddəsinin sintezi üçün komponentlərin yaradılmasında və onların
transformasiyasında ( biokimyəvi oksidləşmə), bu komponentlərin daha bəsit birləşmələrdən resintezində özünü
göstərir.
Yarıparçalanmış üzvi qalıqların konservasiyası torfəmələgəlmə prosesinin inkişafı ilə əlaqədardır. Bu
proses aerob və anaerob mikroorqanizmlərin təsiri altında, zəif aerasiya və izafi nəmlik şəraitində baş verir.
Mikroorqanizmlərin mineralların parçalanmasında və yeni mineralların əmələgəlməsində iştirakı.
Mikroorqanizmlər torpaq minerallarının parçalanmasında və yeni mineralların yaranmasında fəal iştirak edir. Bu
zaman torpağı təşkil edən mineralların parçalanma mexanizmi müxtəlifdir. Mikroorqanizmlərin oksidləşmə-
reduksiya fermentlərinin, həmçinin onların həyat fəaliyyətlərinin selikli və turş məhsullarının təsiri altında
parçalanması baş verir. Mikrobların fəaliyyəti nəticəsində yaranmış karbonun təsiri altında karbonatların
parçalanması da bu səpkidən götürülə bilər. Göründüyü kimi mikroorqanizmlərin həyat fəaliyyətinin məhsulu
olan mineral və üzvi mənşəli turşuların təsiri altında mineralların parçalanması baş verir.
İzafi nəmlik və anaerobioz şəraitdə dəyişkən valentli elementlərin (Fe, Mn və s.) reduksiyasına gətirib
çıxaran biokimyəvi bərpa prosesi yaranır. Bu proseslər humid vilayətlərin (tundra, tayqa-meşə zonası, rütubətli
tropik və subtropiklər) torpaqlarında yayılmış qleyəmələgəlmə prosesinin əsasında durur. Qleyəmələgəlmə
nəticəsində mineralların parçalanması və ya başqa minerallara çevrilməsi baş verir.
Torpaqəmələgəlmənin mineral məhsullarının miqrasiyası və akkumulyasiyası hadisəsi də fermentativ
oksidləşmə-reduksiya prosesinin inkişafı ilə bilavasitə bağlıdır.
Mikroorqanizmlərin ifraz etdiyi bir sıra üzvi birləşmələr minerallara helatedici təsir ( mineral kationlarını
birləşmələrin həll olan komplekslərinə birləşdirirlər) göstərirlər. Bu da onların miqrasiyasını təmin edir. Dəmir,
alüminium və manqanın miqrasiya prosesləri məhz bu cür kompleksəmələgəlmə ilə bağlıdır.
Tədqiqatlar göstərir ki, yeni törəmiş mineral formalarının əmələ gəlməsi, müxtəlif elementlərin
akkumulyasiyası, kalsitin yaranması, biotitin vermikulitə çevrilməsi, sodaəmələgəlmə və s. mikrobioloji
proseslərlə bağlıdır.
Atmosferin molekulyar azotunun bioloji fiksasiyası iki qrup bakteriyalar tərəfindən həyata keçirilir:
sərbəst yaşayan aerob və anaerob və paxlalı bitkilərlə simbiozda yaşayan kök bakteriyaları. Birinci qrupa daxil
54
olan aerob bakteriyalardan Azotobacter, anaerob bakteriyalardan isə Clostridiumu göstərə bilərik. Kök
bakteriyalarının ardıcıl fəaliyyəti üçün zəif turş və neytral
reaksiyaya malik yaxşı aerasiya olunmuş torpaqlar
əlverişli hesab olunur. Azot fiksator bakteriyalarının fəaliyyəti kənd təsərrüfatında istifadə olunan torpaqların
ümumi azot balansında böyük əhəmiyyətə malikdir. Ona görə də kök bakteriyalarının fəaliyyətini
yaxşılaşdırmaq məqsədilə torpaqların mədəniləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Kök bakteriyalarının
sayını artırmaqdan ötrü torpağa bakterial preparat – nitragin verilir.
Adı çəkilən bakteriyalarla yanaşı torpaqda yaşayan başqa bakteriyalar, həmçinin bəzi göbələk növləri və
aktinomisetlər də atmosferin molekulyar azotunu mənimsəmək qabiliyyətinə malikdir.
Torpaqda yaşayan mikroorqanizmlərin qarşılıqlı münasibəti. Torpaqda yaşayan bütün
mikroorqanizmlər arasında, həmçinin mikroorqanizmlərlə bitkilər arasında münasibətlərin dörd əsas tipi
mövcuddur: simbioz, metabioz, antaqonizm, parazitizm.
Simbioza tipik nümunə olaraq göbələk və yosunun birgə yaşayışını göstərə bilərik. Bu yaşayış nəticəsində
daha mürəkkəb və təbii şəraitə daha çox uyğunlaşmış bitki orqanizmləri – şibyələr yaranır. Simbioza daha bir
əyani nümunə göbələklə ali bitkinin birgə yaşayışı ola bilər. Bu zaman göbələk bitkinin kökündə mikoriz əmələ
gətirir. Simbioz əlaqəni kök bakteriyaları ilə paxlalı bitkilərin birgə yaşayışında da görmək mümkündür.
Mikroorqanizmlər arasında torpaqda daha geniş yayılmış qarşılıqlı münasibət tipi metabiozdur. Metabioza
tipik nümunə - azot bakteriyası ilə sellüloza parçalayan bakteriyalar arasındakı qarşılıqlı münasibəti göstərə
bilərik. Bu zaman orqanizmlərin həyat fəaliyyəti nəticəsində qarşılıqlı inkişaf üçün əlverişli şərait yaranır.
Torpaqda üzvi maddələrin sürətli minerallaşması müxtəlif qrupdan olan mikroorqanizmlərin birgə həyat
fəaliyyəti nəticəsində həyata keçir. Ammonyakı azot turşusuna oksidləşdirən birinci faza nitrifikasiya
bakteriyaları olmadan ikinci faza nitrifikasiya bakteriyalarının torpaqda inkişafı mümkün deyildir.
Mikroorqanizmlər arasında antoqonist münasibətlər onunla səciyyələnir ki, bir qrup mikroorqanizmlər
mühitə başqa qrup mikroorqanizmlərin inkişafına mane olan və ya onu ləngidən maddələr ifraz edir. Məsələn,
aktinomisetlərin ayrı-ayrı növləri bəzi bakteriyaların inkişafının qarşısını alan maddələr (antibiotiklər, toksinlər
və s.) buraxır. Mikroorqanizmlər aləmində parazitizm hadisəsi geniş yayılmışdır. Tədqiqatçılar tərəfindən
bakteriyaların hüceyrələrinə daxil olan və onu məhv edən parazit – bakteriyanın (Bdellovibrio) təsviri
verilmişdir.
Torpaqda mikrobioloji proseslərin intensivliyinə aqrotexnikanın təsiri. Mikrofloranın miqdarı və
tərkibi, həmçinin mikrobioloji proseslərin intensivliyi torpağın təbii vəziyyətindən və insanın torpağa istehsal
təsirindən asılıdır.
Torpağın becərilməsi, xüsusən də şumlanması onun su, hava və istilik rejiminə təsir göstərir. Torpaqda
əlverişli şəraitin yaradılması mikroorqanizmlərin inkişafını gücləndirir.
Torpaqda mikrobioloji fəallığı müəyyən edən əhəmiyyətli amil üzvi və mineral gübrələrin verilməsidir.
Üzvi gübrələr torpaqda mikroorqanizmlərin inkişafına və onların bioloji fəallığına həmişə müsbət təsir göstərir.
Peyinin sistematik verilməsi torpaqdakı mikroorqanizmlərin ümumi miqdarını əhəmiyyətli dərəcədə artırır.
Mineral gübrələr mikroorqanizmlərin inkişafını stimullaşdırır və bu da torpağın üzvi maddəsinin parçalanmasını
sürətləndirir. Qeyd etmək lazımdır ki, torpaqda üzvi birləşmələrin və humusun az olduğu şəraitdə mineral
gübrələrin uzun müddət verilməsi mikroorqanizmlərin tədricən azalmasına gətirib çıxarır. Lakin mineral
gübrələrin üzvi gübrələrlə birgə uzun müddət verilməsi torpağın yüksək bioloji fəallığını təmin edir.
Torpaqda mikrofloranın tərkibini, sayını və həmçinin mikrobioloji proseslərin xarakterini müəyyən edən ən
əhəmiyyətli amil torpaq mühitinin reaksiyasıdır. Belə ki, həm turş, həm də izafi qələvi torpaqlar mikroflora və
ali bitkilər üçün əlverişsiz hesab edilir. Turş torpaqların əhəngləşdirilməsi torpaqdakı bakteriyaların miqdarını
kəskin surətdə artırır. Torpağın qələviliyini azaltmaqdan ötrü isə ona gips verilir.
Dostları ilə paylaş: |