144
ödənilməsi ilə əlaqədar olaraq yaranan sosial və texniki məhdudiyyətlər mühüm
yer tutur. Pəhriz qidalanması, ilk növbədə, orqanizmdə maddələr mübadiləsinin
pozğunluqlarına qarşı yönəldilir. Ona görə də ayrı-ayrı adamlarda və peşə
qruplarında müxtəlif xəstəliklər zamanı baş verə biləcək alimentar nasazlıqlara
qarşı yönəldilən müvafiq qidalanma rejimi və rasionlarının işlənib hazırlanması
mühüm əhəmiyyət kəsb edir.
Bəzi xəstəliklər zamanı (məsələn, mədə yarası, kolit, piylənmə və s.) pəhriz
qidalanmasının qaydaları bir o qədər ətraflı olaraq işlənib hazırlanmamışdır. Hər
bir pəhrizin növü xəstəliyin ağırlığı və mərhələsindən asılı olaraq, bir neçə
variantda ola bilər. Sağlam və ya xəstə adamın fərdi xüsusiyyətləri bu variantlarda
öz əksini tapmalıdır. Fərdi pəhrizlərin rasionlar üçün seçilməsi stasionar müalicə
zamanı mütəxəssis həkimlər tərəfındən, iaşə sistemində isə həm də texnoloqların
iştirakı ilə həyata keçirilir. Dietoloqlar qeyd edirlər ki, o stasionar şəraitdə
müalicəvi qidalanma yoxdursa, orada rasional müalicə də ola bilməz.
Pəhriz qidalanmasının əsasında, ilk növbədə, sağlam adamın rasional
qidalanması prinsipi durmalıdır. Bu cür qidalanma kəmiyyət və keyfıyyət etibari
ilə orqanizmin, onun bu və ya digər üzvünün, yaxud da üzvlər sisteminin müvafıq
xəstəliyi ilə əlaqədar olaraq, dəyişməlidir. Bu zaman, pəhriz qidalarının sırasında
bəzilərinin çıxarılması və ya xüsusi texnologiya üzrə işlənib hazırlanması nəzərdə
tutulur. Məsələn, mədə yarası xəstəliyi zamanı xəstənin qida rasionundan elə qida
məhsulları çıxarılmalıdır ki, onlar mədə-bağırsaq şirəsinin və onun tərkibində
xlorid turşusunun artıq sekresiyası üçün qıcıqlandırıcı ola bilməsin və yaxud şəkər
xəstəliyi (diabet) zamanı orqanizmdə karbohidrat mübadiləsi pozğunluğunun
qarşısının alınması üçün xəstənin pəhrizindən bu tip maddələr müvəqqəti və ya
daimi olaraq kənarlaşdırılmalıdır.
Dostları ilə paylaş: