Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə22/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   56
mehtiyev (1) (2)

Tənqidəqədərki dövrdə Kant əsasən təbiətşünaslıq prob­lemləri ilə məşğul olmuşdur. Bu sahədə Kantın ye­ni­li­yi ondadır ki, o, mövcud problemlərin həllinə çalı­şar­kən ilk dəfə olaraq inkişaf amilinə xüsusi diqqət ye­tir­miş­dir. O, bu sahədə apardığı tədqiqatlarda dövrü üçün in­qi­labi hesab olunan bir sıra nəticələr çıxarmışdır:
1.Günəş sistemi kosmosda yüklü materiya his­səcik­lə­rinin böyük buludunun fırlanması nəticəsində yaran­mış­dır, bu isə həmən buludu təşkil edən hissəciklərin hərə­kə­ti və qarşılıqlı təsiri (cəzbetmə, itələmə, toqquşma) sa­yə­sində baş verir;
2.Təbiət zamanca tarixə (başlanğıc və son) malikdir, əbədi və dəyişilməz deyil;
3.Təbiət daimi dəyişmə və inkişafdadır;
4.Hərəkət və sükut nisbidir;
5.Yer üzərində bütün canlılar, o cümlədən insan –təbii bioloji təkamüllə yaranıb;
6.Mexaniki qanunlar materiyanın özünə xas olmayıb, xarici səbəbə malikdir;
Kant hipotezlərinin ideoloji yönümlüyünə baxmayaraq, müasirləri bu hipotezləri (xüsusilə, Günəş sisteminin ya­ran­ması və bioloji təkamül haqqında) əhəmiyyətinə görə Kopernikin kəşflərinə (Yerin Günəş ətrafında fırlanması) bərabər hesab etmişlər.
Kantın yaradıcılığının tənqidi dövründə fəlsəfi tədqi­qat­larının əsas məsələsi idrak problemləri olmuşdur. (Bu döv­rün adı, onun üç fundamental əsərinin adı ilə bağ­lı­dır: “Xalis zəkanın tənqidi”, “Praktik zəkanın tənqidi”, “Mühakimə yürütmə qabiliyyətinin tənqidi”). O, ilk ola­raq sualı verir: dünya dərkediləndirmi? Əgər hə, onda biz nə qədər bilməyi bacararıq? Suallara cavab vermək üçün idrakın imkanlarını, onun sərhədlərini müəy­yən­ləş­dirmək zəruridir. Dərketmənin əsas silahı zəkadır, demə­li, ilk əvvəl bizim zəkamızın imkan və qabiliyyətini ay­dın­laşdırmaq lazımdır. Onların hərtərəfli tədqiqini Kant tənqid adlandırır, fəlsəfənin vəzifəsini isə ətraf dünyanın de­yil, zəkanın tənqidi, daha doğrusu, onun quruluşu, sə­ciyyəsi və qanunlarının öyrənilməsində görürdü.
İ.Kant hesab edirdi ki, dünyanın necə olmasını bilmək mümkün deyil, çünki, bizə onun özü deyil, yalnız şüu­ru­muz­da inikası məlum olur. Məhz bu baxımdan şüur fəl­sə­fi tədqiqatın mərkəzinə gətirilir. Özlüyündə mövcud ola­nı, Kant noumen və yaxud, “özündə şey” adlandırır, on­lar dərkolunmazdır. Bizə gerçək görünənləri isə feno­men və yaxud, “bizim üçün şey” adlandırır. Əsas məsələ on­dadır ki, birinci ikinciyə nə qədər uyğun gəlir və ya­xud, fenomenlər bizə noumenlər haqqında nə qədər sə­hih informasiya verə bilər. Kant iddia edir ki, hər iki sahə bir-birindən sərt şəkildə ayrılır, bizim gördüklərimiz, heç də gerçək olan deyil. Beləliklə, Kant biliyi idrak fəa­liy­yətinin nəticəsi kimi dəyərləndirir və biliyi səciy­yə­lən­dirən üç anlayış irəli sürür:

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin