Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə1/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   56
mehtiyev (1) (2)


Rabil Mehtiyev
Fəlsəfə
Bakı Mühəndislik Universitetinin
Tədris-Metodiki Şurasının 03.11.2021-ci il
tarixli qərarı (protokol No26) və 3349 saylı
əmr ilə dərs vəsaiti kimi çap olunur
Müəllim nəşriyyatı 2021
© Rabil Mehtiyev 2021
Elmi redaktor: AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə

Rəyçilər:


Azərbaycan Dövlət Dəniz Akademiyasının


“Humanitar fənlər” kafedrasının müdiri,
fəlsəfə üzrə fəlsəfə doktoru,
dosent İlqar Abdullayev

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin


“Humanitar fənlər” kafedrasının dosenti,
fəlsəfə üzrə fəlsəfə doktoru,
Yaşar Əhmədov
Rabil Zəkulla oğlu Mehtiyev. Fəlsəfə. Ali məktəblərin bakalavriat təhsil səviyyəsi tələbələri üçün dərs vəsaiti, Xırdalan, 2021.
İSBN 978-9952-37-713-2

Dərs vəsaiti bakalavriat təhsil səviyyəsi üzrə təhsil alan tələbələr üçün fəlsəfə proqramı əsasında hazırlanmışdır. Dərs vəsaiti fəlsəfə kur­­sunun əsas tərkib hissələri olan fəlsəfə tarixi, ontologiya, qnoseologiya, antropologiya, sosial fəlsəfə problemlərini əhatə edir.


Bu dərs vəsaiti tələbələr, fəlsəfə ilə maraqlanan digər şəxslər üçün fay­dalı ola bilər.

Mövzu 1.


Fəlsəfənin predmeti, funksiyaları və cəmiyyətdə rolu



1. Fəlsəfə, onun meydana gəlməsi, predmeti, funksiyaları.
Fəlsəfə sözünü ilk dəfə yunan riyaziyyatçısı Pifaqor (b.e.ə.VI) işlətmişdir. Fəlsəfə yunanca “phileo – sevirəm”, “sophia – hikmət” mənasını bildirir. Beləliklə, etimoloji ba­xım­dan “hikmət sevərlik” mənasındadır. Müdriklər var­lığın mahiyyətini, həyatın mənasını anlamağa və anlatmağa cəhd etməlidirlər.
Fəlsəfə - təbiəti, cəmiyyəti və idrakın ümumi qa­nuna­uy­ğunluqlarını öyrənir. Fəlsəfənin funksiyaları bun­lar­dır:
1.Ontoloji – dünyanın mahiyyəti, varlığın təbiəti;
2. Dünyagörüşü – insanın dünyada yeri haqqında;
3.Metodoloji – insana gerçəkliyin dərk edilməsi və də­yişdirilməsi üçün ümumi yanaşma üsulu verir,
4. Sosioloji – cəmiyyət haqqında;
5. Qnoseoloji – idrak haqqında;
6.Aksioloji –qiymətləndirilmə haqqında;
7. Humanist– insanın mənən zənginləşməsi haqqında;
Fəlsəfənin metodları bunlardır:
1.Dialektika – təbiətdə, cəmiyyətdə dəyişməni ifadə edən təlimdir.
2.Metafizika – predmet və hadisələrini bir-birindən ayrı araşdırır.
3.Sofistika bir kəsin haqlı olduğunu sərgiləmək və söz çəkişməsində (mübahisədə) rəqibini dolaşdırmaq üçün yürüdülən mürəkkəb mülahizələr, cümlələr və do­la­­şıq fikirlərdir. Mənşəcə mənası söz ustalığı, biclik, müd­riklik deməkdir.
4. Rasionalizm – əqlin, mücərrəd təfəkkürün rolunu əsas tutur.
5.Eklektika – birləşdirici təfəkkür üsuludur.
6. Empirizm – təcrübəni əsas götürür.
7.İdealizm – şüuru, ruhu birinci götürür.
8.Materializm – təbiəti, materiyanı ilkin başlanğıc gö­tü­rür.
Hər bir elm sahəsində olduğu kim fəlsəfənin də ka­te­qoriyaları vardır. Kateqoriya dedikdə elm sahəsinə aid əsas anlayışlar başa düşülür. Fəlsəfənin bir çox kate­qo­ri­yaları vardır ki, bunlardan ən başlıcaları məkan, zaman, hərəkətdir.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin