Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə7/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   56
mehtiyev (1) (2)

Qədim Romada dörd məktəb var idi: stoisizm, epi­kü­rizm, skeptisizm, neoplatonizm.
Stoiklərdən Epiktet insanın əsl maһiyyətini onun əq­lin­də görür, Allaһı aləmin mənbəyi və һəlledici qüvvəsi ki­mi dəyərləndirirdi.
Marҝ Avreli Roma imperatoru olmuş, fəlsəfə ilə məş­ğul olaraq stoiklərin mövqeyinə yaxın olmuşdur. Onun fik­rincə, xeyirxahlıq vacibdir.
Epikürizm materialist təlim idi və Roma respub­li­ka­sı­nın son mərhələsində formalaşmışdı. Ən tanınmış nüma­yən­­dəsi Lukretsi "Şeylərin təbiəti haqqında" əsərində ato­­mist materializmin idrak nəzəriyəsini tamamlamışdır. Luk­­retsiyə görə, duyğu bizə şeylər һaqqında düzgün mə­­lu­matlar verərək idrakın əsasını təşkil edir. İnsan zə­ka­sı hiss üzvlərindən alınan məlumatlara əsasən işə dü­şür.
Antik Romada populyar fəlsəfi təlimlərindən biri skep­tisizm idi. Bu təlimin əsası şübhəçilik idi. Skep­ti­siz­min iki böyük məktəbi formalaşmışdı. Onlardan birinin b.e.ə. IV – III yüzilliklərdə Yunanıstanda Pirron, Roma im­periyasında Empirikus tərəfindən əsası qoyuldu.
İlk Roma filosofu sayılan Siseron stoisizm möv­qeyin­də dayanırdı. Onun əsas əsərləri “Tuskulan söhbətləri”, «Ali nemət və şər haqqında», «Borc haqqında»dır. Sise­ron əsərlərində ilk dəfə latın dilində fəlsəfi terminologiya ya­ratmış, əvvəlki dövrlərdə yaşamış filosoflardan xəbər ver­miş, onların fikirlərini toplamışdır. O dinlərin mahiy­yə­ti, Tanrılar, azadlıq kimi əzəli problemlərə toxun­muş­dur.
Filosof dövlət idarəçiliyi problemlərinə müraciət et­miş, qanunların ədalətə əsaslanmalı olmasını vacib say­mışdır.
Seneka «Tale haqqında», «Qəzəb haqqında», «Xoşbəxt həyat haqqında» və başqa traktatlarında etik təlimini əsaslandırmışdır. Əxlaq məsələsini önə çıxaran filosof hər bir şəxsin ilk növbədə yüksək əxlaqa malik olmalı ol­du­­ğunu deyirdi. Onun əxlaq fəlsəfəsi sonrakı dövrlərdə Av­ropa, xüsusilə xristianlıq fəlsəfəsinə böyük təsir gös­tər­mişdir. O tanrını ilk başlanğıc hesab edirdi. Tale hər bir şəxs üçün qaçılmazdır və talenin sərtliyinə dözmək la­zımdır.
Bu dövr etik yanaşmalara görə, insanın məqsədi mən­fə­ət əldə etmək, həzz almaq və xoşbəxtlikdir. Lakin bu­nun­la belə, insan nəfsinin qulu olmamalı, normalara əməl etməlidir.
Zenon və ardıcılları Xeyir anlayışını əsaslandırır, hə­ya­tın gözəlliyinin vahid bir xeyirdə cəmləndiyini düşü­nür­dülər. O “İnsan təbiəti haqında” əsərində ilk dəfə tə­biə­tin qanunlarına uyğun yaşamağı tövsiyyə edirdi. Onun fikrincə, fəlsəfə üç tərkib his­sə­dən: ­mən­tiqfizi­ka­ etikadan ibarətdir.
Mark Avreli roma stoisizminin son nümayəndəsi he­sab olunur. Onun fəlsəfi baxışları dünyanın hər zaman dəyişən varlıq olmasını təlqin edirdi. Dünyada hər şey dövr edir, və dünyada hər şey tanrı nizamına tabedir. Onun fikrincə, dünya təkmildir, baş verən hər bir şey tan­rının dünya üçün müəyyən etdiyi qaydalara əsasən baş verir. Mark Avreli dövlət qanunlarını təbii qanunlara aid etmiş, onlara tabe olmağı zəruri hesab edirdi.
Neoplatonizm və ya yeni platonçuluq antik dünyanın sonuncu fəlsəfəsi məktəbi idi. Platon və Aristotelin fəlsəfi baxışları zəminində yarandığına görə neoplatonizm ad­la­nır. Bizim eramızın III əsrində formalaşan xris­ti­an ­ila­hiy­yatı ilə ideoloji mübarizə əsasında təşəkkül tapan neopla­to­nizmin müxtəlif məktəbləri var idi. Bu məktəblərdən Ro­ma və Afina məktəbləri xüsisilə məşhur idilər. Belə ki, ye­ni platonçuluğun yaranması Roma imperiyasının siya­si-iqtisadi və mənəvi böhran dövrünə oldu ki, bu zaman cəmiyyətdə gələcəyə inamsızlıq, mənəvi boşluq, zülmə qarşı etiraz hissləri artmışdı.
Roma məktəbinin əsas nümayəndələri Plotin və Sak­kas, Afina məktəbinin əsas nümayəndələri isə Plutarx və Prok­los idi. Neoplatonizmin əsas ideyası varlığın birli­yi­ni Vahid-Əql-Ruh üçlüyündə idrak etmək, həqiqə­tin­ in­tu­isiya vasitəsi ilə kəşf edilməsidir.
Neoplatonizm antik dövr fəlsəfəsinin son məktəbi idi. Beləliklə, Antik fəlsəfə fəlsəfi fikir tarixində müstəsna rol oynamışdır və onun səciyyəvi xüsusiyyəti kosmosun, tə­biə­tin, kainatın mahiyyətini dərk etməyə meyl göstər­mə­sindən ibarətdir.
Mövzu 3.
Qədim Şərq fəlsəfəsi



Qədim Misir fəlsəfəsinin inkişaf xətti mifologiyadan başlayaraq fəlsəfəyə qədər ziddiyyətli yol keçmişdir. Bu ona görədir ki, Misirdə fəlsəfənin təşəkkülü quldarlıq cə­miy­yətinin yarandığı mərhələyə təsadüf edir. Bu dövrdə sinifli cəmiyyətin, dövlətin yaranması cəmiyyətdəki mü­na­sibətlərin xarakterini ciddi dəyişmişdi.
Belə bir dövrdə misirlilər Allahları insana bənzədərək qeyd edirdilər ki, hökmdarlar Ali Allahın övladlarıdır. Bu­na görə də, hökmdarlar xalqı idarə etmək kimi xüsu­siy­yətlərə malikdirlər. Qədim misirlilər inanırdılar ki, tə­bi­əti və insanların həyatını allahlar idarə edir və axirət dün­yasına inam mühüm yer tuturdu. Qədim misirlilər ruhun ölməzliyini qəbul edirdilər. Qədim Mi­sirdə fəlsəfi fikrin meydana gəlməsi bir tərəfdən təbi­ət elmlərinin, di­gər tərəfdən isə dünyaya mifoloji ba­xış ilə əlaqədar idi. Burada fəlsəfi fikirlər əsas etibarilə öz mənbəyini mif­lər­dən, əf­sa­nə­lərdən, nağıllardan, dastanlardan götür­müş­dür. Bu konteksdə məşhur miflərdən biri “İsida və Osi­ris” haq­qın­­da əsatirdir.
Qeyd etmək lazımdır ki, miflərə dini məz­mun veril­mə­si, tezliklə fəlsəfi baxışla əvəz olunmağa başladı. Bu əsa­­sən Qədim Misirdə yaranmış “Arfaçının mahnısı” və “Ölü­mün tərən­nü­mü” kimi ədəbi əsərlərdə öz əksini tap­mışdır.
Misirin tarixi, mədəniyyəti, dini, incəsənəti misir­li­lə­rin mifologiyasında ifadə olunmuşdur. Misirlilərin mifo­lo­giyası imkan verirdi ki, onun vasitəsilə təbiətdə və cə­miy­yətdə mövcud olan hadisə və proseslər izah edilirdi. Məsələn, ölən və yenidən dirilən təbiət allahı hesab et­dikləri Osiris haqqında əfsanəni qeyd etmək olar. Bu cür əfsanələr müxtəlif məzmunludur və ən mühümü günəş allahı olan Ra haqqında olandır. Qədim misirlilər fironun şəxsiyyətini ilahiləşdirirdilər. Onu allahın oğlu, daha son­ra isə allah adlandırdılar. Firona dünyanın allahı ki­mi sitayiş və ibadət edilirdi.
Bütövlükdə dini təsəvvürlərin üstünlük təşkil etmə­si­nə baxmayaraq misirlilər elm sahəsində mühüm nailiy­yət­ləri ilə tarixə düşmüşlər. Misirdə təsərrüfatın, o cüm­lə­dən əkinçiliyin tələbatları ilə əlaqədar olaraq astro­no­miya, riyaziyyat, mexanika, həndəsə elmləri inkişaf et­miş­di. Həftənin yeddi, ayın 30 gün, ilin 365 gün və 12 ay­dan ibarət olmasını göstərən ilk təqvimi misirlilər yarat­mış­dı. Bundan başqa onluq hesablama sistemindən isti­fa­də, planetlərin ulduzlardan fərqləndirilməsi, günəş və su sa­atının kəşfi, təbabət sahəsindəki uğurlar Misir mədə­niy­­yətini səciyyələndirən əsas amillər idi.
Qədim Babilistanda dünyanın dini-mifoloji və təbii-еlmi mənzərəsini əks etdirən müxtəlif mənbələr günü­mü­zə qədər gəlib çatmışdır. Bunlardan «Ağanın qul ilə söh­bəti», «Bilqamış haqqında dastan»ı qeyd etmək olar. Mə­sələn, «Ağanın qul ilə söhbəti»ndə tabe olanla ağanın dialoqunda dünya, insanın bu dünyadakı yerinə və mis­si­yasına dair məsələlərə toxunulur.
Dünya ədəbiyyatının qızıl fonduna daхil olan "Bil­qa­mıs haqqında dastan" gil lövhələr üzərində yazılmış və dövrümüzə qədər gəlib çatmışdır. Dastanın qəhrəmanı Bil­qamıs tariхi şəхsiyyət olmaqla, b.е.ə. 27-ci əsrin sonu, 26-cı əsrin əvvəllərində Şumеrdə Uruk dövlətinə başçılıq еdən sülalənin hökmdarı idi. Bu dastanın əsas xəttini al­lah­larla mübarizə və ölməzlik təşkil edir. Bilqamıs sonda bu fikrə gəlir ki, əbədi həyat mümkün dеyil, insan ölməz­li­yə yaхşı əməlləri ilə nail ola bilər.
Qədim hindlilərin ilk fikir abidəsi olan Vedlər e. ə. II və I minilliklərdə təşəkkül tapmışdır. Ved sözü sanskritcə tərcümədə bilik deməkdir. Mahiyyətcə bu kompleks bilik olub himnlərdən, dualardan, qur­banvermə forma­ların­dan və digər praktiki rituallardan ibarətdir.
Vedalarda əksini tapmış və hind fəlsəfəsinin inki­şa­fı­na təkan vermiş əsas ideyalar bunlardır: məkanlı-zamanlı dün­yanın nəhəngliyi; ümumi vəhdət və onun əsasında da­yanan əbədi mahiyyət (brahman) haqqında təlim; kai­na­tın əxlaqi nizama malik olmasına inam (rita); Tanrı­la­ra, insanlara, səma cisimlərinə və bütün mövcudluğa aid olan ədalət qanuni (karma); təkrarlanan doğuluşun döv­ra­nı kimi başa düşülən sansara anlayışı; fərdin azadlığı, dünyadan asılılığını dəf etməsi kimi başa düşülən mokşa; insan həyatının son məqsədinin mütləq mənəvi başlan­ğıc­la qovuşması kimi başa düşülməsi və buna aparan praktik yolların tapılması.
Vedlər 4 qrupa ayrılmaqla, dünya, insan və mənəvi hə­yat haqqında ilkin fəlsəfi təsəvvürlərdir. Birinci hissə sam­hitlərdir (himnlərdir) ki, bunlar da özü 4 yerə - məc­muə­yə ayrılır. Bunlardan ən başlıcası Riqveda – dini himn­lər haqda məcmuədir. Vedlərin ikinci hissəsi Brah­man­lardir (ritual mətnlər məcmuəsi). Müasir mənada Brah­manizm dini onlara əsaslanmışdır. Belə ki, brah­ma­nizm bud­dizmə qədər Hindistanda hakim din idi. Ved­lə­rin üçüncü his­səsi– Aranyakilər adlanır ki, bu da tər­ki­dünya adamlar üçün davranış qaydaları anlamındadır. Dördüncü hissə Upanişadlardır ki, burada fəlsəfi şüurun ilk elementləri formalaşır və fəlsəfi təlimlərin meydana gəlməsi sürətlənir.
Qədim Hind fəlsəfəsi iki istiqamətdə orto­doksal (Ve­daları qəbul edən) və qeyri-ortodok­­sal məktəblər (Ve­da­ları qə­bul et­mə­yən) təşəkkül tapmışdır.
Ortodoksala aid olan Vedant fəlsəfəsi b.e.ə. IV– II minilliklərdə yaranıb və ən tanınmış nümayəndəsi Şan­ka­ra olmuşdur. Bu fəlsəfi təlimə görə, dünya həyat mək­tə­bi, sınaq meydanıdır. Tanrı Brahman yeganə başlangıc və varlıqdır, qalan nə varsa bu tanrının təzahürüdür. Yə­ni, bütün mövcudat onda cəmlənmişdir.
Mimansa fəlsəfi məktəbinin banisi Caymini hesab olu­nur. Bu təlimə görə Vedlərin tələblərini yerinə yetir­mək­lə işgəncədən xilas olmaq mümkündür. Mimansa tə­li­minə görə, idrakın gücü ilə şeylərin mahiyyətinə var­maq mümkündür.
Hindistanda ən qədim təlim olan Sankhyaya görə dün­­ya­­da iki- maddi, digəri isə mənəvi olan baş­lan­ğıclar var. İnsanın faciələrdən və çətinliklərdən azad olması bu tə­limin əsas çağırışı idi. Reallığı dərk etməyin tək yolu hə­qiqi biliyə malik olmaqdır.
Yoqa hərfi tərcümədə birlik , ittifaq deməkdir. İlk dəfə yo­qa haqqında bir təlim kimi “Yoqa-sutra” adlı əsərdə mə­lumat verilir. Yoqa dini fəlsəfi təlim idi və əsas ideyası Alla­ha inam, sevgidir. Yoqa sintezdir, bir tərəfdən fəl­sə­fə, digər tərəfdən praktikadır. Yoqa praktikası xilas ol­ma­nın fərdi yolu olub, hisslər və fikirlər üzərində nəzarəti ehtiva edir.
Bu təlim digərlərinə münasibətdə tolerantlığı təbliğ edir, hətta qidalanmanın da müəyyən qaydalara uyğun ol­malı olduğu fikrini irəli sürür.
Avropada yoqanın məşhurlaşması alman filosofu A. Şopenhauerin adı ilə bağlıdır.
Qədim Hind fəlsəfəsinin Nyaya məktəbinin əsasında məntiq dayanır. Bu təlimin tərəfdarlarına görə, həqiqi bi­li­yi qavrayış, məntiqi nəticə və ya sübut və müqayisə va­si­­təsilə əldə etmək mümkündür. Bu zaman qavrayış duy­ğu orqanlarından asılı olub, hər hansı predmet barədə bi­lik əldə etməyə imkan verir. Bu təlimdə yoxlanmış, sü­but edilmiş şeylər reallıq kimi qəbul edilir. Hər şeyin bir səbəbi var, ən birinci səbəb isə Allahdır.
Vayşeşika təlimi e.ə. VI-V əsr­lər­də yaranmış, yara­dı­cı­sı Kanada olmuşdur. Bu təlimə görə, Allah ob­yek­tiv alə­min ya­ra­dı­­cısıdır. Bu təlimin tərəfdarları üçün atomların, ruhların kateqoriyalarının xüsusiyyətləri birinci dərəcəli əhəmiyyət kəsb edir. Substansiya beş formadadır: efir, su, hava, torpaq, işıq. Bu substansiya formaları bölün­məz, daimi atomlardan ibarət olan fiziki elementlər kimi Allahın varlığına tapınırlar.
Cay­nizm təlimində canlı və cansız aləm haqqında söz açı­lır, bu təlim dualist xa­rak­ter daşıyırdı. Caynistlərə gö­rə, ruhun əsas əlaməti şüurdur və o, bədə­n­lə vəhdətə can atır. Bu təlimin əsas ideyası ruhun qurtuluşu idi.
Loka­ya­ta-çarvaka təliminin başlıca ideyaları "Manu qanunları" ad­lı əsərdə toplanmışdır. Bu təlimə görə, dünya dörd ele­ment­dən od, hava, su, tor­paq­­dan ibarətdir. Canlı nə var­sa, insan da daxil olmaqla bu elementlərdən törəmişdir.
Çarvak­lar mate­riya, şüur münasibət­lə­ri məsələlərində o mövedə idilər ki, insan öl­dükdə onun bədəni ilə bir­lik­də şüur da məhv olur. Yəni, insan şüurunun möv­­­cud­lu­ğu yalnız bədən olduqda mümkündür. Bu baxımdan hə­qi­qətin dərk edil­məsinin mümkün mənbəyi duyğu və qavra­yışlardır. Başqa sözlə, mən­tiqi nəticə həqiqətin dərk olunmasının mənbəyi deyildir.
Bud­dizm e.ə VI-V əsrlərdə dini-fəlsəfi təlim kimi yaranmışdır. Hal hazırda da xristianlıq və islamla yanaşı, buddizm dün­yada möv­cud olan üç böyük dindən biri­dir. Hind çarının oğlu Hautama bu dinin yaradıcısı kimi qə­bul edilir. Onun e.ə. 563 – e.ə. 483-cü illərdə yaşadığı təx­min edilir.
Bütün Buddist məzhəbləri yenidən doğum (rein­kar­na­siya) inamını qəbul edir. Buddizmdə nirvana anlayışı var ki, bu da ağrı və əziyyət gətirən hər şeydən azad ol­ma­ğı, ətraf aləmdən özünü təcridi bildirir. Nirvana ru­hun sonu olmayan daimi səadətə qovuşmasıdır. Bud­di­zmdə peşmançılıq hissi təqdir olunur, səhv edən adamın səhvini düzəltmək istəyi alqışlanır.
Buddizmin beş əsas ehkamı: öldürmə, oğurlama, müd­­rik ol, yalan danışma, məstedici vasitələrdən isti­fa­də etmə.
Bud­dizm 4 əsas hissədən ibarətdir ki, bunlar a) həyat izti­rab­dır, b) həqi­qət iztirabın yaranmasının səbəbidir, c) insanlar təkrar-tək­rar iz­tira­ba qayıdırlar, d) həqiqət bu iztirabdan azad olmaq yolu­dur. Bu dini təlimə görə iz­ti­rab­dan hər iki dünyada qurtulmaq olar, amma daha yax­şı­sı bunun bu dünyada olmasıdır.
Qədim Çində fəlsəfi fikirlərin formalaşması b.e.ə. VI-V əsrlərdən başlanğıc götürür. Bu ilk fəlsəfi cərəyanlar Çin mentalitetini və həyat tərzini tərənnüm edirdi. Bir məqam qeyd edilməlidir ki, Çin fəlsəfəsində Qədim Hin­dis­tana və digər ölkələrə xas olan zəngin mifoloji zəmin ki­fayət səviyyədə deyildi. Bu mənada Çin fəlsəfəsi praqmatikdir, bu dünya ilə məşğul olmağı vacib sayırdı.
Qədim Çin fəlsəfəsinin mənbələri olaraq ilk Çin yazılı abidələri, məşhur "Dəyişikliklər kitabı" qəbul edilir.
Bu dövr dini-fəlsəfi məktəblərindən olan daosizmin başlanğıc ideyası dao (yol) haqqında konsepsiyadır. Bu konsepsiya Lao-Tszının ideyalan əsasında yaranmışdı və dao ümumi vəhdət anlamında olub bütün dəyişikliklərin ilkin səbəbidir. Qədim Çin fəlsəfəsində Lao Tszının (b.e.ə. 479–400–cü illər) fəlsəfi məktəbi xüsusi yer tutr. Belə ki, varlıq, mə­kan, zaman, səbəbiyyət, keyfiyyət kateqoriyalarına bu təlimdə böyük diqqət yetirilir. Bu təlimin ardıcılları olan moistlər hesab edirdilər ki, biliyin həqiqiliyini müəyyən etməyin yollarını müəyyənləşdirmişlər. Bu yollara qədim müdriklərin təcrübə və mühakimələri, mövcud faktlar və praktiki səmərəlilik aid edilirdi. Lao–tszının və onun ar­dı­cıllarının fikirləri "Lao–tszı" adlı kitabdda əks olunub.
Daosizm (Lao tszı– nın "dao") – şeylərin yolu haq­qın­da təlimi Qədim Çin fəlsəfəsinin inkişafında əsas ol­muş­dur. Lao– tszı daosizm fəlsəfi məktəbinin banisi olaraq bil­dirirdi ki, insanların və təbiətin həyatı "səma iradəsi" ilə idarə olunmur, müəyyən yolla– dao ilə baş tutur. Dao – şeylərin təbii qanunudur, bu qanun Tsi (hava, efir) substansiyası ilə dünyanın əsasını təşkil edir. Hər şey hə­rə­kətdə və dəyişmədədir. Daosizmdə müasir mənada fəl­sə­fəyə aid edilən idrak təlimi, dialektik ideyalar, etik və sosial– siyasi baxışlar, insan məsələsi əsas yer tutur.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin