Uşaqlarda enerjinin böyük hissəsi böyümə prosesinə sərf olunur. Bu mənada
yaş nə qədər kiçik olarsa, onun enerji məsrəfı də bir o qədər yüksəkdir. Məsələn: 3
aylıq körpənin orqanizmi onda əmələ gələn enerjinin 30%-ə qədərini, 9 aylıq
uşaqda isə 21%-ə qədərini böyümə prosesinə sərf edir.
3) Tələbələrin qidalanması. Hesablamalara görə oğlan tələbələrin sutkalıq enerji ehtiyacı təxminən 3300
kkalori, qız tələbələrinki isə təxminən 2750 kkalori təşkil edir. Bu iki cinsdən olan
tələbələrin əsas qida maddələrinə olan sutkalıq tələbat normaları müvafıq olaraq
aşağıdakı kimi müəyyən edilmişdir: zülallar -113 və 96 q, o cümlədən heyvani
zülallar -68 və 58 q, yağlar - 106 və 90 q, o cümlədən bitki yağları - 32 və 27 q,
karbohidratlar isə - 451 və 383 q.
Tələbələrin sağlamlığını və tədris prosesində zehni iş qabiliyyətini lazımi
səviyyədə saxlamaqdan ötrü tarazlaşdırılmış qidalanma, gündəlik qidanın miqdarı və
qida rejimləri arasındakı müddəalar mühüm rol oynayır. Qəbul edilmiş normativlərə
görə tələbə gündə dörd dəfə qidalanmalıdır. Bəzi şəraitlərdə onun gündəlik rejimi ən
azı üç və ya iki dəfə qidalanma ilə məhdudlaşa bilər. Tədris prosesinin yükü və
tələbənin yaşadığı şərait, onun qidalanmasının təşkili məsələsində mütləq nəzərə
alınmalıdır. Tələbələrin gündə dörd dəfə qidalanmasında kalorinin düzgün
paylanmasına xüsusi fikir verilməlidir. Normativlərə görə birinci səhər yeməyi
sutkalıq kalorinin 15%-ni, ikinci səhər yeməyi 10%-ni, nahar yeməyi 45%-ni, şam
yeməyi isə 20%-ə qədərini təşkil etməlidir. Üç dəfəlik qida rejimi olduqda isə səhər
yeməyi sutkalıq kaloridə 30%, günorta yeməyi 50%, şam yeməyi 20%-ə qədər
olmalıdır. Yeməklərarası fasilələrin müddətləri 6 saatdan çox olmamalıdır.
Texniki peşə məktəblərində oxuyan tələbələrin qidalanma rejimləri bir qədər
fərqlənə bilər. Cinsdən və təlim-tədris qaydalarından asılı olaraq onların gündəlik
yeməyinin ümumi kaloriliyi 3000 kkalori və ya daha çox olmalıdır. Texniki-peşə
124
məktəbləri şəbəkəsində oxuyanların qidasında müxtəlif zülalların, mineral
elementlərin və vitaminlərin zənginliyinə xüsusi fıkir verilməlidir.