1.3. Korporativ idarəetmədə beynəlxalq təcrübə
90-cı illərin əvvəllərindən başlayaraq dünya ölkələrində investisiya resurslarına
tələb və onun əldə olunması üçün rəqabətin kəskin artımı baş vermiş, bununla da
yeni maliyyə mənbələrinin axtarılmasına zərurət yaramışdır. Bununla belə, keçid
iqtisadiyyatı ölkələrində yaranmış ciddi böhran, Qərb ölkələrində baş vermiş
korporativ qalmaqallar investorları öz maliyyə vəsaitlərinin yerləşdirilməsinə daha
ciddi diqqət yetirmələrinə sövq etmiş, eyni zamanda investisiya mühitinin
qiymətləndirilməsinə daha fərqli yanaşma zəruriyyətə çevrilmişdir. Belə bir
şəraitdə şirkətlərin korporativ idarəetmə standartlarının qiymətləndirilməsi ön
plana çəkilmişdir.
Korporativ idarəetmənin ümumi üslub və prinsiplərinin formalaşmasında təkcə
hökumət orqanları deyil, həmçinin qeyri-hökumət (ictimai, sahibkarlıq və s.)
22
təşkilat və qrupları da iştirak edirlər. Əgər dövlət orqanlarının fəaliyyəti ilk öncə
şirkətin fəaliyyəti haqqında məlumatların açıqlanması üzrə müəyyən standartların
məcburiliyinin möhkəmləndirilməsi, səhmdarların hüquqlarının müdafiəsi, onlara
bərabər münasibətin təmin edilməsi və digər maraqlı tərəflərin mənafelərinin
nəzərə alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmişdirsə,
işgüzar dairələrin və digər qeyri-hökumət strukturların fəaliyyəti isə işgüzar
cəmiyyətin əksəriyyəti tərəfindən könüllü şəkildə qəbul edilə biləcək, eyni
zamanda milli xüsusiyyətləri nəzərə almaq şərtilə beynəlxalq prinsiplərə uyğun
korporativ idarəetmə qayda və prosedurlarının yaradılmasına istiqamətlənmişdir.
Bu cür iş prinsipinin nəticəsi olaraq müxtəlif ölkələrdə korporativ idarəetmə
məcəllələri tərtib olunmağa başlanmışdır. Bunların arasında 1991-ci ildə Böyük
Britaniyada Maliyyə İnformasiyaları üzrə Şura, London Fond Birjası və mühasibat
işçilərinin professional ittifaqından ibarət Komitə tərəfindən hazırlanmış "Kedberi
Məcəlləsi", 1998-ci ildə dünyanın ən iri pensiya fondu olan Kaliforniya İstefada
Olan Mülki İşçilərin Pensiya Fondu tərəfindən hazırlanmış "ABŞ-da korporativ
idarəetmənin əsas prinsipləri və istiqamətləri", 1999-cu ildə Maliyyə bazarları üzrə
Komitə tərəfindən hazırlanmış "Yunanıstanda korporativ idarəetmə prinsipləri",
2000-ci ilin yanvarında korporativ idarəetmə üzrə alman işçi qrupu tərəfindən
hazırlanmış "Almaniya korporativ idarəetmə sistemi üçün ən yaxşı təcrübə"
Məcəlləsinin adlarını çəkmək olar.
Korporativ idarəetmə məcəlləsi ¾ korporativ münasibətləri tənzimləmək
məqsədilə əsasən könüllü şəkildə qəbul olunan standart və daxili normalar
külliyyatıdır.
Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl müəssisələrin
idarəetmə sisteminin təkmilləşdirilməsində müasir beynəlxalq standartların tətbiqi
məqsədi ilə Azərbaycanın Korporativ idarəetmə məcəlləsinin hazırlanmasına
ehtiyacı görülmüş və bunun üçün İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində
dövlət
orqanları,
şirkətlər
və
Beynəlxalq
Maliyyə
Korporasiyasının
nümayəndələrindən ibarət müvafiq İşçi Qrupu yaradılmışdır.
23
Azərbaycanın Korporativ idarəetmə Məcəlləsi Azərbaycan Respublikasının
qanunvericiliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 1999-cu ildə ilk dəfə
qəbul etdiyi və 2004-cü ildə yenidən baxılaraq daha da təkmilləşdirilən Korporativ
İdarəetmə Prinsipləri və bu sahədə mövcud olan beynəlxalq standartlara
əsaslanaraq hazırlanmaqdadır.
İlkin olaraq Məcəlləyə riayət etmək könüllü şəkildə olacaqdır. Dünya
təcrübəsində sonradan "riayət et və ya izah et" prinsipinin tətbiqi məsləhət görülür.
Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şirkətlər Məcəlləyə riayət etməlidirlər,
əks təqdirdə isə səbəbini izah etməli və açıqlamalıdırlar.
Hazırkı mərhələdə Məcəllə layihəsinin 5 fəsli üzərində iş aparılır:
1. Müşahidə Şurası
2. İdarə Heyəti
3. Maliyyə hesabatı, şəffaflıq və açıqlama
4. Payçıların hüquqları və onlara münasibət
5. Payçıların korporativ idarəetmədə rolu
Hazırda dünya miqyasında korporativ idarəetmə sahəsində gedən sürətli
inkişaf və islahatları nəzərə alaraq, gələcəkdə Məcəlləni strukturunda dəyişikliklər
ola biləcəyini də qeyd etmək lazımdır.
Bununla yanaşı, Dövlət Müəssisələrinin Korporativ İdarəetməsinə dair İƏİT-in
Təlimatları istinad təlimatı kimi götürülərək dövlət müəssisələrində korporativ
idarəetmə prinsiplərinin tətbiqinə dair müddəalar da Məcəllədə öz əksini
tapacaqdır.
İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycanda investisiya mühitinin
cəlbediciliyini daha da artırmaq üçün yerli özəl və dövlət müəssisələrində qabaqcıl
korporativ idarəetmə prinsiplərinin tətbiqinin ən yaxşı şəkildə həyata keçirilməsi
istiqamətində fəaliyyətini davam etdirir.
Korporativ idarəetmə standartları (prinsipləri, məcəlləsi, tövsiyələri) - ən yaxşı
korporativ idarəetmə təcrübəsinə uyğun olaraq təsərrüfat cəmiyyətlərinin idarəetmə
orqanlarının səlahiyyət və vəzifələrini müəyyən etməklə, onların işinin effektiv
24
təşkili və səhmdarların hüquqlarının qorunması üçün zəmin yaratmaqla cəmiyyətin
şəffaf fəaliyyətinin təmin olunmasına dair qaydaları təsbit edən sənəddir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl müəssisələrin
idarəetmə sisteminin təkmilləşdirilməsində müasir beynəlxalq standartların
tətbiqiməqsədi
ilə
Azərbaycanın
Korporativ
İdarəetmə
Standartlarının
hazırlanmasına ehtiyacı görülmüş və bunun üçün İqtisadiyyat və Sənaye
Nazirliyinin nəzdində dövlət orqanları, şirkətlər və Beynəlxalq Maliyyə
Korporasiyasının nümayəndələrindən ibarət müvafiq İşçi Qrupu yaradılmışdır.
Azərbaycanın Korporativ idarəetmə Standartları Azərbaycan Respublikasının
qanunvericiliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 1999-cu ildə ilk dəfə
qəbul etdiyi və 2004-cü ildə yenidən baxılaraq daha da təkmilləşdirilən Korporativ
İdarəetmə Prinsipləri və bu sahədə mövcud olan beynəlxalq standartlara
əsaslanaraq hazırlanmışdır.
İlkin olaraq Standartlara riayət etmək könüllü şəkildə həyata keçirilir. Dünya
təcrübəsində sonradan "riayət et və ya izah et" prinsipinin tətbiqi məsləhət görülür.
Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şirkətlər Standartlara riayət etməlidirlər,
əks təqdirdə isə səbəbini izah etməli və açıqlamalıdırlar.
Standartların strukturu 8 fəsildən ibarətdir:
1. Səhmdarların (iştirakçıların) ümumi yığıncağı
2. Səhmdarların hüquqları
3. Müşahidə şurası
4. İcra orqanı
5. Maliyyə hesabatlığı, şəffaflıq və məlumatların açıqlanması
6. Daxili nəzarət sistemi, daxili audit funksiyası və risklərin idarə edilməsi
7. Korporativ idarəetmə üzrə müşavir
8. Maraqlı tərəflər
Hazırda dünya miqyasında korporativ idarəetmə sahəsində gedən sürətli
inkişaf və islahatları nəzərə alaraq, gələcəkdə Standartların strukturunda və ya
tərkibində dəyişikliklər ola bilər.
25
İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycanda investisiya mühitinin
cəlbediciliyini daha da artırmaq üçün yerli özəl və dövlət müəssisələrində
qabaqcılkorporativ idarəetmə prinsiplərinin tətbiqinin ən yaxşı şəkildə həyata
keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.(20 , www.economy.gov.az )
Dostları ilə paylaş: |