Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə31/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   ...   27   28   29   30   31   32   33   34   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

 


Əməliyyatlar sistemi 
Əməliyyat sisteminin köməyilə istifadəçi – kompyuter dialoqu yaranır, əməli və daimi yaddaş qurğuları iş 
prosesinə qoşulur, kompyuter idarə edilir və istənilən proqram işə düşür. Beləliklə, ƏS-nin əsas 
funksiyası kompyuterlərin ehtiyatlarının ( fiziki ehtiyatlar (mikroprosessor, monitor, disklər) və məntiqi 
ehtiyatlar (proqramlar, fayllar və s.)) və hesablama sistemləri proseslərinin idarə olunmasıdır. 
Əməliyyatlar sistemlərinə PC DOS, OS/2,MS DOS, UNİX, Windows-u göstərmək olar. 
ƏS-ləri yerinə yetirdikləri funksiyalarına görə üç qrupa bölünürlər: 
1.birməsələli (bir istifadəçidən ibarət) ƏS; 
2.çoxməsələli (çox istifadəçidən ibarət) ƏS; 
3.Şəbəkə əməliyyatlar sistemləri. 
Birməsələli ƏS bir istifadəçinin iş prosesində yalnız konkret bir məsələnin həlli üçün istifadə edilir. 
Belə sistemlərə MS DOS ƏS göstərmək olar. 
Çoxməsələli ƏS fərdi kompyuterlərdən istifadəçilərin multiproqram vaxt bölgüsü rejimində 
kollektiv istifadəni təmin edir. Bu vaxt kompyuterin yaddaşında bir neçə proqram və məsələ olur ki, 
mikroprosessor kompyuterin resurslarını onlar arasında bölüşdürür. Belə ƏS–lərinə UNİX, OS/2, 
Windows, Windows NT-ni göstərmək olar. 
Şəbəkə ƏS lokal və qlobal kompyuter şəbəkələrinin meydana gəlməsilə əlaqədar istifadəçinin 
hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir. 
Hal-hazırda İBM PC markalı kompyuterlər üçün aşağıdakı əməliyyatlar sistemi geniş istifadə 
olunur: 
-MS DOS və onunla uzlaşan PC DOS və Novell Dos əməliyyat sistemləri; 
-Windows 95, Windows 98, Windows 2000/NT, Windows XP, Windows Wista, Windows7, UNİX 
və s. 
Bu əməliyyat sistemləri 8, 16, 32, 64 mərtəbəli mikroprosessorlar üzərində qurulmuş FK-lar üçün 
yaradılmışdır. 
MS-DOS əməliyyat sistemi 
MS DOS ƏS İBM PC kompyuterləri ilə eyni vaxta yaradılmış və 16 mərtəbəli mikroprossesorlar 
üzərində qurulmuş FK-larda istifadə edilir. 
MS DOS ƏS-nin 1981-ci ildə ilk versiyası yaradılıb. 1987-ci ildə bu ƏS-nin 3.3 versiyası yaradılır 
və 3-4 il ən geniş istifadə edilən versiya olur. Daha güclü kompyuterlər üçün sonralar MS DOS ƏS-nin 
5.0 və 6.0 versiyaları yaradılır. Həmin versiyalar əməli yaddaşın 640 KB-dan çox tutuma, maqnit 
disklərinin isə 32 MB-dən artıq tutuma malik olmasına imkan verdi. 6.0 versiyası rezerv proqramlar 
yaratmağa diskdəki sıxılmış informasiylardan və antivirus proqramlarından istifadəyə imkan verdi. 
Hazırda MS DOS 6.20 versiyası istifadə edilir. 



Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin