122
miqdarı bərabərləşməlidir. Yuxarı sinif şagirdləri və tələbələr üçün müəyyən edilən
qida rasionlarında yaşlılarda olduğu kimi heyvanat mənşəli zülallar 30, bitki
zülalları isə 70%-ə yaxın olmalıdır.
Uşaqlarda karbohidrat mübadiləsi intensiv gedir və bu orqanizmin şəkərə olan
böyük tələbatları ilə əlaqədardır. Eyni zamanda böyüyən orqanizmdə karbohidrat-
ların yağ və zülallardan əmələ gəlməsi prosesləri zəif təmsil olunmuşdur. Adətən, 1-
dən 3 yaşa qədər olan uşaqların karbohidratlara olan sutkalıq tələbatı 183 q, 4-don 7
yaşa qədər 288 q, 8-dən 13 yaşa kimi 370 q, 14-dən 17 yaşa kimi 470 q təşkil edir.
Uşaq orqanizminin yağlara olan ehtiyacı yaş çox olduqca azalır. Belə ki, 4
yaşa qədər olan dövrdə hər kq çəkiyə 3,5-4 q, məktəbəqədər və məktəb yaşlarında
isə 2,0-2,5 q yağ tələb olunur. Tədqiqatlar göstərmişdir ki, bu zaman yağa bənzər
maddələrdən fosfolipidlərin miqdarı artır. Bu halda yaşla əlaqədar olaraq qanda
xolesterinin, neytral yağların miqdarı artmağa başlayır.
Uşaqların müxtəlif mineral maddələrə olan tələbatları fərqlənir, belə ki,
onların qidasında Na, K və C1 az, Ca, P, N isə nisbətən bir neçə dəfə çox olmalıdır.
Uşaq orqanizminin kalsium və fosfora olan ehtiyacları xüsusilə böyükdür, bu da
onların sümük toxumasının, skeletinin intensiv inkişafı ilə bağlıdır. Həyatın birinci
ilində kalsiuma olan tələbat ikinci ilində olduğundan 8 dəfə artıq olur.
Məktəbəqədər və məktəb yaşlarında orqanizmin kalsiuma olan sutkalıq tələbatı
0,68-2,36 mq/kq bədən kütləsinə bərabərdir. Qanın hemoqlobinin tənəffüs
funksiyası üçün dəmir elementi vacibdir, uşaqlarda bu elementə sutkalıq tələbat 1-
1,2 mq/kq çəki qiyməti qədərdir.
Uşaq orqanizmində enerji sərfı yaşdan asılıdır və yaş artdıqca onun qiyməti
hər kq bədən kütləsinə görə hesablandıqda tədricən artır. Aşağıdakı cədvəldə
(cədvəl 1) uşaqlarda və yeniyetmələrdə hər kq bədən kütləsinə görə yaşlılarla
müqayisədə sutkalıq enerji sərfınin qiymətləri verilmişdir (V.İ.Molçanova görə):
Cədvəl 1
Dostları ilə paylaş: