14
Bu cədvəldən əldə olunan informasiyanı nəzərə alsaq, bele bir nəticəyə gələ
bilərik , təsərrüfat cəmiyyətlərində korporativ idarəetmə standartlarına
daha çox
cavab veren təşkilatlar “Dəmir Bank”,”Azərbaycan Lizinq şirkəti”,”İsmayıllı
Quşçuluq” açıq səhmdar cəmiyyətidir.Hal-hazırda ölkəmizdə kifayət qədər
ASC,MMC və banklar bu standartlara cavab verir.
Standartlar ən yaxşı korporativ idarəetmə təcrübəsinə uyğun olaraq təsərrüfat
cəmiyyətlərinin idarəetmə orqanlarının səlahiyyət və vəzifələrini müəyyən
etməklə, onların işinin effektiv təşkili və səhmdarların hüquqlarının qorunması
üçün zəmin yaratmaqla cəmiyyətin şəffaf fəaliyyətinin təmin olunmasına dair
qaydaları təsbit edir. Sənəddə həmçinin etibarlı və şəffaf hesabatlılıq
sisteminin
təşkili baxımından daxili nəzarət və risklərin idarə edilməsinə dair tələblər də
nəzərdə tutulmuşdur.
Standartların məqsədi korporativ idarəetməyə dair yerli və beynəlxalq
təcrübələri uzlaşdırmaqla, təsərrüfat cəmiyyətlərində qabaqcıl korporativ idarəetmə
mexanizmlərinin tətbiq olunmasında köməklik etməkdən ibarətdir.
Bununla
Standartlar cəmiyyətlərin istənilən iqtisadi konyunkturda rəqabətə davamlılığını və
investorlar üçün cəlbediciliyini artırmağa yönəlmişdir.
Standartlar İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Korporativ İdarəetmə
Prinsiplərinə uyğun hazırlanmışdır.
Korporativ
idarəetməyə
aid
məsələlərin
bir
hissəsi
Azərbaycan
Respublikasının qanunvericiliyində öz əksini tapmışdır. Lakin qanunvericilik
cəmiyyətlərin idarə edilməsi ilə bağlı ümumi qaydaları (prinsipləri) müəyyən
etdiyindən, onların idarə edilməsinə aid hər bir
məsələnin xüsusiyyətlərini
tənzimləyə bilməz. Bununla yanaşı, qanunvericilik korporativ idarəetmə sahəsində
baş verən dəyişiklikləri çevik (dinamik) şəkildə tənzimləmək imkanına da malik
deyildir. Buna görə cəmiyyətlərin struktur və fəaliyyət xüsusiyyətləri,
həmçinin
texnoloji proseslərin və əməliyyatların spesifikliyi nəzərə alan, beynəlxalq
təcrübəyə və normalara əsaslanan idarəetmə qaydaları mövcud olmalıdır.
15
Eyni zamanda, Standartlar korporativ idarəetmə
sahəsində qanunvericiliklə
tənzimlənməyən məsələlərdə ən yaxşı təcrübənin tətbiq olunmasına xidmət edir.
Bu isə öz növbəsində, bütövlükdə korporativ idarəetmənin tətbiqi istiqamətində
mövcud olan maneələrin müəyyən edib aradan qaldırılmasında, Azərbaycan
şirkətlərində korporativ idarəetməni İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının
Korporativ
İdarəetmə
Prinsiplərinə
uyğun
təşkil
olunmasında
yardım
göstərəcəkdir.
Standartların müddəaları iqtisadi münasibətlərin inkişafı, təsərrüfat
subyektlərinin idarə edilməsinin prioritetləri baxımından müntəzəm surətdə
nəzərdən keçirilərək təkmilləşdiriləcəkdir.(20 ,www.economy.gov.az )
Dostları ilə paylaş: