Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


) Pəhrizlər üçün qida rasionları tərtibinin ümumi prinsipləri



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə90/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   84   85   86   87   88   89   90   91   92
3) Pəhrizlər üçün qida rasionları tərtibinin ümumi prinsipləri 
Qidalanma  ilə  bağlı  elmin  tərəqqisi  və  inkişafı  sayəsində,  metabolizm 
prosesləri  haqqında  biliklərin  dərinləşməsi  ilə  pəhrizlərin  seçilməsi  qaydalarında 
da  müəyyən  əlavə  dəyişikliklər  edilmişdir.  Bu  ilk  növbədə,  qida  maddələrinin 


 
145 
 
orqanizmdə etdiyi təsir mexanizmlərinin daha ciddi öyrənilməsi, həm də XX əsrdə 
əhali  qidalanmasında  baş  verən  quruluş  dəyişikliklərinə  əsaslanmışdır.  Son  illər 
yüksək  inkişaf  etmiş  ölkələrdə  heyvanat  mənşəli  məhsullardan  daha  çox  istifadə 
edilməsi,  o  cümlədən  heyvanat  yağlarının  geniş  istehlakı,  rafinə  olunmuş 
məhsullardan  istifadə,  xüsusilə,  mono-  və  disaxaridlərin  sutkalıq  rasionlarda  artıq 
istifadəsi  də  bu  işə  öz  təsirini  göstərmiş,  görülən  tədbirlərə  korreksiya  edilməsini 
şərtləndirmişdir. 
Son illər aparılan tədqiqatlar əvəzedilməz yağ turşularının metabolizm əmsalı 
kimi  yeni  göstəricisini  meydana  çıxarmışdır.  Onun  qiyməti  stromada  eritrositlərin 
yağ  turşusu  tərkibi  ilə  müəyyənləşdirilir  və  müasir  qaz-xromotoqrafıya  metodları 
ilə  dəqiqləşdirilmişdir.  Müəyyən  olunmuşdur  ki,  əksər  patoloji  vəziyyətlərdə 
pəhrizlərdə  olan  zülalın  fizioloji  təsiri  saxlanılır  və  bu  ciddi  olaraq  heyvanat  və 
bitki zülallarının tələb olunan nisbətdə olduğu hallarda baş verir. Son illər sutkalıq 
rasionlarda  xüsusi  istiqamətli  zülali  məhsullardan  istifadə  edilməsi  də  pəhrizlərin 
təsir qabiliyyətini yaxşılaşdırmışdır. Bununla belə, nəzərə alınmalıdır ki, piylənmə 
baş  verdiyi  hallarda  rasionun  zülal  tərkibi  xüsusi  nəzarətdə  olmalıdır.  Onun  çox 
yüksək  ümumi  miqdarında  rasionda  aminturşuların  möhkəm  və  həqiqi  disbalansı 
meydana  çıxır.  Bu  halda  metionin,  triptofan,  arginin  və  sistein  kimi  əvəzedilməz 
aminturşularının çatışmazlığı aydın olur. Ona görə də pəhrizlər tərtib olunan zaman 
onların aminturşu tərkibinə xüsusi fikir verilməlidir. Nəzarət olmadıqda, bu özünü 
əks  istiqamətdə  də  göstərə  bilər.  Sutkalıq  rasionlarda  aminturşu  tərkibinin 
disbalansı, xüsusilə xroniki böyrək çatışmamazlığında daha çox təhlükəlidir. 
Nəzərə  alınmalıdır  ki,  pəhrizlərdə  heyvanat  yağları  məhdudlaşdırıldığı 
hallarda  orqanizmə  ekzogen  xolesterinin  daxil  olması  azalır  deyə,  onun  endogen 
sintezinin  sürətlənməsi  baş  verir.  Bitki  yağları  isə  tərkiblərindəki  polidoymamış 
yağ  turşularına  görə,  orqanizmdə  xolesterini  tam  davamlı  edən  birləşmələrin 
yaranmasına təsir edir. 
Bütün  bunlarla  yanaşı,  pəhrizlər  üçün  yağın  miqdarı  hesablandıqda,  eyni 
zamanda karbohidrat  normaları da gözlənilməlidir. Bu  halda, onların  və digərlərin 
hiperlipetik  təsiri  nəzərə  alınmalıdır.  Məsələn,  müəyyən  edilmişdir  ki,  şərti 


 
146 
 
"nişastalı"  və  "şəkərli"  variantda  ateroskleroz  xəstəliyi  üçün  pəhrizlərdə  qan 
zərdabında -lipoproteidlər  və qliseridlərin  miqdarının artırılması  mənfi  nəticələrə 
gətirib çıxarır. Bununla yanaşı, qanın sistemlərinin funksiyaları da pisləşir. Hazırda 
bu  xəstəliklər  zamanı  su  mübadiləsinin  pozulmasını  böyrəklərin  funksional 
vəziyyəti ilə izah edirlər. 
Bütün  bunların  nəticəsi  olaraq,  son  illər  elm  aləmində  qida  məhsullarının 
kulinar  emalı  üzrə  yeni  baxışlar  və  məsləhətlər  işlənib  hazırlanmışdır.  Mədənin 
selikli  qişasının  endoskopik  və  histomorfoloji  öyrənilməsinin  nəticələri, 
həzmolmanın  vəziyyətinin  tədqiqi  pəhriz  "yumşalması”  termininə  də  müəyyən 
mənada  münasibətləri  dəyişdirmişdir.  Məsələn,  məlum  olmuşdur  ki,  zəif  mədə 
yarası  xəstəliyində  tərkibində  xırdalanmayan  qida  olan  pəhrizlərin  təyin  edilməsi 
yaxşı nəticələrə gətirib çıxarır. 
Beləliklə,  yuxarıdakı  məlumatlara  əsasən  belə  fikrə  gəlmək  olar  ki,  pəhrizlər 
üçün rasionlar tərtib edilən zaman zülallar, karbohidratlar və yağlar nisbətinə  həm 
miqdar, həm də keyfıyyət etibarilə xüsusi fikir verilməli, məhsulların kulinar emalı 
rejimlərinə qoyulan şərtlər nəzərdən qaçmamalıdır. 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin