Quliyeva elnarə ariF qızı “Biznesdə korporativ idarəetmənin təkmilləşdirilməsi məsələləri”


 Kredit kooperativlərində korporativ idarəetmənin müasir vəziyyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix30.11.2022
ölçüsü0,75 Mb.
#71331
1   ...   5   6   7   8   9   10   11   12   ...   29
quliyeva elnara

 
2.2. Kredit kooperativlərində korporativ idarəetmənin müasir vəziyyəti 
 
Bazar münasibətlərinin inkişafının indiki mərhələsində əmtəə istehsalçılarının 
maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, onların fəaliyyət səmərəliliyinin 
artırılmasına əlverişli şərait yaradan kredit kooperativlərinin mahiyyəti və 
funksionallığını əks etdirən tədqiqatlar xüsusi maraq doğurur. İnkişaf etməkdə olan 


33 
bu kooperativ təsisat forması çevikliyi və bazar tələbliyi ilə daha üstün mövqedə 
dayanır. Kredit kooperativi maliyyə təsisatının bir tipi olmaqla, banklar və başqa 
kredit təşkilatlarından fərqli əhatə arealına malikdir. İstehlak kooperativlərinə aid 
edilən, bir neçə fiziki və ya hüquqi şəxsin birgə funksiyaları yerinə yetirməsi üçün 
özü-özünü idarə edən qeyri-kommersiya birliyi kimi kredit kooperasiyası öz 
iştirakçılarının pul vəsaitlərini qarşılıqlı kredit vermə üçün akkumulyasiya edir. Bir 
qayda olaraq, kredit kooperasiyası daha çox mənfəət əldə etməyə deyil, öz 
üzvlərinin və ya iştirakçılarının işinin səmərəsini artırmağı nəzərdə tutur. Kredit 
kooperasiyasının başlıca məqsədi onun öz mənfəətini deyil, kooperativ üzvlərinin, 
yəni əmtəə istehsalçılarının, həmin kooperativi yaratmış payçıların mənfəətini 
maksimum həddə çatdırmaqdan ibarətdir. 
Kredit kooperativlərinin xırda əmtəə istehsalçıları üçün cəlbediciliyi əsasən 
onun idarə edilməsinin demokratik formasından, birgə məsuliyyətdən və kapital 
qoyuluşunun qarşılıqlı sərfəli şərtlərindən irəli gəlir. Qeyd edək ki, kredit 
kooperativi bankları əvəz etmir və maliyyə bazarında mövcud olan boşluqları 
doldurur. Kredit kooperativləri mülkiyyətçilər tərəfindən özlərini müvafiq zəruri 
xidmətlərlə təmin etmək üçün könüllülük əsasında yaradılır. Maliyyə sahəsində 
qeyri-kommersiya qaydasında fəaliyyət göstərən kredit kooperativləri səhmdar 
cəmiyyətindən fərqli olaraq öz gəlirini maksimum həddə çatdırmağa çalışmır. 
Adətən həmin gəlir aşağı faiz dərəcəsi səbəbindən məhdudlaşır. 
Kredit kooperativləri öz üzvlərinə pul resurslarının cəmləşdirilməsi hesabına 
xeyli kömək edir, qarşılıqlı zəmanət əsasında fəaliyyət göstərir. Kredit üzvlüyü 
kooperativ üzvlərinə borc verir, üzvlərdən əmanətlər qəbul edərək saxlayır. Qeyd 
olunmalıdır ki, bəzi keçid iqtisadiyyatlı ölkələrdə kredit birliklərinin öz 
üzvlərindən əmanət qəbul etməsinin hüquqi bazası formalaşma mərhələsindədir. 
Onlar müvəqqəti sərbəst pul vəsaitlərini banklarda depozit kimi yerləşdirir
kooperativ üzvlərinə maliyyə-təsərrüfat məsələlərinə, xarici iqtisadi və başqa 
fəaliyyət növlərinə dair məsləhətlər verir. Bu məqsədlə kooperativin üzvləri üçün 
seminarlar keçirir, onların öyrədilməsi üçün başqa formalardan istifadə edir. 


34 
Kredit kooperativlərində üzvlüyün səciyyəvi cəhəti ondan ibarətdir ki, onun 
üzvləri kooperativə qoyduqları sərmayədən mənfəət əldə etməyə deyil, öz 
fəaliyyəti hesabına əlavə xalis gəlir əldə etməyə imkan verən xidmətlərdən istifadə 
etməyə çalışırlar. Kredit kooperativinin tədiyə qabiliyyətli olmasını təmin edən 
mühüm amil vəsait ehtiyatı yaratmaqla onun maliyyə sabitliyini saxlamaqdır. 
Tədqiqatlar göstərir ki, kredit kooperativində ehtiyatların toplanmasının ən 
səmərəli vasitəsi payçıların məqsədli üzvlük haqları və sahibkarlıq fəaliyyətindən 
əldə edilən xalis mənfəətdir. Kooperasiya mahiyyətinə görə vəsaitlərin daha 
səmərəli istifadəsini nəzərdə tutur. Belə ki, kredit kooperativləri öz payçılarının 
məsrəflərinə qənaət etməklə əlavə gəlir əldə etmək imkanı yaradır. 
Kredit kooperasiyası qurumlarının (birliklər, ittifaqlar və s.) vəzifələrindən biri 
ticarət vasitəçilərinin, eləcə də kooperativ mənfəətini mənimsəyən xüsusi 
sahibkarların diktəsini məhdudlaşdırmaqdır. 
Bazar şəraitində kredit kooperativləri öz mövcudluğu naminə riskə gedərək 
sahibkarlıq strukturu kimi fəaliyyət göstərməli və mənfəət əldə etməyə 
çalışmalıdır. Başqa sözlə, kənd təsərrüfatında kredit kooperativləri kommersiya 
funksiyasını yerinə yetirmək məcburiyyəti qarşısında qalırlar. Onların əldə etdiyi 
mənfəət hüquqi şəxs kimi kooperativə deyil, onun payçı üzvləri olan kənd 
təsərrüfatı istehsalçılarına məxsusdur. Kredit kooperativləri sosial ədalət ideyası 
daşıyıcılarıdır. Burada əldə edilən gəlir kapitalın həcminə görə deyil, əməyə görə 
bölünür. Kənd kredit kooperativləri öz fəaliyyətini kooperasiya prinsipləri əsasında 
öz nizamnaməsində müvafiq qaydada qurur. 
Kooperasiya formalarının ümumi cəhəti ondan ibarətdir ki, onlar payçıların 
sərmayə qoyduğu kapitala görə daha çox mənfəət əldə etməyə çalışmaqla payçı 
üzvlərin fəaliyyətini maddi cəhətdən mümkün qədər çox maraqlandırmalıdır. 
Kooperativlərin sosial təbiəti, öz fəaliyyətində rəhbər tutduğu kooperativ prinsiplər 
onları kommersiya strukturlarından əhəmiyyətli dərəcədə fərqləndirir. Odur ki, 
kredit kooperativləri adətən xalis kommersiya strukturu hesab edilmir. 


35 
Kredit kooperativləri kreditvermə funksiyalarından əlavə öz üzvləri üçün hüquq 
və mühasibat məsələlərinə dair məsləhətlər verir, onları öyrədir. Kredit 
kooperativlərinin üstünlükləri, ilk növbədə onların yaradılması və fəaliyyəti üçün 
müəyyən edilmiş əsas prinsiplərlə bağlıdır: 
 
üzvlüyün könüllü olması; 
 
üzvlərin qarşılıqlı yardımı və onların iqtisadi səmərəsinin təmin edilməsi; 
 
kooperativin mənfəətinin və zərərlərinin üzvlər arasında onların əməkdə 
şəxsi iştirakı və ya kooperativin təsərrüfat fəaliyyətində iştirakı nəzərə 
alınmaqla bölüşdürülməsi; 
 
kooperativin üzvləri olmayan şəxslərin fəaliyyətin idarə edilməsində 
iştirakının məhdudlaşdırılması; 
 
üzvlərin əlavə pay haqlarına və assosiasiya edilmiş üzvlərin pay haqlarına 
görə dividendlərin məhdudlaşdırılması; 
 
kooperativin fəaliyyətinin idarə edilməsində kooperatorların bərabər 
iştirakı; 
 
kooperativin fəaliyyəti barədə informasiyanın kooperativin bütün üzvləri 
üçün əlyetərli olması. 
Kooperativlər müvafiq prinsipləri qəbul edən və onların fəaliyyətinin həyata 
keçirilməsi üçün əsas qaydaları müəyyən edən qanunlar əsasında yaradılır və 
fəaliyyət göstərir. Bu fəaliyyət təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin 
fəaliyyətindən əhəmiyyətli dərəcədə fərqlənir. Ona görə də son illərdə bütün əmtəə 
istehsalçıları kooperasiyaya daha çox diqqət yetirir, onu iqtisadi və sosial 
effektivliyin artırılması üçün bir imkan hesab edirlər . 
Kredit kooperasiyasının inkişafının təhlili göstərir ki, onlar bazar münasibətləri 
şəraitində yalnız o halda inamla fəaliyyət göstərə bilər ki, onlar maliyyə bazarının 
tamhüquqlu iştirakçılarına çevrilsinlər. Başqa sözlə, həmin kooperativlər həm 
kommersiya, həm də qeyri-kommersiya fəaliyyət növləri ilə məşğul olsunlar. 
Onların fəaliyyətinin səmərəliliyi kommersiya banklarına xas olan bəzi 
funksiyaları yerinə yetirməsindən, o cümlədən müxtəlif növ kreditlər verilməsi, 
əmanət əməliyyatları və başqa fəaliyyətlə məşğul olmasından asılıdır. Kredit 


36 
kooperativləri müasir texnika və texnologiyalara malik olmalı, müştərilərin 
tələbatına uyğunlaşmalıdır. Mövcud reallıqlar göstərir ki, ümumilikdə kooperativ 
sahibkarlıq fəaliyyətindən imtina etməməlidir. Bununla belə, əldə edilən 
mənfəətdən kooperativin üzvlərinin, onun payçılarının mənafeyi üçün istifadə 
edilməlidir. 
Kooperasiyanın iqtisadi və sosial səmərəsinin artırılması problemlərinin 
həllində ən üstün istiqamətlər bu sahədə iqtisadi münasibətlərin dövlət tərəfindən 
tənzimlənməsi, kooperativ müəssisələrin səmərəli fəaliyyətinə şərait yaradan 
normativ-hüquqi 
bazanın 
təmin 
edilməsi, 
qiymətlərin 
səviyyəsinin 
sabitləşdirilməsi, qiymətlərə və vergilərə nəzarət edilməsi, aqrar-sənaye 
kompleksinin maliyyə-kredit baxımından dəstəklənməsi məsələləridir. Kredit 
kooperasiyasının təşəkkülü mərhələsində dövlət onu bazarın kortəbii təsirindən 
qoruma istiqamətində təsirli tədbirlər görməli və həmin tədbirlər kompleks 
xarakterli olmalıdır. Kredit kooperativlərinin maliyyə sabitliyini təmin etmək üçün 
kifayət qədər xüsusi kapital toplanmasına və əhalinin pul vəsaitlərini cəlb etmək 
mexanizminin tənzimlənməsinə şərait yaradılmalıdır. Kooperativ müəssisələrinin 
maliyyə vəziyyətinin yaxşılaşdırılması iqtisadiyyatın sabitləşməsindən, borclar 
probleminin həllindən, eləcə də kooperativlərə büdcə dəstəyinin və onların bazar 
gəlirlərinin artmasını təmin edən bir sıra tədbirlər görülməsindən asılıdır. 
Kooperativlərin dövlətdən kommersiya və özəl müəssisələrlə müqayisədə daha 
sanballı dəstək almağa ehtiyacı vardır. Dövlət dəstəyi vergitutma və kreditvermə 
məsələlərində güzəştlər tətbiq edilməsində, informasiya təminatında ifadə edilə 
bilər. Son nəticədə bu dəstək kənd təsərrüfatı əmtəə istehsalçılarının mövqeyini 
möhkəmlətməyə şərait yaradacaqdır. 
Kredit kooperativlərinin rolu və əhəmiyyəti ilə bağlı məsələləri təhlil edərkən 
bu istiqamətdə əvvələr mövcud olmuş təcrübəyə və nəzəri mülahizələrə də baxış 
keçirmək vacibdir. Bu baxış həm də kredit kooperativlərinin genişləndirilməsi və 
inkişaf etdirilməsi baxımından da əhəmiyyətlidir. Belə ki, kredit təyinatlı 
kooperativ institutu tarixən mövcud olmuşdur. XIX əsrin ortalarında Almaniyada 


37 
öz prinsiplərinə görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən kooperativ kredit 
strukturlarının iki tipi fəaliyyət göstərirdi. Birinci qrupa aid olan kredit 
kooperativləri kənd kredit kooperativlərinin banisi V.F.Rayffazen tərəfindən təşkil 
edilmişdi. İkinci qrupa aid edilən kooperativlərin banisi onun müasiri və həmvətəni 
Q.Şultse-Deliç idi. Kredit kooperasiyasının bu müəlliflərinin kooperativ kredit 
qurumlarının təşkil edilməsi üçün tətbiq etdikləri prinsiplər müvafiq mənbələrdən 
göründüyü kimi, bir-birinə zidd idi. Onların əsas prinsipial fərqləri kredit 
kooperativlərinin kommersiya və qeyri-kommersiya xarakterli olması məsələsi ilə 
bağlıdır. Belə ki, Rayffazenin prinsipləri pay kapitalının inkar edilməsinə, 
kooperativlərin işinin lokallaşdırılmasına, bütün seçkili vəzifəli şəxslərin əməyinin 
təmənnasız olmasına, kooperativ üzvünün eyni vaxtda bir neçə kooperativdə iştirak 
etməsinə qadağan qoyulmasına əsaslanırdı. Q.Şultse-Deliç pay kapitalının 
xeyriyyəçilik fəaliyyətindən əldə edilən vəsaitlərlə əvəz edilməsi barədə fərqli 
prinsiplər təklif edirdi. Maraqlıdır ki, Q.Şultse-Deliç pay kapitalına əsaslanmayan 
ortaqlığın qanunvericilik yolu ilə ləğv edilməsinə nail olmuşdu. 
Transformasiya prosesləri davam edən ölkələrin əksəriyyəti dilemma qarşısında 
qalmışdır: ya paylar iri olmalı və kredit kəndli üçün əlçatmaz olmalı, ya da paylar 
xırda olmalı və kooperativ dövlətdən, hüquqi və fiziki şəxslərdən (xeyriyyəçilik və 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin