3. DĠSTANT TƏHSĠL TEXNOLOGĠYASI (DTT) VƏ ONUN TƏTBĠQ XÜSUSĠYYƏTLƏRĠ İKT-nin təhsilə tətbiqi əsasən 2 istiqamətdə aparılır:
1. Ənənəvi təhsil formalarının təkmilləşdirilməsi, yeniləşdirilməsi və tədrisin keyfiyyətinin
yüksəldilməsində İKT-dən istifadə.
2. Təhsil prosesində yeni metodların yaradılması və bu metodlardan istifadə etməklə distant
(məsafədən) təhsil texnologiyasının tətbiqi.
Distant təhsil forması təlim-tədris prosesinin uzaq məsafədən təşkilinə, yəni tədris prоsesinin
elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkilinə şərait yaradan təhsil
fоrmasıdır. Distant təhsil zamanı öyrədən və öyrənən arasında əlaqə telekommunikasiya və
kompyuter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən
həyata keçirilır. Son illərdə distant təhsil formasının tətbiqi təhsil və informasiya mədəniyyəti
sahəsində qlobal (köklü) dəyişikliklərə səbəb olmuşdur.
Distant təhsilin baza xüsusiyyətlərinə əsasən aşağıda göstərilənlər aid edilir:
1. Əhalinin təhsil alma imkanlarının artması: Məsələn, əgər vaxt amili ənənəvi formada
təhsil iştirakçılarının müəyyən mənada fəaliyyətini məhdudlaşdırırdısa, distant təhsil
zamanı bu məhdudiyyətlər demək olar ki, bütünlüklə aradan qalxır. 2. İnformasiyanın radikal olaraq tamamailə yeni forma və məzmunda çatdırılmasının təmin
olunması: Məsələn, multimedia sistemlərinin tədris fəaliyyətində geniş tətbiqi,
informasiyanın qeyri-standart üsullarla təqdimatı, iri həcmli avtomatlaşdırılmış sorğu
sistemlərindən istifadə imkanlarının genişlənməsi (elektron kitabxana xidmətləri,
elektron konferensiya və s.) 3. Biliklərin daha təkmil forma və qaydalarla qiymətləndirilməsi imkanlarının artması, elektron
jurnal sisteminin, test texnologiyasının tətbiqi və nəticələrin analitik sistemlərin köməyi ilə
təhlili və s.
4. Təhsilin prosesinin başdan-başa avtomatlaşdırılması