130
Birinci
səhər
yeməyi
3-4
10
-
10
-
İkinci səhər
yeməyi
7-8
25
30
30
30
Nahar
14-15
40
45
45
40
Şam
yeməyi
20-21
25
25
15
30
Belə ki, fəhlə gecə növbəsində əlavə işləyirsə, onun 4-cü dəfə xörək qəbulu
fasilə zamanı gecə bufetində həyata keçirilməlidir. Əgər qidalanma pəhriz
yeməkxanasında, yaxud şöbələrində aparılırsa, azı 2 dəfəli qidalanmada fəhlələr
birinci növbədə işləyirsə qidanı (I xörəyi) nahar fasiləsində və iş gününün sonunda
(II xörək şəklində), yaxud 2-ci növbədə çalışırsa, qidanı işdən qabaq və fasilə
zamanı qəbul etməlidir.
Pəhriz qidalanması zamanı fasilədən sonra işdə xörək qəbulu nisbətən zəif
olmalı, sutkalıq rasionun miqdarı və dəyərinin 20-25%-indən çox olmamalıdır.
Çünki, qida qəbulundan keçən ilk saat ərzində baş-beyin həyəcanlanması və
fəhlənin əmək məhsuldarlığı kəskin surətdə aşağı düşür. Ona görə də I növbədə
işləyənlər üçün iş günündən əvvəl, yaxud gecə istirahətindən sonra, sutkalıq qida
rasionunun kaloriliyinin 30%-ni qəbul etmək məqsədəuyğundur. Bu şərti də
gözləmək lazımdır ki, işdən sonra naharın tərkibi sutkalıq rasionun kaloriliyinin
40-45%-ni təşkil etməlidir. Şam yeməyi üçün kalorilik 8%-dən çox olmamalı, qida
qəbulu yuxudan 1-1,5 saat əvvəl həyata keçirilməlidir.
Sənaye müəssisələrində olan yeməkxanalarda enerji dəyərini nəzərə alan
kompleks rasionların tətbiqi xüsusi əhəmiyyətə malikdir. Burada pəhriz
yeməkxanaları təşkil olunduğu halda, onların tərkibində müalicə-profılaktiki
əhəmiyyətli kompleks rasionların tətbiqi məhsul normaları nəzərə alınmışdır.
Dostları ilə paylaş: