Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


) Müalicə-profilaktiki iaşənin təşkilinin fizioloji əsasları



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə84/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   80   81   82   83   84   85   86   87   ...   92
3) Müalicə-profilaktiki iaşənin təşkilinin fizioloji əsasları. 
Son  illər  müalicə  və  profılaktiki  qidalanmanın  inkişafında  olan  yüksəlişlər 
yeni  bilik  sahəsi  olan  -  farmakonutrisiologiyanın  (qidalanma  və  farmakologiya 
elmlərinin  sərhəddində  yaranan)  meydana  gəlməsi  ilə  baş  vermişdir.  Onun 
yaranması  insanın  həyat  tərzində  və  qidalanmasında  baş  verən  kəskin 
dəyişikliklərdən  irəli  gəlmişdir.  Bu  istiqamətdə  olan  irəliləyişləri  aşağıdakı  kimi 
xarakterizə etmək olar. 
İlk  əvvəl,  iqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  son  illər  ciddi  texnoloji 
emaldan  keçirilmiş  sənaye  istehsalı  məhsulları  geniş  istifadə  olunur.  Bunun 
nəticəsi  olaraq,  onlarda  olan  təbii  bioloji  fəal  maddələr  -  vitaminlər,  mineral 
elementlər,  fosfolipidlər,  fıtosterinlər  və  orqanizmin  digər  maddələr  mübadiləsi  - 
immunitet, 
hormonal 
fəaliyyət 
və 
ayrı-ayrı 
orqan 
və 
sistemlərinin 


 
132 
 
biotənzimləyiciləri  tam,  yaxud  qismən  itirilmiş  olurlar.  Bunlara  olan  çatışmazlıq 
isə  orqanizmin  müdafıə  qabiliyyətini  azaltmaqla,  onu  zərərli  xarici  mühit 
amillərinin  təsirinə  qarşı  zəiflədir,  xroniki  yorğunluq  sindromuna,  astenikliyə, 
ağılın  ıə  fiziki  iş  qabiliyyətinin  aşağı  düşməsinin  formalaşmasına,  xroniki 
xəstəliklərin güclənməsinə səbəb olur. 
İkinci  tərəfdən  isə  bir  çox  ölkələrdə,  o  cümlədon  MDB  (müstəqil  dövlətlər 
birliyi)  məkanında,  həmçinin  Rusiya  və  Azərbaycanda  son  illər  əhalinin 
qidalanması  səviyyəsi  xeyli  pisləşmişdir.  Belə  ki,  1989-cu  illə  müqayisədə  bioloji 
cəhətdən  qiymətli  olan  bütün  əsas  qrup  məhsullar:  ət  və  ət  məhsulları,  balıq  və 
balıq  məhsulları,  süd  və  süd  məhsullarının  istehlakı  azalmış  və  orta  hesabla  25-
28%  aşağı  düşmüşdür.  Bitki  yağları,  meyvə  və  giləmeyvələrin  əhali  tərəfındən 
qəbulu  isə  daha  da  zəifləmişdir.  Bu  dəyişikliklərin  nəticəsi  olaraq,  ölkə  əhalisinin 
qidalanmasında orqanizm üçün çatışmayan, həyat üçün vacib olan bioloji fəal qida 
maddələrin  çatışmazlığı  meydana  çıxmışdır.  Məsələn,  son  zamanlar  Rusiyada 
aparılrnış  sorğu  və  klinika  yoxlamalan  nəticəsində  müəyyən  edilmişdir  ki,  tədqiq 
olunan  əhali  qruplarının  90%-də  C  vitamini  çatışmazlığı,  30-40%-də  B  qrupu 
vitaminləri,  -karotin,  E  vitamini  çatışmazlığı  vardır.  Eyni  zamanda,  əhalinin 
əksəriyyəti qida ilə, həm də kifayət qədər Ca, Fe, Se, F, Y kimi mineral maddələri, 
həyat fəaliyyəti üçün vacib sayılan sellüloza və digər biotənzimləyiciləri qəbul edə 
bilmirlər. 
Üçüncüsü  isə, hava  və quru ərazilərin səthinin çirklənməsi, baş verən kütləvi 
radioaktiv  çirklənmələr,  qida  məhsullarının  zəhərli  elementlərlə  -  pestisidlər, 
antibiotiklər,  radionuklidlər  və  s.  bu  kimi  orqanizmin  müqavimət  qüvvəsini 
zəiflədə bilən maddələr və birləşmələrlə çirklənməsinə gətirib çıxarır ki, bunlar da 
son  nəticədə  qaraciyər,  böyrəklər,  ağciyər,  dəri  və  s.  orqanların  antioksiki 
funksiyalarını heçə endirirlər. 
Hazırda  qidalanmanı  şərti  olaraq:  sağlam  insanın  rasional  qidalanması,  xəstə 
adamın  müalicəvi  qidalanması  və  zərərli  istehsalda  çalışan  iş  qabiliyyətli  əhalinin 
qidalanması  kimi  3  hissəyə  ayırırlar.  Bu  bölgü  şərti  olsa  da,  vacib  praktiki 
əhəmiyyətə  malikdir.  O,  imkan  verir  ki,  müalicə-profılaktiki  idarələrdə  xəstənin 


 
133 
 
qidalanmasını,  zərərli  istehsal  şəraitində  profılaktiki  qidalanmanı,  ayrı-ayrı  əhali 
qrupları üçün isə rasional qidalanmanı konkret həll etmək mümkün olsun. 
Onu  nəzərə  alsaq  ki,  hazırda  mütləq  sağlam  adam  yoxdur,  müalicəvi-
profılaktiki  istiqamətdə  qidalanma  şərtlərinin  işlənib  hazırlanmasının  vacibliyi  bir 
daha  nəzərə  çarpar.  Bu  səbəbdən  də,  hazırki  müalicəvi-profılaktiki  qidalanma 
patogenetik  cəhətdən  əsaslandırılmış,  sağlamlığın  vəziyyətini,  patologiyanın 
olmasını,  enerji  sərfıni,  peşə  amilini,  yaşayış  mühitinin  ekoloji  vəziyyətini,  iqlim 
və  coğrafı  amilləri,  mətbəxin  milli  xüsusiyyətlərini  və  həmçinin  patologiyanın 
inkişafında  xoşagolməz  amilləri  nəzərə  alan  fərdi  qidalanma  kimi  qəbul 
edilməlidir.  Beləliklə,  patogenetik  cəhətdən  əsaslandırılmış  müalicəvi-profılaktiki 
qidalanmanın  işlənib  hazırlanma  probleminin  nə  dərəcədə  mürəkkəb  olmasından 
asılı  olmayaraq,  hazırki  həyat  onun  həllini,  sağlamlıq  tədbirlərinin  işlənib 
hazırlanmasını tələb edir. Bütün bunların nəticəsi olaraq, alimlər təbii mənbələrdən 
kompleks bioloji fəal maddələrin alınması texnologiyalarının yaradılması ideyasına 
gəlib çıxmışlar. Bu da qida  məhsulları  üçün  nutriyentlərin, yaxud qida və  müalicə 
əhəmiyyətli  bitkilərdən  tənzimləyici  maddələrin  (bioloji  fəal  qatqıların  -  BFQ) 
alınmasını  və  tətbiqini  şərtləndirmişdir.  Bütün  bunlar  müalicəvi-profılaktiki  fərdi 
qidalanmanı  qısa  müddət  ərzində  korreksiya  etməyə  köməklik  edir,  orqanizmin 
müqavimət  qüvvəsini  yüksəltməyə  imkan  yaradır  və  beləliklə  də  xəstəliklərin 
yayılmasının  qarşısının  alınmasına  gətirib  çıxarır  ki,  onların  profılaktikasına  son 
illər xeyli şərait yaratmışdır. 
Artıq  dünya  miqyasında,  o  cümlədən  Rusiya  Federasiyasında  müalicəvi  və 
profılaktiki  qidalanmanın  təşkilinin  yeni  elmi  cəhətdən  əsasalandırılmış 
konsepsiyası  formalaşmışdır.  Bu  konsepsiya  sxematik  cəhətdən  aşağıdakı  kimidir 
(bax: şəkil 1). 
Həmin  konsepsiyanın  şərtlərinə  görə  orqanizmin  fizioloji  baryerlərinin  (dəri, 
mədə,  tənəffüs  yolları)  müdafıə  funksiyalarını  artırmaqla,  müalicəvi-profılaktiki 
qidalanma  orqanizmə  yabançı  maddələrin  düşməsinin  qarşısını  alır,  ya  da 
xoşagəlməz  xarici  mühit  amillərinin  təsirini  minimuma  endirir.  Bu  da  qida 
rasionlarına  BFQ  əlavə  etməklə,  məhsullar  və  xörəklər  daxil  edilməklə  həyata 


 
134 
 
keçirilir  ki,  insan  orqanizminin  fızioloji  funksiyalarının  güclənməsinə  gətirib 
çıxarır.  Onların  nəticəsi  olaraq,  dərinin  piy  və  tər  vəzilərinin  funksiyası,  buynuz 
qişasının  vəziyyəti  yaxşılaşır,  onun  keçiriciliyi  aşağı  düşür,  yuxarı  tənəffüs 
yollarının  və  mədə-bağırsaq  traktının  selikli  qişasının  keciriciliyi  aşağı  düşür, 
bağırsaqlarda  çürüdücü  mikroflarının  fəallığı  azalır,  normal  mikroflora  aktivləşir, 
mədə-bağırsaq  sistemində  endotoksinlərin  və  ksenobiotiklərin  sorulması  zəifləyir, 
son nəticədə burada peristaltikanın normaya düşməsi təmin olunur. 
Zəhərli  biotransformasiya  proseslərinin  tənzimlənməsi  isə  orqanizmdə  gedən 
oksidləşmə,  metilləşmə,  dezaminləşmə  və  digər  biokimyəvi  reaksiyaların 
nəticəsində baş verir. Bunlar da az zəhərli, az zərərli  metabolitlərin  yaranması  ilə, 
bir sıra reaksiyaların tormozlanması ilə həyata keçir. 
Zəhərlərin  orqanizmdən  kənar  edilməsi,  yaxud  maddələr  mübadiləsinin 
xoşagəlməz  məhsullarının  çıxarılması  proseslərinin  fəal  mexanizmlərindən  biri 
onların  təbii  komplekslərlə  birləşməsi  hesabına  gedən  reaksiyalardır.  Metionin, 
sistein,  histidin,  qlütamin  turşusu  və  s.  bu  kimi  bir  sıra  aminturşular,  oksiturşular, 
nuklein  turşuları,  fıtosterinlər,  vitaminlər  və  s.  bu  kimi  maddələr  təbii  kompleks 
əmələgətiricilərdəndir.  Xelat  əlaqələri  də  zəhəriəri  orqanizmdən  kənar  edir. 
Orqanizmdə bu əlaqələri yaratma xassəsinə pektinlər, bir sıra dəniz yosunları və s. 
bu  kimi  birləşmələr  (qatqılar)  malikdirlər.  Onlar  ağır  metalların  duzlarını  özlərinə 
birləşdirərək, orqanizmdən kənar edirlər. 
 


 
135 
 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin