Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə88/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   84   85   86   87   88   89   90   91   92
MÜHAZİRƏ 15. PƏHRİZ İAŞƏSİ 
Plan: 
1. Pəhrizlərlə müalicəvi qidalanma 
2. Pəhriz iaşəsinin fizioloji əsasları 
3. Pəhrizlər üçün qida rasionları tərtibinin ümumi prinsipləri 
4. Pəhrizlərin qurulmasına göstərilən ümumi tələblər 
 
1. Pəhrizlərlə müalicəvi qidalanma 
Pəhrizlərlə  müalicə  (dietoterapiya)  insanlara  qədimdən  məlum  olsa  da,  bu 
üsulun  elmi  əsasları  və  prinsipləri  son  dövrlərdə  qidalanma  haqqında  elmin-
dietologiyanın  tərəqqisi  və  orqanizmdə  gedən  maddələr  mübadiləsi  proseslərinin 
və  onların  patoloji  dəyişmələri  əlaqələrinin  dərindən  öyrənilməsi  və  müasir  qida 
texnologiyasının  nailiyyətləri  sayəsində  formalaşmışdır.  Müalicəvi  qidalanma 
müalicə  və  ya  profılaktiki  məqsədlər  üçün  xüsusi  olaraq  tətbiq  edilən  qidalanma 
rejimi  və  rasionlarının  tətbiq  edilməsi  üsuludur.  Bu,  müalicənin  müstəqil  metodu 
olmayıb, dərman və digər vasitələrin köməyi ilə aparılan kompleks müalicənin bir 
tərəfı  sayıla  bilər.  Pəhrizlə  müalicənin  əsas  istiqamətləri  iki  mühüm  elmi-nəzəri 
müddəa  ilə  şərtlənir.  Əvvəla,  qidalanmanın  fıziologiya,  biokimya,  patofıziologiya 
və  gigiyenası  sahəsində  əldə  edilmiş  nailiyyətlər  qida  maddələrinin  patoloji 
proseslərə  təsirinin  ümumi  qanunauyğunluqlarını  dərk  etməyə,  orqan  və 
sistemlərin  üzvi  pozğunluqları  zamanı  qidaların  kimyəvi  tərkibinin  kəmiyyət  və 
keyfıyyət  tərəflərinin  nisbətini  düzgün  seçməyə  imkan  verir.  İkincisi,  müasir 
dövrdə  dietoloji  prinsiplərin  inkişafı  əhalinin  qidalanmasının  strukturunda  baş 
verən  dəyişiklikləri  də  nəzərə  almadan  mümkün  deyil.  Məlumdur  ki,  ölkələrin 
inkişaf  səviyyəsindən,  qida  məhsullarının  əldə  edilməsi  texnologiyalarından, 


 
141 
 
əhalinin  müəyyən  qidalara  ənənəvi  və  ya  məcburi  meyllərindən  asılı  olaraq, 
qidalanmanın  strukturunda  əhəmiyyətli  dəyişikliklər  baş  verir.  Bir  sıra  yüksək 
inkişaf  etmiş  ölkələrdə  əhalinin  qidasında  heyvan  mənşəli  qidalar,  heyvani  yağlar 
daha  çox  üstünlük  təşkil  edir,  "kobud"  bitki  məhsullarına  nisbətən  az  yer  verilir. 
Digər  tərəfdən,  bir  sıra  qida  maddələri,  ilk  növbədə  karbohidratlar  xeyli  dərəcədə 
rafınadlaşmış  halda  qəbul  edilir.  Bu  kimi  hallar  əhalinin  qidalanma  strukturunda 
xroniki  disbalansın  yaranmasına,  "pozulmuş  maddələr  mübadiləsi  xəstəlikləri”nin 
(ateroskleroz,  diabet,  piylənmə,  öd  və  böyrək  daşları  xəstəliyi  və  s.)  artmasına 
gətirib  çıxartmışdır.  Qidalanmanın  strukturunda  baş  verən  dəyişikliklərin  bəzi 
xəstəliklərin gedişinə bilavasitə təsir etdiyi haqqında məlumatlar artmaqdadır. 
Hal-hazırda  qidalanma  haqqında  elmin  (orqanizmin  hüceyrə  və  subhüceyrə 
səviyyələrində  qida  maddələrinin  mənimsənilməsi  və  çevrilmələri,  onların  sintez 
və  yenidənqurma,  enerji  hasili  və  məsrəfı  kimi  proseslərlə  əlaqədar)  əldə  etdiyi 
müvəffəqiyyətləri 
düzgün 
tarazlaşdırılmış 
qidalanma 
düsturunun 
işləyib 
hazırlanmasına  xeyli  kömək  etmişdir.  Tarazlaşdırılmış  pəhriz  qidalanması,  ilk 
növbədə,  məhz  orqanizmin  hüceyrə,  toxuma  və  orqanları  səviyyəsində  gedən 
metabolizmində baş verən və ya baş verə biləcək patoloji dəyişikliklərin düzəlişinə 
(korreksiyasına)  yönəlmişdir.  Bununla  əlaqədar  olaraq,  pəhriz  iaşəsinin 
səmərəliliyini  qiymətləndirməyin  əsas  prinsipi  metabolik  prinsip  hesab  olunur. 
Dietologiyanın  müasir  metodları,  pəhrizlə  qidalanmanın  həm  xəstəliyin  kliniki 
təzahürlərinə,  həm  də  metabolik  əsaslarına  təsirini  qiymətləndirməyə  imkan  verir. 
Qidalanmanın  biokimyası  sahəsində  tanınmış  alim  olan  A.A.Pokrovski  hesab 
edirdi ki, bir sıra mübadilə xəstəlikləri zamanı orqanizmdə hansı konkret metabolik 
vəsilənin  pozulduğunu  və  onu  hansı  pəhriz  vasitəsilə  aradan  qaldırmaq  mümkün 
olduğunu  dəqiq  aydınlaşdırmaq  mümkündür.  Məsələn,  normadan  artıq  piylənmə 
(kökəlmə)  zamanı  xəstə  üçün  tipik  olan  hal,  piy  toxumasında  mübadilənin 
passivliyi  mübadiləsi  prosesini  səfərbər  edən  lipaza  fermentinin  aktivliyinin 
artması  sayəsində  aradan  qalxa  bilər.  Belə  xəstənin  pəhrizi  elə  qurulmalıdır  ki,  o 
yağlara  təsir  edən  fermentlərin  fəaliyyətini  daha  da  aktivləşdirsin.  Qidanın 
tərkibində  olan  əvəzolunmaz  yağ  turşularının  metabolizm  əmsalı  (onun  qiyməti 


 
142 
 
maye-qaz  xromoqrafıyası  üsulu  ilə  eritrositlərin  stromasının  yağ  turşu  tərkibinə 
görə təyin edilir) elə bir göstəricidir ki, onun vasitəsilə pəhrizin piylənmə prosesinə 
təsirinin  effektini  müəyyən  etmək  mümkündür.  Piylənməyə  məruz  qalmış 
xəstələrdə  bu  əmsalın  qiyməti  xeyli  dəyişilmişdir.  Bunun  əsasında  belə  nəticəyə 
gəlmək  olar  ki,  qidanın  tərkibində  olan  yağ  turşularının  orqanizmin  struktur 
komponentlərinə  metabolizmə  olunması  prosesləri  pozulmuşdur  və  o,  müvafiq 
pəhriz təsirlərinin köməyi ilə korreksiya edilməlidir. Başqa bir misal, məlumdur ki, 
əksər patoloji pozuntular zamanı təyin edilən pəhrizlərdə zülali maddələrin fizioloji 
normaları  saxlanılır  və  onun  heyvanat  və  bitki  zülallarının  tələb  olunan  nisbətləri 
ciddi gözlənilir. Amma orqanizmdə zülal qıtlığı olduğu hallarda pəhriz qidalarında 
zülalın payı artırılmalıdır. Bu artım elə tarazlaşdırılmalıdır ki, həm zülalların mədə-
bağırsaq  kanalında  həzm  olunması  və  əmələ  gələn  aminturşuların  bağırsaqdan 
sorulması  proseslərini,  həm  də  orqanizmdə  müsbət  azot  balansının  yaranmasını 
stimullaşdıra  bilsin.  Ona  görə  də  qida  rasionlarının  zülal  tərkibinə  ciddi  fikir 
verilməlidir.  Zülal  mübadiləsinin  pozulması,  qaraciyərin  yağ  və  zülal  distrofıyası 
kimi  xəstəliyə,  qanın  lipo-  və  qlikoproteid  tərkibinin  pozulmasına,  toxumalarda 
aminturşu  disbalansına  səbəb  olur  və  s.  Qidanın  aminturşu  tərkibi  də  çox  vacib 
şərtlərdən  biridir.  Belə  ki,  bir  sıra  daxili  üzvlərin  xəstəliklərində  aminturşu 
mübadiləsinin  pozulmaması  mütləq  gözlənilır.  Qida  vasitəsilə  orqanizmə  amin-
turşuların nəzarətsiz daxil olması, onların normal mübadiləsi üçün təhlükə yaradan 
amilə  çevrilə  bilər.  Sutkalıq  qida  rasionunda  aminturşu  tərkibinin  qeyri-tarazlığı 
xüsusilə  xroniki  böyrək  çatışmazlıqları  zamanı  çox  təhlükəlidir.  Digər  qida 
komponentlərinin  dietik  normaları  isə  xəstəliyin  və  onun  dərman  müalicəsinin 
xarakteri və müddətləri ilə müəyyənləşdirilir. Nəzərdə tutmaq lazımdır ki, pəhrizlə 
müalicənin  təsir  sferasının  genişlənməsi,  onun  keyfıyyəti  və  səmərəliliyi,  verilmiş 
xəstəlik  zamanı  orqanizmdə  baş  verən  metabolik  pozuntular  haqqında  dəqiq 
biliklərdən çox asılıdır. Tibbi dietologiya və iaşə sistemində tətbiq olunan pəhrizlə 
qidalanmanın bu günkıi prinsipləri - qidalanma rasionu və rejiminə, qidanın kulinar 
emalı  üsullarına  fərdi  yanaşma,  qidalanmanın  kəmiyyət  və  keyfıyyət  tərəflərinin 
xəstəlik  prosesinin  xarakterinə,  xəstənin  vəziyyətinə  uyğunluğu.  xəstənin 


 
143 
 
vəziyyəti,  onun  qidasında  müəyyən  qida  maddələrinin  və  ya  qida  məhsullarının 
istisna  və  yaxud  məhdud  edilməsi,  zəruri  olduqda  tarazlaşdırılmış  və  fızioloji 
cəhətdən tam dəyərli fərdi qida rasionunun tərtib edilməsi və s. müxitəlif stasionar 
şəraitlər də mütləq nəzərə alınmalıdır. 
Profilaktiki  qidalanmanın  əsas  məqsədi  isə  bu  və  ya  digər  xəstəliklərə, 
istehsalat  və  ya  peşə  zəhərlənmələrinə,  iş  şəraitində  mümkün  olan  zərəri  təsirlərə 
qarşı  orqanizmin  müqavimətini  artırmaq,  onda  zərərli  maddələrin  yığılmasını 
məhdudlaşdırmaq  və  ya  tezliklə  kənar  edilməsini  sürətləndirməkdən  ibarətdir.  Bir 
sıra  ölkələrdə,  müalicəvi-profılaktiki  qidalanma  hüququ  verən  əsas  istehsalat 
sahələri və xəstlik növləri müəyyən edilmişdir. 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin