120
alimlər tərəfındən tərtib edilmiş yaş xronologiyaları üst-üstə düşmür, bir-birindən
bəzi uyğunsuzluqlarına görə fərqlənirlər.
Qida fıziologiyası üçün insan həyatının uşaqlıq, məktəbəqədər, məktəb,
yeniyetməlik, cavan, yaşlı və qocalıq dövrləri daha çox əhəmiyyət kəsb edir.
Çünki, bu dövrlər orqanizmdə müəyyən funksiya və proseslərin formalaşması,
yetginləşməsi, böhran (kritik) və keçid vəziyyətlərində dövran etməsi və nəhayət
zəifləyib sönməsi ilə əlaqədardır. Qida fıziologiyası keçid dövrlərinin və cinsdən
asılı yaş xüsusiyyətlərinin özünəməxsusluğunu da nəzərdə tutur.
Dostları ilə paylaş: