Şəkil 1. Müalicə-profilaktiki qidalanmanın əsaslandırılmasının müasir konsepsiyası.
Müalicə-profılaktiki iaşə orqanizmdə ayrı-ayrı orqanlar və sistemlərin
(qaraciyər, ağciyər, dəri, böyrəklər və s.) antitoksiki funksiyalarını artırmaqla
bərabər, istehsal və xarici mühitin mənfı təsiri ilə yaranan əvəzolunmaz qida
maddələri qatılığının və xarici xəstəliklərin güclənməsi qarşısının alınmasının
təminatçısı kimi çıxış edir.
Beləliklə, elmi cəhətdən əsaslandırılmış rasionlar hər hansı bir qida
maddəsinin fızioloji dəyişilməsinin optimal həddini nəzərə almalıdır. Başqa sözlə,
yeni konsepsiya nəzərə alınmaqla, müalicə-profılaktiki iaşənin təşkilində BFQ-dən
istifadə olunması onun orqanizmə yumşaq təsiri, dərman preparatlarından fərqli
olaraq, profılaktiki təsiri ilə (fızioloji dəyişilmə həddində) əlaqədar olub, mərkəzi
136
sinir və endokrin sisteminin, immunitetin, maddələr mübadiləsinin, bağırsaq
mikroflorası fəaliyyətinin tənzimlənməsində müsbət rol oynamalıdır.