Quliyeva elnarə ariF qızı “Biznesdə korporativ idarəetmənin təkmilləşdirilməsi məsələləri”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix30.11.2022
ölçüsü0,75 Mb.
#71331
1   2   3   4   5   6   7   8   9   ...   29
quliyeva elnara

 Problemin öyrənilmə səviyyəsi – Biznesdə korporativ idarəetmənin 
təkmilləşdirilməsi məsələləri iqtisadçı alimlərin diqqət mərkəzində olmuşdur. 
Azərbaycan alimlərindən Ş.H.Hacıyev, A.A.Nadirov,Z.Ə.Səmədzadə, 
A.K.Ələsgərov, T.S.Vəliyev, A.Ə.Əliyev, R.M.Cəbiyev, A.B.Abbasov, 



Ə.T.Nağıyev, V.T. Novruzov, A.F.Musayev və başqalarının əsərlərində biznesdə 
korporativ idarəetmə bütövlükdə və onu təşkil edən ayrı-ayrı müstəqil bazarların, 
o cümlədən korporativlərin formalaşması və inkişafına dair bəzi elmi-nəzəri və 
praktiki məsələlər tədqiq edilmişdir. 
Biznes fəaliyyətində korporativ idarəetmənin əhəmiyyətinin getdikcə 
artmasına baxmayaraq, indiyə qədər bu sahə kompleks şəkildə tədqiq edilməmiş, 
həmin problemə ayrıca tədqiqat əsəri həsr olunmamışdır. Bu baxımdan biznesin 
inkişafında korporativ idarəetmənin tədqiq edilməsi olduqca aktualdır. 
Qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin yerinə 
yetirilməsi nəzərdə tutulmuşdur: 
- korporativ idarəetmənin formalaşması və inkişafının nəzəri əsasları öyrənilməsi; 
- korporativ idarəetmə fəaliyyətinin müasir vəziyyətinin təhlili; 
- aqrar, istehlak və sənaye sektorlarında korporativ idarəetmənin tətbiqi 
xüsusiyyətlərinin araşdırılması; 
- korporativ idarəetmənin inkişaf istiqamətlərinin müəyyən edilməsi
- korporativ idarəetmənin inkişafında dünya təcrübəsinin araşdırılması; 
- dövlətin inkişafında korporativ idarəetmənin rolunun müəyyən edilməsinə dair 
əsaslandırılmış təkliflərin işlənib hazırlanması. 
 Tədqiqatın obyekti kimi Biznes infrastrukturunun müstəqil sahəsi olan 
korporativ idarəetmənin fəaliyyəti ilə məşğul olan biznes subyektləri seçilmişdir. 
Tədqiqatın predmetini biznesdə korporativ idarəetmənin təkmilləşdirilməsi 
məsələlərinin inkişaf istiqamətlərini araşdırmaq təşkil edir. 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin