MÜHAZİRƏ 14. TƏDRIS VƏ SƏHIYYƏ OCAQLARINDA KÜTLƏVI
IAŞƏNIN TƏŞKILININ FIZIOLOJI ƏSASLARI
Plan
1. Uşaqların qidalanması
2. Tələbələrin qidalanması
1. Uşaqların qidalanması
İnsanın uşaqlıq dövrü üçün intensiv böyümə və boyatma prosesləri
xarakterikdir. Bu dövrdə uşaq orqanizminin normal inkişafı və sağlamlığı ən vacib
şərtlərdən biridir. Uşaqlıq dövründə uşaqların ali sinir fəaliyyəti, intellekti və aktiv
hərəkətləri formalaşır, xarici mühitlə əlaqələri zənginləşir, mühit-amillərinin qeyri-
əlverişli təsirlərinə reaksiyaları zənginləşir. Bir sözlə, uşaq orqanizminin böyümə və
fəallığı yaşadığı mühitə adaptasiyası və ona müdaxiləsinin, qurulma və energetik
proseslərinin yüksək səviyyələrdə həyata keçməsini tələb edir. Ona görə də uşaqlıq
dövründə rasional qidalanma bütün digər amillərdən daha böyük əhəmiyyətlisi
sayılır. Qeyd olunduğu kimi, uşaq orqanizmində, əsas mübadilə və enerji məsrəfləri
xeyli böyükdür, bu da əsas etibarilə böyümə, bədən kütləsinin artması, əzələ işinin
fəallaşması ilə əlaqədardır. Uşaqlarda assimilyator (anabolik sintetik) proseslər
dissimilyator (katabolik, deqrativ) proseslər üzərində dominantlıq edir. Erkən yaşda
orqanizmin quruluş və funksiyalarının düzgün formalaşması, həyat fəaliyyəti üçün
və digər biokimyəvi fızioloji parametrlərin təşəkkülü və təzahürü üçün, şübhəsiz
mənimsənilən qidanın əhəmiyyəti və keyfıyyəti ilə sıx bağlıdır. Böyüməkdə olan
uşaq orqanizminin rasional qidalanmaya olan tələbləri, yeniyetmə və ya yaşlı
dövrlərdəki insan orqanizminin qidaya olan tələblərindən xeyli fərqlənir. Bu
tələblərin yerinə yetirilməməsi onun böyümə və inkişafının pozulmasına səbəb olur.
137
Ona görə də uşaqlıq dövrü üçün qidalanma rasionlarının düzgün tərtib edilməsi
sağlamlıq nöqteyi-nəzərindən həmişə aktual məsələ olub və olaraq da qalır.
Qeyd edildiyi kimi, böyüyən orqanizmin toxuma və hüceyrələri, orqanları və
bütövlükdə bədənin qurulması və fəaliyyəti üçün zülallar xüsusi əhəmiyyətə
malikdirlər. Uşaq orqanizminin zülala olan ehtiyaclarının düzgün müəyyən edilməsi
olduqca vacibdir, çünki, zülali maddələr tikinti və enerji materialı olmaqla yanaşı,
funksiyaların əsas daşıyıcısıdır. Orqanizmin azot balansı kimi mühüm istiqamət
göstəricisi də əsasən zülal və aminturşuların mənimsənilməsi ilə əlaqədardır.
Qida rasionunda zülal çatışmazlığı və ya zülala görə qidanın az dəyərliyi uşaq
dietoloqlarını qayğılandıran əsas məsələlərdən biridir. Bu məsələnin əhəmiyyəti
ondan irəli gəlir ki, orqanizmdə zülal ehtiyatları olmur. Zülallar orqanizmin böyümə
fazasında yeni toxuma və hüceyrələrin formalaşması üçün zəruridir. Uşağın yaşı nə
qədər az olarsa, onun bədən kütləsinin hər kiloqramı üçün bir o qədər çox zülal
lazımdır. Belə ki, uşaq orqanizminin inkişafı dövründə bədənin hər kq kütləsinə 5-
5,5 q, 1-dən 3 yaşa qədər - 4,45 q, 4-dən 7 yaşa qədər 3,5-4 q, 8-dən 12 yaşa qədər -
3 q, 12-dən yuxan yaşlarda isə 2-2,5 q zülal tələb olunur. Oğlanlarda zülala olan
ehtiyac qızlardakından çoxdur. Böyüyən orqanizmdə zülalların sintezi onların
parçalanmasından üstün olduğuna görə uşaqlarda azot balansı müsbət olur. Zülalın
optimal sutkalıq dozaları mövcuddur ki, bu dozalarda azotun orqanizmdə
maksimum saxlanması və ya retensiyası müşahidə edilir. Məsələn: 1,5-dən 3 yaşa
qədər maksimum retensiya 1 kq bədən kütləsinə 4 q zülal düşdükcə qeyd olunur.
Zülalın bu normadan yuxarı artması orqanizmdə retensiya ilə müşaiyyət olunmur.
Azotun retensiyası təkcə qidadakı zülallardan deyil, həmçinin zülal, yağ və
karbohidratlar arasındakı nisbətlərdən də asılıdır. Ən əlverişli retensiya qidada bu
maddələrin miqdarca nisbəti 1:1:4 olduğu halda müşahidə edilir. Ən vacibi odur ki,
uşaqlar qida ilə kifayət qədər əvəzolunmayan aminturşularını ala bilsin. Məsələn:
böyüm və qanın yaranmasına kömək edən lizin aminturşusunun sutkalıq optimal
miqdarı 3,2-4,8 q-a qədər, böyümə üçün zəruri olan triptofanın miqdarı isə 1 q təşkil
edir və s. 1-dən 3 yaşa qədər olan uşaqlarda qida ilə mənimsənilən zülalın 75%-ə
qədəri heyvanat mənşəli, 25%-ə qədəri isə bitki mənşəli olmalıdır.
138
Yaş artdıqca sutkalıq qida rasionunda heyvanat mənşəli zülalların miqdarı
getdikcə azalmalıdır. Məsələn, 5 yaşında olan uşaqlarda hər iki növ qida zülalının
miqdarı bərabərləşməlidir. Yuxarı sinif şagirdləri və tələbələr üçün müəyyən edilən
qida rasionlarında yaşlılarda olduğu kimi heyvanat mənşəli zülallar 30, bitki
zülalları isə 70%-ə yaxın olmalıdır.
Uşaqlarda karbohidrat mübadiləsi intensiv gedir və bu orqanizmin şəkərə olan
böyük tələbatları ilə əlaqədardır. Eyni zamanda böyüyən orqanizmdə karbohidrat-
ların yağ və zülallardan əmələ gəlməsi prosesləri zəif təmsil olunmuşdur. Adətən, 1-
dən 3 yaşa qədər olan uşaqların karbohidratlara olan sutkalıq tələbatı 183 q, 4-don 7
yaşa qədər 288 q, 8-dən 13 yaşa kimi 370 q, 14-dən 17 yaşa kimi 470 q təşkil edir.
Uşaq orqanizminin yağlara olan ehtiyacı yaş çox olduqca azalır. Belə ki, 4
yaşa qədər olan dövrdə hər kq çəkiyə 3,5-4 q, məktəbəqədər və məktəb yaşlarında
isə 2,0-2,5 q yağ tələb olunur. Tədqiqatlar göstərmişdir ki, bu zaman yağa bənzər
maddələrdən fosfolipidlərin miqdarı artır. Bu halda yaşla əlaqədar olaraq qanda
xolesterinin, neytral yağların miqdarı artmağa başlayır.
Uşaqların müxtəlif mineral maddələrə olan tələbatları fərqlənir, belə ki,
onların qidasında Na, K və C1 az, Ca, P, N isə nisbətən bir neçə dəfə çox olmalıdır.
Uşaq orqanizminin kalsium və fosfora olan ehtiyacları xüsusilə böyükdür, bu da
onların sümük toxumasının, skeletinin intensiv inkişafı ilə bağlıdır. Həyatın birinci
ilində kalsiuma olan tələbat ikinci ilində olduğundan 8 dəfə artıq olur.
Məktəbəqədər və məktəb yaşlarında orqanizmin kalsiuma olan sutkalıq tələbatı
0,68-2,36 mq/kq bədən kütləsinə bərabərdir. Qanın hemoqlobinin tənəffüs
funksiyası üçün dəmir elementi vacibdir, uşaqlarda bu elementə sutkalıq tələbat 1-
1,2 mq/kq çəki qiyməti qədərdir.
Uşaq orqanizmində enerji sərfı yaşdan asılıdır və yaş artdıqca onun qiyməti
hər kq bədən kütləsinə görə hesablandıqda tədricən artır. Aşağıdakı cədvəldə
(cədvəl 1) uşaqlarda və yeniyetmələrdə hər kq bədən kütləsinə görə yaşlılarla
müqayisədə sutkalıq enerji sərfınin qiymətləri verilmişdir (V.İ.Molçanova görə).
Cədvəl 1
Yaş dövrü
Enerjinin sutkalıq sərfi, (kcoul ilə)
139
Uşaqlarda
2 - 6 yaşda
294-315
7-10 yaşda
252 - 294
11-15 yaşda
189-231
Yaşlılarda
147-168
Uşaqlarda enerjinin böyük hissəsi böyümə prosesinə sərf olunur. Bu mənada
yaş nə qədər kiçik olarsa, onun enerji məsrəfı də bir o qədər yüksəkdir. Məsələn: 3
aylıq körpənin orqanizmi onda əmələ gələn enerjinin 30%-ə qədərini, 9 aylıq
uşaqda isə 21%-ə qədərini böyümə prosesinə sərf edir.
Dostları ilə paylaş: |